Ruhəngiz Musəvi: "Ailəmi Sevda dağıtmayıb"

Ruhəngiz Musəvi: "Ailəmi Sevda dağıtmayıb""Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşündü ki, bu məndən ayrılandan sonra kənar yerə gedəcək. Ona görə dedi ki, qohumla evlənsin, amma uzağa getməsin, yanımda qalsın. Qohumu ilə evlənsə də o, xalama zəng vurub deyirdi ki, Ruhəngizsiz qala bilmirəm".

Sonxeber.az "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi verilişlərin birində deyib.

Sənətçi bildirib ki, birinci həyat yoldaşı ilə ayrılandan sonra qızına görə onunla yenidən barışıb:

"Birinci həyat yoldaşım məndən ayrılmaq istəmirdi. Uşağıma görə onunla barışdım. Onun özünə də dedim ki, qızıma görə səninlə barışıram. Amma gördüm ki, bizdə alınmır... O insan məni həddən artıq çox istəyirdi və sevirdi. İnsanlar itirəndən sonra insanın qədir-qiymətini bilirlər".
R.Musəvi həmkarı Sevda Əliqızının onun həyat yoldaşı ilə ailə qurması haqqında bunları deyib:

"Bir yerdə verilişlərə çıxırdıq. Bizi görənlər təəccüblənirdi. Deyirdilər ki, "axı bu necə olur…" Çünki mən ikinci dəfə ailə qurmuşdum, Sevda da onunla ailə qurmuşdu. Verilişlərdə qonaq olarkən görüşürdük. Sevdanı mənim sənət dostum kimi qəbul edirdim.

Düz danışan insanam. O, yox, Sevda xanım onunla özü ayrıldı. Onların evliliyi 10 il çəkdi. Birinci ərim Sevda ilə ailə quranda qızım onların evinə gedib-gəlirdi. Amma "səninlə barışıb sənə dönmək istəyirəm" kimi şeylər demirdi. O şəxs Sevda ilə 10 il birgə yaşadı daha sonra başqa bir qadınla ailə qurdu. Yenə də kişidir də... Üçüncü arvadından övladı da var. Yenə də deyirəm, Sevda mənim ailəmi dağıtmayıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 710   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir neçə gün əvvəl vəfat edən övladından yazdı - Fotolar

Xəbər verdiyimiz kimi, ARB telekanalında çalışan aparıcı Aynur Bağırova bir neçə gün əvvəl övladını itirib. Axşam.az-ın məlumatına görə, A.Bağırova sosial şəbəkə hesabında övladından yazıb. "Heç ağlıma gəlməzdi ki, səninlə sonuncu şəklim çəkilir. Qardaşın getmişdi, səninlə təskinlik tapdım, toparlandım

17 may
.

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub. "Unikal"ın əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmmə

17 may
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18 may
.

93,5 balla ölkə birincisi oldu - FOTO

Magistraturaya qəbul imtahanlarının II cəhdinin esse nəticələri açıqlanıb. -in "Qaynar xətti"nə daxil olan məlumata görə, nəticələrə görə Günay Quliyeva 93,5 balla ölkə birincisi olub. Məlumat üçün bildirək ki, Günay Quliyeva Bakı Dövlət Universitetinin tələbəsidir

18 may
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləy

18 may
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18 may
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18 may
.

Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb. "Unikal"ın əldə etdiyi məlumatına görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyy

18 may
.

İdman Akademiyasında "akademik korrupsiya": rektor yeyinti ixtisasını necə icra edir?

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilin hansı səviyyədə olduğunu deməyə gərək yoxdur. Tutarlı kadr hazırlaya bilməyən, daha çox idmançı deyil, qoçu hazırlayan təhsil ocağı kimi ad çıxarmış Akademiyda korrupsiya da dizə çıxıb. Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirən Fua

17 may