"Oralarda necədir?": Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEO

"Oralarda necədir?": Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır - VİDEOGülnar Muradovanın təqdimatında yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə fərqli mədəniyyəti, gülərüz insanları, texnoloji çağın önündə gedən və qeyri-adi adətləri olan Yaponiyadan bəhs olunub.

Yaponiya əhalisinin sayı 125 milyon nəfərdir. Amma gündoğan ölkədə doğulanların sayı ilbəil 3-4 faiz aşağı düşür. Yaponiyada dünyaya uşaq gətirmək üçün klinikaya 450 dollar ödəniş etməlisən.

Bu bizim pulla 765 manat edir. Bələdiyyə hamilə qadınlara xüsusi nişan təqdim edir.

Bu nişanı yanında gəzdirən qadına, necə deyərlər, bütün qapılar açıq olur. Onlara ictimai nəqliyyatda yer verirlər, heç bir yerdə növbədə gözlətmirlər və s. Yapon uşaqlarına qayda-qanunu elə kiçik yaşlarından öyrədirlər.

Bağçaya hələ bir yaşı tamam olmayan uşaqlar da qəbul olunur. Üç yaşa qədər olan uşaqlar üçün ödəniş aylıq 300 dollar (510 manat), üç yaşdan altı yaşına qədər isə 250 dollar (425 manat) təşkil edir. Yaponiya "anime"ləri ilə də dünyada məşhurdur. Tokioda "anime" kolleci belə var. Məzun olanlar Hollivud cizgi filmləri üzərində işləyə, kompüter oyunları yarada, hətta avtomobil markaları üçün yeni dizayn da təqdim edə bilirlər.
"Anime" ilə iki milyard dollar gəlir gətirir və kontentin 80 faizi Yaponiyada hazırlanır. Kollecdə oxumaq üçün ildə 9000 dollar (13500) manat ödənilməlidir. Yaponiyada bir peşə var ki, buna dünyanın heç yerində rast gəlmək olmaz. Bu da qadın tərifləmək, onu dünyanın ən gözəl sözləri ilə vəsf etmək peşəsidir. Qadınlar bu peşəni icra edənlərin olduğu klublara adətən yaxşı vaxt keçirməyə gəlirlər.

Klubda oğlanlar işləyir. Onları "host oğlan" deyə çağırırlar və gələn qadın müştəriləri əyləndirirlər. Oğlanların xarici görünüşü və qadınlarla ünsiyyət bacarığı əsasdır. Müştəri nə qədər çox pul xərcləyərsə, bu "host oğlan"ın maaşına təsir göstərir. "Host"un əsas işi qızlara əla komplimentlər deməkdən ibarətdir.

Bu klubun qadın müştərilərindən yaş soruşmaq, onlara toxunmaq, hansı işlə məşğul olduqlarını öyrənmək qadağandır.

Ətraflı süjetdə:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 656   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədəkiçiltmə əməliyyatının FƏSADLARI: Arıqlamaq üçün cərrahi əməliyyat şərtdir? - VİDEO

Artıq çəki hər zaman aktual məsələlərdən biri olub. Arıqlamaq və ideal bədən quruluşuna sahib olmaq hər kəsin arzusudur. Müasir dövrdə arıqlamağın bir çox növləri var. Ən geniş yayılanı isə mədəkiçiltmə əməliyyatıdır. Terapevt Emin Məmmədovun sözlərinə görə, insanın bədən çəki indeksi 35 üzəridirsə birmənal

17 may
.

Azərbaycanda rejissor 41 yaşında vəfat etdi

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib. E.Abdullayev uzun sürən xəstəlikdən sonra bu gecə 41 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. E.Abdullayev uzun illər müxtəlif televiziya kanallarında çalışıb. Son 10 ildə isə APA TV-nin rejissoru olub

17 may
.

"Söyüşü, açıq-saçıqlığı filmlərdə yersiz işlədənlər "layk dəllallarıdır" - FOTO

"Sənət əsərində açıq-saçıqlıq və yolverilməz ifadələr bir fənd olaraq həmişə olub. "İncil"-də "Mahnılar mahnısı" bölümü var, orada indiki baxışla desək açıq-saçıq səhnələr var. Orada qadın bədəninin gözəlliyi bir metafora kimi təsvir olunub. Dünya şöhrətli kinorejissorlar çəkdiklər

16 may
.

SON DƏQİQƏ - Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"

Demarkasiya və delimitasiya üçün əsas 1976-cı il xəritələridir. Bu xəritələrdən Ermənistanın və Azərbaycanın harda olduğunu bilirik. Bu xəritələrə görə Ermənistan-Azərbaycan sərhədi tam mövcuddur. Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində Qazax-Tavu

17 may
.

12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ

Əgər əvvəllər yadplanetlilərlə təmasların sübutu çox nadir hallarda olurdusa, indi getdikcə daha çox hörmətli insanlar həyatlarında belə izaholunmaz hadisələrin baş verdiyini etiraf edirlər. Yerdənkənar sivilizasiyaların nümayəndələri tərəfindən oğurlananlar tez-tez həqiqəti söyləməkdən qorxduqları üçü

17 may
.

"Azərbaycanda kağız sənədləri QR kod əvəzləyəcək" - İDDİA - VİDEO

Azərbaycanda kağız sənədləri Qr kod əvəzləyəcək. Bu sözlər teleqramdaki xəbər kanallarının birində paylaşılıb. Qeyd olunub ki, bu ilin sonuna qədər doğum, nikah və ölüm şəhadətnamələri, şəxsiyyət vəsiqələri elektronlaşdırılacaq. Yəni sənədlər olunaraq Qr kod ilə göndərilə biləcək. Bəs vətəndaşlar üçü

17 may
.

Qurban bayramına qədər veteranlara verilən pul 150 manata QALDIRILIR? - AÇIQLAMA

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq "Müharibə veteranı" statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfə

17 may
.

Slovakiya Baş nazirinə sui-qəsd cəhdində "Rusiya izi" ortaya çıxdı...-FOTO-FAKT

Robert Fitsonu güllələyən şəxs əvvəllər Kremlin təbliğatını təkrar edən yarımhərbi qrupa dəstək verib. Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinə görə saxlanılan 71 yaşlı Yuray Çintula əvvəllər rusiyayönümlü "Slovensky Branci" yarımhərbi dəstəsini vəsf edib və üzvlər

16 may
.

Qazax-Tavuş sərhədində ermənilərə "verilən" 25 hektar hansı ərazilərdir? - VİDEO

Rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında sərhədin Qazax-Tavuş istiqamətinin demarkasiyası ilə bağlı imzalanan protokolla bağlı şərhində 25 hektar torpağın ermənilərə qaytarıldığını və Kirants kəndinə birləşdirildiyini açıqlayıb. xəbər verir ki, Ermənistanın açıqladığı "25 hektar torpaq"

17 may