Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA
Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az-a açıqlama verib.
İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığını bildirib:
"Vətəndaş bilməlidir ki, hökümət bir bank üzrə 100 min manata qədər əmanəti sığortalayır. Belə ki, vətəndaşın gəliri 12 faizdən, xarici valyutada isə gəliri 2.5 faizdən aşağıdırsa, əmanətləri sığortalanır. Vətəndaş banka pul yatırarkən bəzən manata etibar etmir. Deyirlər manat risklidir. Dolları isə banka qoymaq istəmir. Bu zaman fikirləşir ki, 2.5 faizə görə banka niyə görə pul qoyum. Daha yüksək faiz verən banka isə etibar etmir. Hər bir vətəndaşın risk profili var. Əgər vətəndaş qısa müddətə nə isə alacaqsa, yığdığı pulu banka qoyması lazım deyil. İlk olaraq banklarda kifayət qədər depozit portvelləri var. Əgər banklara vəsait lazımdırsa, bu zaman faizi qaldırmalıdır. Amma faizlərə baxanda görürük ki, kifayət qədər yüksək deyil. Son aylar müəyyən qədər artım olsa da, ümumi olaraq əvvəlki illlərə görə depozit faizləri düşüb. Bu o deməkdir ki, bankların vətəndaşdan gələn pula ehtiyacı yoxdur. Bank vətəndaşın pulunu götürdükdən sonra bu pula faiz qoyub satmalıdır. Yəni bankdan kredit götürənlər də olmalıdır. Burada vətəndaşın və bankın ayrı-ayrı maraqları var. Son illər inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxarıb".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Trendyol" Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Türkiyənin məşhur onlayn alış-veriş şirkəti "Trendyol" Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. xəbər verir ki, şirkət qiymətləri 2,5 dəfə artırıb. Dünənə kimi 79,99 türk lirəsi (4,23 AZN) hesablanan çatdırılma xidməti, bu gündən 199,99 türk lirəsi kimi (10,6
13 mayAzərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 % artıb
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 657 milyon 339,4 min manat təşkil edib. "Report" DVX-yə istinadən məlumat verir ki, dövlət büdcəsinə proqnozdan əlavə 954,2 milyon mana
11 mayAzərbaycan Türkiyədən tütün alışını azaldıb
Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır. Təkcə martda isə Azərbaycan Türkiyədən 4 milyon 156 min ABŞ dolları dəyərind
28 aprelNaxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib. "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir ki, 2024-cü ilin 4 ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətini
11 mayXiyarın qiyməti kəskin azaldı
Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. İqtisadiyyat.az xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərd
23 aprelÇin 10 ildə Tacikistan iqtisadiyyatına 3,8 milyard dollar sərmayə qoyub
Çin son 10 ildə Tacikistan iqtisadiyyatına təxminən 3,8 milyard dollar sərmayə qoyub. "Report" xəbər verir ki, bunu Tacikistan prezidenti Emoməli Rəhmon Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə qeyd edib. "Çin ölkəmizin ticarət, iqtisadi və investisiya sektorunda ən böyük tərəfdaşlarında
19 may