"Qarabağ" 25 illik rekordu qırdı, "Neftçi" antirekorda imza atdı

"Qarabağ" 25 illik rekordu qırdı, "Neftçi" antirekorda imza atdıAzərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" görüşü gözlənildiyi kimi maraqlı hadisələrlə yadda qalıb.

Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, "Qarabağ" Premyer Liqanın 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Qurban Qurbanovun komandası buna 33-cü turda nail olub.

"Köhlən atlar" "Neftçi" üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayını 50-yə yüksəldib. Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu. Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt "Xəzər"inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.

"Neftçi" Premyer Liqasının 2023/24 mövsümündə səfər oyunlarında 23 qol buraxıb. Bu rəqəm 33-cü turun "Qarabağ"la matçından sonra belə yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb. "Neftçi"nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013/14 mövsümündə qeydə alınmışdı. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.

Qeyd edək ki, "Sumqayıt" isə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 12-ci heç-heçəsini edib. "Gənclik şəhəri" təmsilçisi bununla da öz rekordunu təkrarlayıb. Komanda 2015/16 mövsümündə 12 sülhə imza atmışdılar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 307   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Yuventus"un yeni baş məşqçisi bəlli oldu

"Yuventus" klubunun yeni baş məşqçisi bəlli olub. xəbər verir ki, Turin təmsilçisi Tiaqo Motta ilə ilkin razılıq əldə edib. Müqavilənin müddəti 2+1 illik nəzərdə tutulub. İllik məvacib 3,5 milyon avro civarında olacaq. Bu barədə yerli mətbuat məlumat yayıb. Qeyd edək ki. Mottanın çalışdırdığ

16 may
.

"Qalatasaray"ın keçmiş oyunçusu tutuldu

"Qalatasaray"ın keçmiş oyunçusu Jo Alves Braziliyada saxlanılıb. xarici mediaya istinadla bildirir ki, futbolçu təmsil etdiyi "Amazonas" klubunun heyəti ilə "Ponte Preta" klubu ilə oyuna gedərkən polis avtobusa saxla əmri verib. Daha sonra polislər Alvesi tutaraq şöbəy

9 may
.

Azərbaycan gimnastları Dünya Kubokunda dörd medal qazanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstanın Burqas şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib. xəbər verir ki, komanda sözügedən yarışı dörd medalla bitirib. Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüyü və Zəhra Rəşidova, Anahita Bashiri və Nəzrin Zeyniyeva ibarət üçlü

12 may
.

Rafael Varan Meksika klubu ilə razılaşdı

"Mançester Yunayted" klubundan ayrılan Rafael Varan Meksika klubu ilə şəxsi razılığa gəlib. Məlumata görə, mövsüm sonunda İngiltərə təmsilçisindən ayılacağı gözlənilən Rafael Varan "Tiqres" klubu ilə razılığa gəlib. Belə ki, təcrübəli müdafiəçi komanda ilə 2+1 illik müqavilə və illi

18 may
.

Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 36-cı turunda "Tottenhem"lə görüşdə vurduğu qol və məhsuldar ötürməsi ilə Ueyn Runinin tarixi rekorduna çatıb. Məlumata görə, misirli futbolçu Premyer Liqanın cari mövsümündə 18 qol və 10 məhsuldar ötürmə edib. İngiltər

7 may
.

Ronaldu komandasını dəyişə bilər

"İnter Mayami"nin prezidenti Devid Bekhem "Ən-Nəsr"in hücumçusu Kriştiano Ronaldonu ABŞ klubuna transfer etmək imkanlarını araşdırır. Qeyd olunur ki, Bekhem Ronaldu və argentinalı hücumçu Lionel Messini bir klubda birləşdirmək fikrini çox bəyənir. Xatırladaq ki, 2022-ci ilin payızınd

5 may
.

Tomas Müller həyat yoldaşı ilə ayrılıb?

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin həyat yoldaşı Liza Müller sosial şəbəkələrdə futbolçunu izləməyi dayandırıb və eyni zamanda birlikdə çəkilən fotoların çoxunu silib. Cütlük arasında münasibətlərin hansı vəziyyətdə olduğu dəqiq bilinmir. Qeyd edək ki, Tomas və Liza 15 ildir evlidirlər

12 may
.

"Qalatasaray" - "Fənərbağça" derbisinin vaxtı açıqlanıb - FOTO

Türkiyə Super Liqasının 37-ci həftəsi çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbağça" derbisi 19 may saat 19.00-da oynanılacaq. xəbər verir ki, TFF-nin verdiyi qərarla son 3 həftə ərzində bütün matçların eyni vaxtda keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən də, son görüşdən sonr

13 may
.

"Napoli" klubu Xviça Kvaratsxeliyanın maaşını 6 dəfə artırmağı düşünür

İtaliyanın "Napoli" klubunun rəhbərliyi futbolçusu Xviça Kvaratsxeliyanı klubda saxlamaq üçün maaşını 6 dəfə artırmağa hazırdır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın PSJ və İngiltərə Premyer Liqasında çıxış edən bir sıra klubların maraq dairəsində olan gürcüstanl

11 may