Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:

"Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünün 30 illiyi ilə bağlı. Dedilər, sizə 3-5 dəqiqə vaxt veririk. Cavab verdim ki, onun haqqında 3-5 dəqiqə danışa bilmərəm. Özü də mədəniyyət kanalı. O qədər orada saatlarla lazım olmayan söhbətlər olur. 45 dəqiqəlik buraxılışdır, 5 adam da dəvət ediblər. Dedim, artırın gələk".

A.İslamzadə proqramlara aparıcıların qadın olması səbəbindən qatılmadığını deyib:

"Bəzi verilişlərə özüm getmirəm. Fikirləşirəm ki, o cavanlar üçün daha uyğundur. Aparıcılar da bir tərəfdən. Verilişlərin əksəriyyərini qadınlar aparır. Hətta 44 günlük müharibə dövründə döyüş meydanından qadınlar informasiya yayırdı. Müharibənin öz qayda-qanunları var. Hətta bunu etmək hər kişiyə olmaz. Xarici görünüşünə, səsinin tembrinə, saqqalına görə seçilməlidir. Döyüş meydanından xəbəri kişilər yayar.

Bizim televiziya kanallarına baxmıram. Yeni ildə verilişləri izləyirəm. Baxıram ki, bəlkə orada yeni bir səs eşitdim. Sənətdə yeni səhifə açanı qəbul edirəm. Axirəzzamandır. Əlamətlərindən biri də odur ki, qadınlar iş başında olacaq, kişilər zəifləyəcək.

Məsələn, illər sonra nəvə deyəcək ki, nənənin klipinə baxmaq istəyirəm. Klipdə qadın baldırını göstərir, kişi də köynəyinin düyməsini göbəyinə kimi açıb. Onların sənətləri nədirsə, geyimləri də odur. Soruşurlar ki, niyə əvvəlki əsərlər, musiqilər yoxdur? Deyirəm, dünyaya baxın, o nədirsə, onun musiqisi, poeziyası da odur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 602   Tarix: 05 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda iki teatra yeni status verildi

Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına "milli" statusu verilib. Bu barədə -a Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki, yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər iki teatrda çalışa

16 may
.

İlkin Əhmədovun evində xeyir iş

Əməkdar artist İlkin Əhmədov 2 yaşlı oğluna kiçik toy edəcək. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Məclis mayın 30-da şəhər restoranlarından birində keçiriləcək. Gecəyə şou-biznes nümayəndələri də dəvət olunub. Qeyd edək ki, xanəndənin daha bir oğlu va

16 may
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

5 may
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21 aprel
.

İcma nümayəndəsi: Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir

Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir. Bunu "Report"un Qəbələyə ezam olunmuş əməkdaşına "Vineyard Azərbaycan" Xristian Dini icmasının nümayəndəsi Nəzakət Məmmədova deyib. "Əslində bu gün pravoslav kilsələrinin Pasxa bayramıdır. Lakin biz də bu gün buray

5 may
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

7 may
.

Habil Əliyevin qızı: "Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar"

"Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər". Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib. -ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki

3 aprel
.

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır. -ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barəd

7 aprel