Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılarAbşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə kimyəvi tərkib elementləri məişətdə istifadə edilməsi üçün nəzərdə tutulan həddən dəfələrlə yüksək olan, buna görə də insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar. Dəstə üzvləri yuyucu vasitələri Bakı şəhəri Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarında yerləşən satış nöqtələri vasitəsilə topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar.

Nəzarət tədbirləri ilə sexə və satış yerlərinə baxış zamanı xeyli sayda "Perwol", "Peros", "Fairy", "Domestos", "Ariel", "Ace", "İpək", "Elidor", "Head & Shoulders" və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkar olunaraq götürülüb.
Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.

Aşkar olunan faktla bağlı araşdırmalar davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 565   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda toyda qan TÖKÜLDÜ

Ucarda toyda dava düşüb, xəsarət alan var. "Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzindəki şadlıq saraylarından birində baş verib. Mübahisə zəminində qolundan kəsik xəsarəti alan 1989-cu il təvəllüdlü Elçin Mehdiyev xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Faktla bağlı araşdırma aparılı

12 may
.

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus

19 may
.

Bakıda piyadanı avtomobil vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəza metronun "Gənclik" stansiyasının yaxınlığında qeydə alınıb. Minik avtomobili yolu keçməkdə olan piyada Əziz Quliyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir

12 may
.

Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb

Pakistanın şimal-qərbində baş verən yol qəzasında 14 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, bir ailəni daşıyan mini yük maşınının yarğana aşması nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb

18 may
.

Faciəli şəkildə ölən tələbənin FOTOSU

Sosial şəbəkələrdə ötən gün vəfat edən 23 yaşlı tələbə Vüsal Allahbaxışın görüntüləri yayılıb. həmin fotonu təqdim edir:. Məlumat üçün qeyd edək ki, mayın 12-də ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Sumqayıt Dövlət Universitetinin tələbəsi, 2001-ci il təvəllüdlü Vüsal Allahbaxış oğlu Məmməd Sumqayı

15 may
.

Parkda avtoxuliqanlıq etdi, həbs olundu

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan 20 yaşlı Bürhan Əsədov saxlanılıb. Daxili İşlər Nazirliyini

12 may
.

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil

18 may
.

XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...

Mayın ayının 19-u paytaxtda yenidən geomaqnit qasırğası müşahidə olunacaq. -ə istinadən xəbər verir ki, qasırğa gecə saatlarında öz təsirini göstərməyə başlayacaq. Növbəti gündən etibarən isə geomaqnit qasırğası səngiyəcək. Mayın 22-dən etibarən isə yenidən müşahidə olunmağa başlayacaq və bu hal ayı

18 may
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərl

18 may