Kirayə evə görə vergini kim ödəməlidir?

Kirayə evə görə vergini kim ödəməlidir?Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı?

Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxsa kirayəçi?

"Qafqazinfo" xəbər verir ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə, icarəhaqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə özü vergini ödəyir. Bunun üçün ev sahibi vergi uçotuna alınıb bəyannamə verir. Bu, o deməkdir ki, evini 400 manat kirayə vermiş şəxs aylıq 56 manat vergi ödəməlidir.

Evi kirayəyə götürən şəxs vergi ödəyicisi olduğu halda isə ev sahibinə ödədiyi icarəhaqqından 14 faizini vergi olaraq çıxaraq yerdə qalanını ev sahibinə ödəməlidir. Bu halda kirayəçi 400 manatın 56 manatını çıxıb qalan 344 manatı ev sahibinə ödəyəcək. Belə vəziyyətdə ev sahibinin vergi uçotuna alınıb bəyannamə verməsinə də ehtiyac yaranmır. Vergi ödəyicisi olduğu üçün bu işi kirayəçi edəcək.

Əgər evin sahibi hüquqi şəxsdirsə, kirayəçi fiziki şəxsin vergi ödəyicisi olub-olmamasından asılı olmayaraq kirayəhaqqından ödəmə mənbəyində vergi tutulmur. Bu halda hüquqi şəxs olan evin sahibi kirayə haqqının 20 faizi məbləğində mənfəət vergisi ödəyir. Başqa sözlə, 400 manatın 80 manatını vergi olaraq ödəməli olacaq.

Bir sözlə, evin kirayə verilməsinə görə vergi onun sahibinə çatacaq vəsait hesabına ödənməlidir. Lakin təcrübədə əksər hallarda tərəflər öz aralarında razılaşaraq vergidən yayınmağa çalışırlar. Aydın məsələdir ki, ev sahibi vergi ödəməli olacaqsa, bu, kirayə haqqına təsirsiz ötüşməyəcək.

Bəs vergi uçotuna alınmadan mənzilin kirayə verilməsi nə ilə nəticələnə bilər?

Vergi Məcəlləsinin 58-ci maddəsinə görə, vergi orqanlarında uçota düşməməyə görə 40 manat məbləğində maliyyə sanksiyası (cərimə) tətbiq edilir.
Həmçinin vergi ödəyicisinə əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına müəyyən olunmuş müddətdə hesabat təqdim etmədiyinə görə də 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Verginin hesabatda göstərilən məbləği real məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu, o deməkdir ki, azaldılmış və ya yayındırılmış vergi 500 manatdırsa, bu məbləğ büdcəyə ödənilməklə bərabər, 250 manat da cərimə tətbiq olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 655   Tarix: 18 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb

Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 934 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixrac olunub. "Report" Türkiyə İxracatçıları Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 5,1 % azdır. Həmçinin 2024-cü ilin aprel ayında Türkiyədən ölkəmiz

11 may
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Bu məhsullar bahalaşıb

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi ötən ilin aprel ayına nisbətən 100,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib. 2024-cü ilin aprel ayında istehla

13 may
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Vətəndaşlar niyə görə kredit əldə etmək üçün BOKT-lara müraciət edir? - Açıqlama

Son vaxtlarda vətəndaşlar kredit əldə etmək üçün BOKT-lara daha çox üz tutmağa başlayıblar.Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilən BOKT-ların fəaliyyəti eyni zamanda mənfi cəhətləri nələrdir Əhali niyə görə BOKT-lara üz tutur. Məsələ ilə bağlı iqtisadç

7 may
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Azərbaycanda siqaretin qiyməti yenidən BAHALAŞACAQ - AÇIQLAMA

Son olaraq bir yanvar 20224-cü il tarixində siqaretlərin qiyməti bahalaşıb. Bu bahalaşmadan sonra bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb. "Sobranie" siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb. Bəs yenidən tütün məmulatlarınd

23 aprel
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel