Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb.
Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, Vardapetyan bu gün parlament çıxışında "azərbaycanlı blogerin saxlanılması"na toxunub.
"Rusiyadakı işlərdən birində azərbaycanlı bloger saxlanılıb. Bu da bizim müraciətimiz nəticəsində baş verdi, lakin məsələ lazımi prosesə çatmadı. Müəyyən siyasi proseslər başladı, sənədləri təqdim etmək üçün bizə vaxt verilmədi, sonra bizi manipulyasiya etməyə çalışdılar. Bu, təbii ki, hüququn sərhədlərindən kənar bir hekayədir", - deyə o qeyd edib.
Vardapetyan dəqiqləşdirməsə də, söhbətin Kamil Zeynallıdan getdiyi aydındır.
Erməni mediası isə K.Zeynallının həbsdən azad edilməsini birbaşa Ermənistan Baş Prokurorluğunda görüb. İddia edilib ki, Ermənistana sorğu verilsə də, Ermənistan Baş Prokurorluğu K.Zeynallı ilə bağlı materialları yalnız 22 fevralda göndərib.
"22 fevralda isə Kamil Zeynallı artıq evində idi", - deyə qeyd edilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Baxılıb: 2434 Tarix: 04 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPaşinyan Azərbaycana gəlsin? - Paytaxt sakinlərindən maraqlı cavablar - Video
Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə Ermənistanın baş naziri Nikol Paşinyan da nümayəndə heyəti ilə gələ bilər. Siyasi şərhçilər bildirir ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi müqabilində Ermənistanın da bu təşkilatın büro üzvlüyünə seçilməsinə razılıq verilib. Belə olan hald
17 mayBu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİX
Bu dəfə qeyri-adi bir hadisədən – Karib dənizinin cənubunda yerləşən ada dövləti Trinidad və Tabaqoda radikal müsəlman dindarların hakimiyyətə gəlmək cəhdindən danışacağıq. Həmin hadisə 1990-cı il iyulun 27-də baş verib və 24 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə başa çatıb. Trinidad v
16 mayQadınlar niyə boşanmağa can atırlar? - VİDEO
Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır. -ın məlumatına görə, kimisi zorakılığa məruz qaldığından, kimisi psixososial durumdan, kimisi isə kənar müdaxilələrdən çıxış yolunu boşanmaqda görür. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayı ərzində 10 081 nikah, 5 12
17 maySaxta pullarla insanları aldatma halları artır - VİDEO
Son dövrlər etibarsız pullarla insanları aldatma halları artır. -ın məlumatına görə, belə bir hal Oğuzda baş verib. Xeyriyyəçilik adı ilə insanlara saxta 100 manatlıqlar paylayan şəxs, onlardan qalıq məbləğ kimi 50 manatlıqları yığaraq aradan çıxıb. Ekspertlər isə bildiriblər ki, son vaxtlar bu cür saxt
18 mayYağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA + FOTO
"Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 18-i axşamadək davam edəcək". Bunu -ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O qeyd edib ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir
17 may