Ağdaşda tikinti mağazası yanıb - VİDEO

Ağdaşda tikinti mağazası yanıb - VİDEOFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdaş rayonu, Yeni yaşayış massivi adlanan ərazidə mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Sonxeber.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800 kvadratmetr olan ikimərtəbəli tikinti materialları mağazasının ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində tikinti materialları mağazasının ərazisində sahəsi 100 kvadratmetr olan anbarın yanar konstruksiyaları və içərisində olan tikinti malları 100 kvadratmetr sahədə yanıb.

Mağaza, mağazanın qarşısına yığılmış tikinti malları və bitişik tikilmiş ümumi sahəsi 100 kvadratmetr olan avtomobil ehtiyat hissələrinin satışı mağazası yanğından mühafizə olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 165   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bir neçə gün əvvəl vəfat edən övladından yazdı - Fotolar

Xəbər verdiyimiz kimi, ARB telekanalında çalışan aparıcı Aynur Bağırova bir neçə gün əvvəl övladını itirib. Axşam.az-ın məlumatına görə, A.Bağırova sosial şəbəkə hesabında övladından yazıb. "Heç ağlıma gəlməzdi ki, səninlə sonuncu şəklim çəkilir. Qardaşın getmişdi, səninlə təskinlik tapdım, toparlandım

17 may
.

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub. "Unikal"ın əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmmə

17 may
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18 may
.

93,5 balla ölkə birincisi oldu - FOTO

Magistraturaya qəbul imtahanlarının II cəhdinin esse nəticələri açıqlanıb. -in "Qaynar xətti"nə daxil olan məlumata görə, nəticələrə görə Günay Quliyeva 93,5 balla ölkə birincisi olub. Məlumat üçün bildirək ki, Günay Quliyeva Bakı Dövlət Universitetinin tələbəsidir

18 may
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləy

18 may
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18 may
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18 may
.

Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb. "Unikal"ın əldə etdiyi məlumatına görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyy

18 may
.

İdman Akademiyasında "akademik korrupsiya": rektor yeyinti ixtisasını necə icra edir?

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilin hansı səviyyədə olduğunu deməyə gərək yoxdur. Tutarlı kadr hazırlaya bilməyən, daha çox idmançı deyil, qoçu hazırlayan təhsil ocağı kimi ad çıxarmış Akademiyda korrupsiya da dizə çıxıb. Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirən Fua

17 may