Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAMPrezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə iki min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5496   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"İran-Azərbaycan münasibətlərinin normal qaydada saxlanılması faydalıdır" Ekspert

Ötən ilin yanvar ayında İranda səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub.S əfirliyin yeni məkanı artıq müəyyən edilib. Hal-hazırda qeyd edilən məkan və binad

17 may
.

Azərbaycanda saxlanılan erməni separatçıların həbs müddəti uzadılıb

Qarabağda qondarma separatçı rejimin "prezidentləri" olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddət

15 may
.

Aleksandr Lukaşenko Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. xəbər verir ki, Belarus Prezidenti Ulu Öndə

16 may
.

İlham Əliyev Şuşada ICESCO-nun baş direktorunu qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Şuşada keçirilən VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti qeyd olunub. Söhbət zamanı bundan əvvəl keçirilə

11 may
.

"Gəlir gəlsin, gəlmir, heç lazım da deyil" - Prezidentdən sərt xəbərdarlıq

"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib

10 may
.

Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI

Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa rayonunun Turşsu qəsəbəsində olublar. APA-nın Qarabağ bürosu xəbər verir ki, qəsəbə barədə media nümayəndələrinə məlumat verilib. Layihə rəhbəri Elnur Abdullayev bildirib ki, ilkin mərhələdə qəsəbəyə 50 ailə və ya 20

15 may
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17 may
.

Aqil Abbas: "Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır"

Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də Azərbaycanda yeni parlament seçkisinin nə vaxt keçiriləcəyidir. Yayılan məlumatlar bu prosesin çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacağını söyləməyə əsas verir. İddialara görə, hakimiyyət yeni parlamentin daha gənc və dinamik şəxslərdə

14 may
.

Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib

Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan İrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi istiqamətində aparılan işlər barədə yerli medianı

17 may