"Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən"

"Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən""Hər kəsə həyat bir cür çatır. Adam var ki, özündən hədsiz razıdır. Adam da var ki, mənim kimi sadədir, insanlığı var. Xalqın pulunu qazanıb yeyirlər, xalqı bəyənmirlər. Qınlarından çıxırlar, qınlarını bəyənmirlər. O zaman getməyin də xalqın toylarına, məclislərində oxumayın da. Pulları yaxşıdır özləri pisdir? Bilmirəm özlərini kimlərdən qoruyurlar, kimdən çəkinirlər? Vallah onları başa düşmürəm. Hərənin bir cür xasiyyəti var. Sonradan görmüş adam tez qudurur. İnsanın gərək zatı, kökü olsun, görüb-götürmüş olsun. O xalqdan soruşmaq lazımdır ki, bunlar sizi bəyənmir, niyə onları toya aparıb çörək verirsiniz?"

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.
"55 ildir qarmonun üstündə oxşayıb ağlayıram. Birazdan çənəm də qarmona dəyəcək. Mənə indiyə qədər bir adam heç nə bağışlamayıb. Bütün günü efirlərdə müğənnilərə hədiyyə bağışlayırlar. Onlarda yəqin ki, nəsə var da. Özləri öz işlərini yaxşı bilirlər. Boş-boşuna adam adama heç nə verməz. Gedim1 manat istəsən kimdənsə, deyər ki, yoxumdur. Sənətlə o yerə gəlib çatmaq olmur. Şəxsən mən özümdən danışıram. Qarmonla heç nə etmək olmur. Bunun kommunalı var, toyu var, yası var, yeməyi var, uşaq var, nəvə var. Onları güc-bəla ilə həll edirəm. Onlar efirə çıxan kimi villaları da olur, maşınları da. Görməmişəm, hələ mənə gəlib çatmayıb" deyə Gövhər Rzayeva deyib.

"Heç vaxt özümdən razı olmamışam. Allahın mənəm-mənəm deyən insanlardan xoşu gəlmir. Mən də adi bir insanam. Xalqın içindən çıxmışam. Səhnədə əməkdar artist Gövhər Rzayeva ola bilərəm, həyatda adi biriyəm. Mənəm-mənəm deyənlərin başına Allah bir qapaz vurur ki, çox özündən razı olma! Mənəm-mənəm dediyi sözlərin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən" deyə sənətkar bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 406   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanda kağız sənədləri QR kod əvəzləyəcək" - İDDİA - VİDEO

Azərbaycanda kağız sənədləri Qr kod əvəzləyəcək. Bu sözlər teleqramdaki xəbər kanallarının birində paylaşılıb. Qeyd olunub ki, bu ilin sonuna qədər doğum, nikah və ölüm şəhadətnamələri, şəxsiyyət vəsiqələri elektronlaşdırılacaq. Yəni sənədlər olunaraq Qr kod ilə göndərilə biləcək. Bəs vətəndaşlar üçü

17 may
.

Qorxunc STATİSTİKA: İldə 1200-1300 uşaq 17 yaşa çatmamış ana olur! - AÇIQLAMA

Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı alınıb. Bu insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb. Erkən nikahların qarşısının alınması ilə bağlı mübarizələrin aparılmasına baxmayaraq, erkən nikahlar və bu nikahlardan doğulan uşaqların sayı artmaqda dava

17 may
.

Slovakiya Baş nazirinə sui-qəsd cəhdində "Rusiya izi" ortaya çıxdı...-FOTO-FAKT

Robert Fitsonu güllələyən şəxs əvvəllər Kremlin təbliğatını təkrar edən yarımhərbi qrupa dəstək verib. Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinə görə saxlanılan 71 yaşlı Yuray Çintula əvvəllər rusiyayönümlü "Slovensky Branci" yarımhərbi dəstəsini vəsf edib və üzvlər

16 may
.

Bu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİX

Bu dəfə qeyri-adi bir hadisədən – Karib dənizinin cənubunda yerləşən ada dövləti Trinidad və Tabaqoda radikal müsəlman dindarların hakimiyyətə gəlmək cəhdindən danışacağıq. Həmin hadisə 1990-cı il iyulun 27-də baş verib və 24 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə başa çatıb. Trinidad v

16 may
.

Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO

Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır. -ın məlumatına görə, kimisi zorakılığa məruz qaldığından, kimisi psixososial durumdan, kimisi isə kənar müdaxilələrdən çıxış yolunu boşanmaqda görür. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayı ərzində 10 081 nikah, 5 12

17 may
.

SON DƏQİQƏ - Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"

Demarkasiya və delimitasiya üçün əsas 1976-cı il xəritələridir. Bu xəritələrdən Ermənistanın və Azərbaycanın harda olduğunu bilirik. Bu xəritələrə görə Ermənistan-Azərbaycan sərhədi tam mövcuddur. Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində Qazax-Tavu

17 may
.

Güney Azərbaycanda "Ana dilində danışaq" aksiyasına başlanılıb - VİDEO

Güney Azərbaycanda milli fəallar aksiyaya başlayıblar. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib. Məlumata görə, aksiya Azərbaycan dilini fars ifadələrindən təmizləməyə və Ana dilini inkişaf etdirməyə çağırmaq üçün keçirilir

18 may
.

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - VİDEO

Milli Məclisin Şimali Kiprlə parlamentlərarası işçi qrupu Kiprdə səfərdədir. xəbər verir ki, onlar respublikanın Prezidenti Ersin Tatar və digər rəsmi şəxslərlə görüşlər keçiriblər. Səfər çərçivəsində azərbaycanlı deputatların şərəfinə prezident Ersin Tatar tərəfindən təşkil olunan ziyafətdə maraql

17 may
.

Faiq Ağayev kimdir? - 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti

"Bioqrafiya" rubrikasında Xalq artisti, estrada müğənnisi Faiq Ağayev barədə məlumat verir. - Faiq Ağayev harada anadan olub, neçə yaşı var?. Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. - Faiq Ağayev harada təhsil alıb?. Ailəsi onun həkim olmasını istəyib. Bu sahədə təhsi

17 may