Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı
Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərərçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Həmçinin, Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal Baxılıb: 829 Tarix: 27 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMikayıl İsmayılovun oğluna qarşı ağır ittiham - "Qızını qəbul etmir"
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə keçmiş sevgilisini məhkəməyə verib. xəbər verir ki, bu barədə -a Fidan İsmayılzadə adlı həmin qadın danışıb. O bildirib ki, Orxan Mikayıl oğlu İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf-ləyaqət və işgüzar nüfuza zərə
17 mayBakıda qadın boğularaq öldürülüb: Əri saxlanılıb
Bakıda baş verən qətllə bağlı cinayət işi açılıb. xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğu məumat yayıb. Bildirilib ki, mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1996-c
5 mayRəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA
Yaxın vaxtlarda növbəti əfv sərəncamının olacağı gözlənilir. Əfv Komissiyasına müraciətlər davam edir. Bəs əfv sərəncamı ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər?. Mövzu ilə bağlı -a danışan vəkil Vüqar Babayev bildirib ki, Rəşad Dağlının əfv olunma şansı çox azdır:. "Əfv haqqınd
14 mayDostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1
2 mayKönülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Lənkəranda 2 ay əvvəl itkin düşmüş 22 yaşlı Könül Ağayevanın qətlə yetirilməsi ilə bağlı 1 nəfər tutulub. xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluq birgə məlumat yayıb. Bildirilib ki, Lənkəran Rayon Prokurorluğu və Lənkəran Rayon polis Şöbəsinin birgə fəaliyyəti nəticəsində cari ilin mart ayınd
16 may"Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim"
Məlum olduğu kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İş
2 may