Əhməd Cavadın nəticəsi: "Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!"

Əhməd Cavadın nəticəsi: "Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!""Əhməd Cavad ömrünü Azərbaycan xalqına həsr edib. Əlbəttə ki, o illər çətin dövrlər idi. Zamanın çətinliyinə baxmayaraq, öz həyatını Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı üçün qurban verib. Özünü ən yüksək zirvələrə ucaldıb. Onun adını yaşatmaq mənim üçün böyük qürurdur. Mən sovet illərində təhsil almışam. Hər dəfə müəllimlərim bütün uşaqları toplayıb deyirdilər ki, bu oğlan himnimizin sözlərinin müəllifi Əhməd Cavadın nəticəsidir. Uşaq idim, amma qürur duyurdum. Mən Əhməd Cavadın "Göygöl" şeirini sevirəm. Babam məhz həmin şeirə görə həbs olunmuşdu. "Ey əsgər" şeiri də Əhməd Cavad yaradıcılığının ən yaxşı şeirlərindəndir. 132 yaşına qədəm qoydu. Hər zaman onu dərin ehtiramla yad edirik. Onu bu gün nəinki ailəsi, bütün Azərbaycan yada salır, xatırlayır".

Bunu Moderator.az-a açıqlamasında Əhməd Cavadın nəticəsi Cavad Axundzadə deyib.

O, daha sonra nənəsi Şükriyyə xanımı xatırlayıb və onun acınacaqlı həyatından bəhs edib.

"Əhməd Cavadın adını daşıyıram. Bu adı mənə Şükriyyə nənəm verib. Hamı ona Əhməd Cavad deyir, amma ailəmiz ona Cavad baba deyib. Evdə Cavad babanın sevgisi ilə böyümüşük. Ailəmiz Şükriyyə nənəmin evində onunla birgə yaşayıblar. Həmişə çalışıram ki, nənəmin mənə verdiyi bu adı doğruldum. Uşaq olandan nənəm mənə Əhməd Cavadın şeirlərini sevdirib. Mənə "Cavad, Cavadım" deyə müraciət edirdi. Çalışırdı ki, çətin günlərindən danışmasın. Amma hadisələr yadına düşəndə xatırlamadan keçə bilmirdi. Əlbəttə ki, bu, onun üçün çətin idi. Bir dəfə Şükriyyə nənəmə sual verdim ki, Stalin kim olub? O zaman 12 yaşım var idi. Nənəm haldan-hala düşdü, nəfəsi sanki düyünləndi. Dedi ki, onun adını çəkmə! Həmin hadisə yadıma düşəndə hələ də özümü bağışlaya bilmirəm. Nənəm Qazaxıstanın Akmola düşərgəsinə sürgün olunmuşdu. Həmin düşərgədə repressiya olunmuş ailələrin qadınları saxlanılırdı. Ora əmək düşərgəsi idi. Nənəm bir gün qamış toplamağa gedir. Görür ki, qarın içərisində itlər nəyisə öz aralarında bölüşdürə bilmir, yemi bölə bilmirlər. Bir az qabağa gedən kimi görür ki, yeni doğulmuş körpə cəsədidir. Sən demə düşərgədə hansısa qadın çətin şərait içərisində ana olur. Az keçmir ki, körpə ölür. Nəzarətçilər də bu körpəni çölə tullayırlar. Həmin hadisədən nənəm çox sarsılır. Bu, onun sinir sisteminə də təsirsiz ötüşmür. Ona görə də Stalinin zülmündən danışmağı sevmirdi, haldan-hala düşürdü. Şükriyyə nənəm ömrünün son illərini Şəmkirdəki evində keçirdi. Yay tətillərində, xüsusi bayramlarda onun yanına gedib qalırdım. Onun kimi güclü qadının tərbiyəsini almaq mənə nəsib olub. O dünyasını dəyişəndə 13 yaşım var idi. Amma buna baxmayaraq, xatirələrim çoxdur. Çox ağır həyat yolu keçmişdi, ömrü boyu da haqsızlığa qarşı mübarizə aparmışdı. Nənəm sürgündə olanda 5 övladından uzaq düşür. O illərdə övladlarının hərəsi bir internata verilir. İkinci Dünya müharibəsi başlayanda böyük oğulları Niyazi və Aydın babam cəbhəyə yollanırlar. Kiçik oğulları Yılmazı da kənd camaatı böyüdür. Şükriyyə nənəm sürgündən qayıdan günədək Əhməd Cavadın uşaqlarına sahib çıxırlar", - deyə Cavad Axundzadə deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 643   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taksi qiymətləri 4 manat 50 qəpik olacaq? - Açıqlama

Azərbaycanda minimal taksi qiymətlərinin 4 manat 50 qəpik olacağı ilə bağlı xəbərlər yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məlumatı taksi şirkətlərində işləyən sürücülər deyib. Yayılan məlumatlarda artımla bağlı qərarın iyunun 1-dən qüvvəyə minəcəyi bildirilib. Sürücülərin əksəriyyət

17 may
.

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqız

17 may
.

Məşhur aparıcı AzTV-dən getdi

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib. Axşam.az-ın əldə etdiyi məlumata görə, o, kanalla işbirliyinə son qoyub. S.Mustafayeva xəbəri təsdiqləyib. O bildirib ki, kanaldan getməsinin səbəbi qızının təhsilidir: . "Bu il qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazırlaşırıq. Universite

17 may
.

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO

Vətən müharibəsi şəhidi İzzət Həmidovun şəhid olduğu yer ziyarət olunub. Şəhidin anası, qardaşı və döyüş yoldaşı Füzulinin Qaraxanbəyli kəndinə gedərək İzzətin son nəfəsini verdiyi yerdə onunla bağlı xatirələrini bölüşüblər. Baku TV-yə danışan şəhid anası Vəfa İzzətli övladının şəhid olduğunu hiss etdiyin

17 may
.

Azərbaycanda məcburi icbari təhsil sistemi 11 illik olsun - TƏKLİF

Bu gün qızların erkən nikaha cəlb olunması fiziki, cinsi, iqtisadi və emosional zorakılığın formalarını əhatə edir. Regionlarda bununla bağlı ciddi problemlər mövcuddur. Qızlar erkən yaşda nikaha məcbur edilir və uşaq yaşlarında ana olurlar. Buna nümunə olaraq Salyanda baş verən hadisəni nümunə götür

17 may
.

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq mayın 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar

17 may
.

Bu il ali məktəblərə qəbul balı arta bilər?

"Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq". Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. "Eləc

18 may
.

Azərbaycanda məktəb binası boşaldılır: Fəaliyyəti dayandırılacaq?

Gəncədəki 2 nömrəli musiqi məktəbində tədris dayandırılıb. APA-nın yerli bürosunun məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib. Uzun müddət davam edən məhkəm

17 may
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18 may