Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏBakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb.

Prosesdə zərərçəkmiş ifadələri dinlənilib.

Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-cu il təvəllüdlü Rahimi Mahdi cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2019-cu il iyunun 21-də saat 16 radələrində kirayə yaşadığı ünvanda uşağının 40 gününün çıxması münasibəti ilə keçirdiyi qonaqlıq zamanı özünə məxsus yataq otağında 14 yaşına çatmayan 2009-cu il təvəllüdlü tanışının köməksiz vəziyyətindən istifadə edib, əli ilə qolundan dartaraq zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Rahimi Mahdi elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, evinə qonaq gəlmiş yeniyetmə övladı ilə otağında olarkən həmin şəxs uşağı qucağına almaq istədikdə körpənin yıxılacağından qorxduğu üçün onun əlindən tutub. O, hər hansı zor tətbiq etməyib.

İstintaq orqanı tərəfindən Rahimi Mahdi Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub./Oxu.Az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2939   Tarix: 17 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meksika sahillərində 6,4 maqnitudada zəlzələ baş verib

Meksika sahillərində 6,4 maqnitudada zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri 14,6 min nəfərin yaşadığı Syudad Hidalqo şəhərindən 34 km cənub-qərbdə olub. Zəlzələ ocağı 75 km dərinlikdə yerləşib. Tələfat və dağıntıla

12 may
.

Leysan 28 nəfəri öldürdü

Leysan yağışlar İndoneziyanın Qərbi Sumatra əyalətində su basması və torpaq sürüşməsinə yol açıb. -ın "Reuters"-ə istinadən verdiyi məlumata görə, su basması və torpaq sürüşməsi nəticəsində azı 28 nəfər ölüb, 4 nəfər itkin düşüb. İndoneziya Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentlik təbi

12 may
.

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsiri altınd

18 may
.

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil

18 may
.

Zaqatalada dəhşətli qəza: Ölən və xəsarət alan şəxslərin adları bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan -a bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində VAZ-21013 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovu

13 may
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

18 may
.

Əhaliyə PİS XƏBƏR: bu məhsul yenidən bahalaşa bilər - VİDEO

Növbəti aylarda düyü yenidən bahalaşa bilər. Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəlib. Mövcud qiymət son 15 ildə ən yüksək göstərici kimi dəyərləndirilir. İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, düyü ixracında əsas pay sahibi olan ölkələrd

19 may
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərl

18 may
.

Xəstəxanada 17 yaşlı qız müəmmalı şəkildə öldü: "Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub" - VİDEO

Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib. -ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Ümüd Quliyev bildirib ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəl

12 may