6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandıXaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb.

"Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir.

Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur.

Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədov Bizim.Media-ya açıqlamasında həmin məktəblinin 6-cı sinifdən məktəbə gəlmədiyini və iki il gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.

Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib. O, qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib: "Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S, 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Onlar ailə həyatı qurmayıblar".

Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.
6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 611   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18 may
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18 may
.

Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda həbs olundu

Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Mehdi Xəlilbəyli Bakıda həbs olunub. apa-ya istinadən xəbər verir ki, Mehdi Xəlilbəyli bir qədər əvvəl Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıy

17 may
.

Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı

Moskvanın cənub-şərqindəki Bratislavskaya küçəsindəki mənzildə dəhşətli qətl hadisəsi baş verib. İlkin məlumata görə, 30 yaşlı Fərid Fəttahov tanınmış iş adamı olan atası, 69 yaşlı Əşrəf Fəttahovu məişət zorakılığı zəminində qətlə yetirib. Mərhum Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu

17 may
.

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? - DOSYE

General-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin edilib. yeni komandanın dosyesini təqdim edir:. Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981-88-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-91-ci illərd

18 may
.

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq mayın 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar

17 may
.

Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunun qalibi olub

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov 16-19 May Türkiyənin İstanbul şəhərində keçirilən WAKO Versiyası Üzrə Dünya Kubokunda "master class"kateqoriyasında 63 kq çəki dərəcəsində "Ligh

18 may
.

Azərbaycanda məcburi icbari təhsil sistemi 11 illik olsun - TƏKLİF

Bu gün qızların erkən nikaha cəlb olunması fiziki, cinsi, iqtisadi və emosional zorakılığın formalarını əhatə edir. Regionlarda bununla bağlı ciddi problemlər mövcuddur. Qızlar erkən yaşda nikaha məcbur edilir və uşaq yaşlarında ana olurlar. Buna nümunə olaraq Salyanda baş verən hadisəni nümunə götür

17 may
.

Bakıda 15 yaşlı qız özünü binadan atdı - VİDEO

Paytaxtın Nizami rayonunda yeniyetmə qız özünü binadan ataraq intihar edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 2009 təvəllüdlü G. Quliyeva (ad şərtidir) özünü binadan ataraq həyatına son qoyub. Hadisə baş verən ərazidən görüntülər

17 may