Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO

Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO"İl boyu bu barədə heç vaxt danışmadım. Mənə olunan zənglərin hamısından imtina etdim. Heç bir zəngə cavab vermədim, heç bir televiziya kanalına bu haqda danışmadım. Yəqin ki, mən də çox böyük şok keçirtdim, bunu analiz edirdim özlüyümdə".

Bu sözləri İctimai TV-nin efirində yayımlanan verilişlərdən birində Xalq artisti Mehriban Zəki deyib.

Aktrisa bir il əvvəl həmkarı Əməkdar artist Dilarə Əliyeva və onun həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dünyasını dəyişdiyi dəhşətli qəza ilə bağlı ilk dəfə geniş açıqlama verib.

"Avtomobil yolun kənarına çıxanda mən "Oqtay, Oqtay" deyib onu səslədim. İlk zərbədə mən huşumu itirdim. Sonra huşum ağlıma gələndə ilk Dilarənin səsini eşitdim. Deyirdi ki, Mehribanın üzü qandır, Oqtay. Hər şeyi dumanlı xatırlayıram. Özümə gələndən sonra sosial şəbəkələrdə gördüm. Naxoş olan şeylərdir onlar. Bir insanın qəzasını, onun faciəsini o şəkildə paylaşmazlar. Amma o şəkillərə baxanda o halım heç yadımda deyildi. Yadımda olan isə o idi ki, gözümü qaldırıb yerdə uzanan Oqtayı gördüm sonra yenə huşumu itirdim. Sonra hər dəfə mən gözümü açdıqca Dilarənin və Oqtayın vəziyyətini soruşurdum".

Aktrisa Oktay Əliyevin ölümünün ona bir gün sonra söyləndiyini deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 605   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"

"Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir". AZƏRTAC xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını

19 may
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18 may
.

Azərbaycanda məktəb binası boşaldılır: Fəaliyyəti dayandırılacaq?

Gəncədəki 2 nömrəli musiqi məktəbində tədris dayandırılıb. APA-nın yerli bürosunun məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib. Uzun müddət davam edən məhkəm

17 may
.

Dərs ilinin bitməsinə 1 ay qalmış şagirdlərə sinif tapılmır - Video

Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində artıq 3 gündür ki, dərslər dayandırılıb. Tədris ilinin bitməsinə bir ay qalmış məktəbin otaqları boşaldılıb, bütün musiqi alətləri, stol-stullar, şkaflar çölə atılıb. Buna səbəb isə 2007-ci ildə yan binanın özəlləşdirilməsi, sahibkarı

18 may
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18 may
.

Azərbaycan və İran prezidentləri iki hidroqovşağın açılış mərasimində

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilir

19 may
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18 may
.

Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 199-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi "Mersedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb. Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-c

17 may
.

Bu il ali məktəblərə qəbul balı arta bilər?

"Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq". Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. "Eləc

18 may