Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏYGürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur.

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında siyasi şərhçi Vaso Kapanadze deyib.

O, qeyd edib ki, hər bir ölkə milli maraqları üzərindən inkişaf etməlidir: "Gürcüstan höküməti çətin dövrdən keçir. Çünki, hazırkı vəziyyətdə istər Qərb, istərsə də ABŞ-nin təzyiqlərinə tab gətirib, qanun layihəsini qəbul etmək olduqca çətin məsələdir.

Təbii ki, onlar Gürcüstanın gələcəyi və inkişafı naminə, milli maraqlarımız üçün bunu etməlidir: "Ya öz siyasi kursları ilə milli maraqları qorumağa davam edəcəklər, ya da xarici qüvvələrin oyuncağı olacaqlar. Buna nümunə olaraq Ukraynanı misal gətirə bilərik. "Maydan" hadisələrini yada salaq. Bundan sonra da Ukraynada olanları bilirik. Ölkəni müharibəyə çəkdilər və Ukraynanı demək olar, məhv etdilər.

Gürcüstan xalqı isə bu təxribatları başa düşür. Xalq və hökumət burada ikinci cəbhənin açılmasına imkan verməyəcək. Gürcü xalqı destruktiv qüvvələrin məkrli planlarını həyata keçirməsinə şərait yaratmayacaq".

V.Kapanadzenin sözlərinə görə, hazırda Qərb və ABŞ-nin beyin mərkəzləri Gürcüstanda çevriliş niyyətindədir. Hökumət bunu çox yaxşı başa düşür: "Tarixdə iki dəfə bu səhvi buraxmışıq. Sonuncu dəfə 2003-cü ildə "Qızılgül inqilabı"nda Qərb və ABŞ Mixeil Saakaşviliyə vədlər verərək hakimiyyətə gətirdi. Sonra vədləri yerinə yetirmədi və ondan, eləcə də gürcü xalqından istifadə etdi. Torpaqlarımızı itirdik, insanlarımız müharibədə həlak oldular.

Bu dəfə buna imkan verməyəcəyik, milli maraqlarımızı qoruyacağıq. Bu qanun qəbul ediləcək və hər şey qanun çərçivəsində olacaq".

V.Kapanadze qeyd edib ki, Gürcüstanda siyasi oyunlar gedir: "Ölkədə ciddi siyasi oyunların şahidi oluruq. Təbii ki, indi baş verənlər qarşıdakı parlament seçkiləri üçün planlanmış məsələlərdir. Ona görə də, oktyabra qədər çətin dövrdən keçəcəyik. Gürcüstanda baş verən proseslər təbii ki, təkcə bizi yox, regionu da maraqlandırır. Çünki, Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh rolunu oynayan ölkələrdəndir. Mühim strateji nöqtədə yerləşir. Şərqlə Qərbi birləşdirən məkandır. Təbii ki, Qərb və ABŞ burada böyük planlar qurur. Amma bütün bunlara baxmayaraq, təkcə Gürcüstanın yox, regionun inkişafı üçün əlimizdən gələni edəcəyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 263   Tarix: 05 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib

"İran Omanda ABŞ nümayəndələri ilə dolayı danışıqlar aparır, bu, davam edən bir prosesdir". "Report" xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məlumat verib. "Hazırda danışıqlar aparılır. Bu danışıqlar birinci deyil və sonuncu da olmayacaq"

19 may
.

Təyyarədə ürəyi dayanan şəxsi millət vəkili xilas etdi - FOTO

Türkiyədə AK Partiya Elazığ Millət vəkili Prof. Dr. Erol Keleş Ankara-Elazığ arasında uçan təyyarədə ürəyi dayanan sərnişini ürək masajı edərək həyata qaytarıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarə eniş etdikdən sonra təcili yardımla xəstəxanaya çatdırılan sərnişinin vəziyyəti yaxşıdır

17 may
.

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

"Kurtlar vadisi pusu" serialında rol alan məşhur türkiyəli aktyor Orhan Aydın Azərbaycana gəlib. "Ölkə.az" xəbər verir ki, "Günaylı gün" verilişində qonaq olan aktyor ölkəmizi çox bəyəndiyini və Azərbaycan vətəndaşı olmaq istədiyini bildirib:. "Mən hazırda Rumıniyad

17 may
.

Hindistanda azı 12 nəfər ildırım vurması nəticəsində həyatını itirib

Hindistanın şərqindəki Qərbi Benqal ştatında ildırımın vurması nəticəsində azı 12 nəfər həyatını itirib. Qeyd olunur ki, həyatını itirən şəxslər ştatın paytaxtı Kolkatadan 327 kilometr şimalda yerləşən Malda rayonunun sakinidirlər. Hadisə sakinlər tarlada işləyərkən baş verib

17 may
.

BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir

Yaxın Şərqdə sülhə gedən yeganə yol - İsrail və Fələstini dövlətinin yaradılmasından keçir. "Report" xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Qəzzadakı müharibə - açıq yaradır. Zorakılıq və qeyri-sabitli

18 may
.

Aleksandr Stepanov: "Paris ədəb-ərkandan kənara çıxır"

Yeni Kaledoniyada - Fransanın xarici ərazisi deyilən yerdə artıq bir neçə gündür ki, onlarla insanın ölümü və yaralanması ilə nəticələnən etiraz aksiyaları və hətta iğtişaşlar davam edir. Paris bəzi ərazilərə nəzarəti bərpa etməyə çalışan yüzlərlə hərbçi və polis məmurunu koloniyasına göndərib. İğtişaşlar

18 may
.

Müharibədən öncə burada 17 min nəfər yaşayırdı... - Təxliyə görüntüləri

Xəbər verdiyimiz kimi, mayın 15-i Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Lukyantsi və Qlubokoe yaşayış məntəqələrinə nəzarətin ələ keçirildiyi barədə məlumat yayıb. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun hücumunu təsdiqləyib. Rusiya Prezidenti Vladimir Puti

18 may
.

Lavrov: Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir

"Rusiya ilə Qərb arasında hərbi-siyasi qarşıdurmanın kəskin mərhələsi davam edir". "Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının XXII Assambleyasında deyib. Rusiya təhlükəsizlik və strateji sabitliklə bağlı Qərblə dialoq

18 may
.

"Arsenal" Arda Güler üçün 45 milyon avro təklif etdi, "Real Madrid" qəbul etmədi

"Arsenal" klubu Arda Güler üçün 45 milyon avro təklif etsə də, "Real Madrid" klubu qəbul etməyib. Məlumata görə, İngiltərə klubu 19 yaşlı yarımmüdafiəçi üçün 45 milyon avro təklif göndərsə də, "Kral" klubu futbolçunun satılmadığını bildirib. Arda Gülerin transferini gerçəkləşdirmə

17 may