Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə duz istehsalının 13 faiz artdığı məlum olur. Komitənin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında 19 min 342,6 ton duz istehsal edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 174,3 ton çoxdur. Hətta 2024-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı olmayıb.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Duz dağına dönən ömrümüz

Maraqlıdır, artımın səbəbi nədir? Ən əsası, dünyada əksər insanların duzdan imtina etməyə, yaxud istifadəni azaltmağa çalışdığı halda bizim duz sevgimiz nədən qaynaqlanır?

Duz sevgimiz hətta atalar sözləri, məsəllərdə də özünü büruzə verir. Məsələn, "aşın tamı duz ilə, adamı tanı söz ilə", yaxud, "ömrün duz dağına dönsün", - deyirik. Həmçinin atalarımız deyir ki, "adamı tanımaq üçün onunla bir pud duz yemək lazımdır". Yəni bir adamla 16 kiloqram duz yeməliyik ki, onun necə insan olduğunu bilək.

Rəqəmlərin artmasında vergi xidmətinin rolu var

Mütəxəssislər duz istehsalının artımını ixrac və ölkədə duza olan tələbatın artması ilə əlaqələndirirlər. İqtisadçı Fuad İbrahimov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, əvvəllər duz yığımı kortəbii şəkildə baş verirdi, indi isə iqtisadi dövriyyəyə cəlb edilir, rəsmi şəkildə istehsal olunur: "Bəzi duz yataqlarından istifadə olunmurdu. İndi həmin yataqlar iqtisadi dövriyyəyə cəlb edilirlər. Bundan əlavə, əvvəlki dövrlərə nəzər salsaq, uçotun istehsal prosesindəki vəziyyəti indiki kimi deyildi. Uçot prosesi sağlamlaşır və bu da statistikada özünü göstərir. Rəqəmlərin artmasında vergi xidmətinin xüsusi rolu var".

Mütəxəssis vurğulayır ki, duz bazarında heç vaxt defisit olmur. Tələbat nədirsə, o da istehsal edilir: "Duz istehlakı bazarı elədir ki, nə qədər lazımdırsa, o qədər istehsal olunur. İstehlakla yanaşı, nəzərə almaq lazımdır ki, idxal da edirik. Bu səbəbdən rəqəmlərin artması normaldır".

Duz sevən xalq olsaq da...
Duz sevən xalq olsaq da, onun orqanizmə olan zərərləri danılmazdır. "Üç ağdan uzaq durun" deyimi boşuna yaranmayıb. Zərərli qidalar siyahısında duz ilk üçlükdədir. Mütəxəssislər bildirirlər ki, duz yalnız təzyiqi qaldırması ilə məşhur deyil, xüsusilə təmizlənmiş duz insan sağlamlığına ciddi təhlükə yaradır.

Sənaye mühəndisi Sayat Quliyeva deyir ki, qida rasionumuzdakı natrium mənbəyi olan duz insan orqanizmində maye balansını tənzimləməkdə mühüm rol oynayır. Mütəxəssisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanların gündə beş qramdan az duz istehlak etməsini tövsiyə edir: "Natrium xlorid insan orqanizmində sintez olunmayan tək mineraldır ki, insan onu duz vasitəsilə alır. Bədənimizdə duza mineral azlığı, yaxşı qidalanmama, tərləmə, dad alma hissinin yaranmaması, stress və yorğunluq zamanı ehtiyac yaranır. Bununla yanaşı, içdiyimiz suların tərkibində yod çatışmazlığı mövcuddur. Bu çatışmazlıq qalxanabənzər vəzlərin xəstəliyini yaradır. Yodlaşdırılmış duzlar isə belə halların qarşısını almaqda kömək edir. Bu səbəbdən ÜST duzun yodlaşdırılmasını dünyada yod çatışmazlığının qarşısının alınması üçün əhəmiyyətli səhiyyə strategiyası hesab edib".

Hipertoniya, insult, böyrək xəstəlikləri, artıq çəki...

Mütəxəssis deyir ki, qida sənayesində məhsulun keyfiyyət xüsusiyyətləri və istehlakçı tərəfindən qəbul edilməsi tərkibindəki duzun miqdarı ilə bağlıdır: "İşlənmiş qidalar, ət məhsulları (kolbasa, sosiska və s.), duzlu çərəzlər (çipslər, krekerlər, duzlu fıstıq, günəbaxan tumları və s.), pendir və başqalarını buna nümunə göstərmək olar. Duzun istifadəsi nəinki qida istehsalında geniş yayılıb, günümüzdə fərqli sahələrdə, dəriçilikdə, maldarlıqda, sutəmizləmə sistemlərində istifadə edilir. Bu səbəbdən istehsalın artması normaldır".

Zərərlərinə gəldikdə isə mühəndis deyir ki, hazırda duzun rəflərdəki ömrünü uzatmaq üçün istehsalda qatqılardan istifadə edilir: "Duz orqanizmdə maye balansını tənzimlədiyi üçün həddindən artıq qəbulu bədənimizdə maye artıqlığına səbəb ola bilər ki, bu da üzdə, əllərdə, ayaqlarda şişkinlik yaradır. Eyni zamanda, insan orqanizmində yüksək qan təzyiqi (hipertoniya), insult kimi ürək-damar, böyrək xəstəlikləri, artıq çəki kimi bir sıra problemlərə səbəb olur. Bununla yanaşı, hazırda duzun rəflərdəki ömrünü uzatmaq, nəm çəkmə səbəbindən yaranan topalanma, bərkimə və s. problemlərin qarşısını almaq üçün qida əlavələrindən istifadə edilir. Bunlardan ən geniş yayılan E173 (Alüminium hidroksid) və E171 (Titanium dioksid) kodu ilə tanınan qatqılardır. Bu qatqılar nəm çəkməyə qarşı istifadə olunur və təhlükəli qida əlavələri qrupuna aiddirlər".

Hansı duzlardan istifadə etməliyik?

S.Quliyeva bildirir ki, duzun istehlakında keyfiyyətinə görə daş və bişirilmiş duz daha əhəmiyyətli hesab edilir: "Himalay duzu və rafinə edilməmiş qaya duzunu nümunə göstərmək olar. Bəzən insanlar duz miqdarının azaldılması məqsədilə dadlandırıcı olaraq duzun əvəzinə yeməklərdə ətirli ot, limon suyu, şərab, sirkə kimi əlavələrdən də yararlanırlar".

Son olaraq, həkimlər tövsiyə edirlər ki, yuxarıda sayılan təhlükələrdən qorunmaq üçün süfrələrdən duzqabılar çıxarılmalı, yeməklərdə bərk, təhlükəsiz, keyfiyyətli və təmiz qaya duzundan istifadə edilməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 539   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İyirmilik (G20) ölkələri arasında yalnız Səudiyyə Ərəbistanının neft və qaz şirkəti "Saudi Aramco" öz ölkəsinin ümumi daxili məhsulunu (ÜDM) üstələyən kapitallaşmaya malikdir. Açıq statistik məlumatlara əsasən, bu həftənin əvvəlində "Saudi Aramco"nun bazar dəyəri 1,933 trilyon dolla

12 may
.

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Günün bu saatları dərs oxusanız, beyin...

Qısa müddət sonra on birinci sinif şagirdləri buraxılış və qəbul imtahanları verəcək, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün isə yay sessiyası başlayacaq. Bir çox tələbə vərdiş etdiyi gecə dərslərindən imtina etməlidir. İmtahana hazırlaşmaq üçün günün hansı vaxtı yaxşıdır?. xaric

18 may
.

Dünyanın ən bahalı çayniki: 3 MİLYON DOLLAR

Möhtəşəm xidmətin və ya daxili dizaynın mütəxəsisi yaxşı bilir ki, xidmət qabları çox vaxt bahalı ola bilər. xarici KİV-ə istinadən xəbər verir ki, çaynik yüksək keyfiyyətli materialdan, bir nüsxədə hazırlanıbsa və cari formadadırsa, ucuz ola bilməz. Amma bir çaynik var ki, "Ginnesin Rekordlar Kitabı"n

17 may
.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanın ləğvi onlayn ticarətə necə edəcək? - ARAŞDIRMA

Məlum olduğu kimi, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir. Artıq bununla bağlı müvafiq sənəd parlamentdə səsverməyə çıxarılaraq qəbul edilib. Proqnozlara görə, iki ölkə arasında əldə olunan razılaşma Türkiyədən Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşmay

12 may
.

34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir

Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi - istənilən insanın əlində bu kiçik, rəngli alətlərə rast gəlmək olur. Siqaret aludəçiliyinə son qoymaq və istifadəçilərin nikotin

12 may
.

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA

Azərbaycanda əhalinin hər 1 00 nəfərinə düşən doğulan körpə sayı azalır. Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8 389 doğulan körpə qeydə alınıb. Bununla da ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1 00 nəfərinə düşən doğulan uşaq sayı azalara

12 may
.

Yuxuda pişik görmək nə deməkdir? - Sirr və müstəqillik

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Yuxu yozmaları və terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarl

18 may
.

Günlük villa kirayələrinə maraq artıb - VİDEO

Son zamanlar villalarda ad günü, məzun günü və toy mərasimlərinin keçirilməsi ilə bağlı müraciətlərin sayı artıb. -ın xəbərinə görə, əmlak ekspertləri deyirlər ki, vətəndaşların seçimi əsasən dənizkənarı ərazilərdə yerləşən bağ evləri, villalardır. Əmlakçı Mülkədar Rüstəmov deyir ki, illərdir bir ənən

12 may
.

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib. Kəllə sümüyünün fraqmenti Salvo kəndinin cənubunda, Hatteras adasında peyda olub. İnanılmaz tapıntı barədə Atlantik okeanının bu sahil bölgəsinə xidmət göstərə

18 may