Milli-mənəvi dəyərlərə zidd addım atanlar ağır CƏZALANDIRILMALIDIR! - ARAŞDIRMA

Milli-mənəvi dəyərlərə zidd addım atanlar ağır CƏZALANDIRILMALIDIR! - ARAŞDIRMABu gün sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında özünə "fenomen" adı verən şəxslər milli-mənəvi dəyərlərə zidd paylaşımlar və kampaniyalar aparırlar. Sözsüz ki, onların bu platformadan qazandıqları maliyyədən danışmağa dəyməz. Bunu görən gənc kütlə isə sosial şəbəkələrdə bu kimi adamları özlərinə nümunə götürür, rahat yolla pul qazanmaqdan ötrü onlar kimi davranmağa başlayırlar. Məsələnin ürək ağrıdan tərəfləri də var. Biz burada gənc nəslin milli-mənəvi dəyərlərinin məhv olmasından narahat oluruq. Amma bir sıra vəzifəli şəxslər, o cümlədən iş adamları bu "fenomen"lərə dəstək verir və onlara pərəstiş edir.

Buna nümunə olaraq, Gəncədə böyük hörmətə malik olduğu iddia edilən iş adamı Emin Hüseynovun adını çəkə bilərik. Onun bahalı "Gelandewagen" maşını ilə TikTok sosial şəbəkəsində qısa zamanda məhşur olan Baboşu ziyarət etməsi və ona olan sevgisi demək olar gündəmi və sosial şəbəkələri zəbt edib. Ölkədə milli-mənəvi dəyərlərin, cəmiyyətə yararlı addımların atılmasını gözlədiyimiz halda, belə iş adamları yaxud vəzifəli şəxslər Baboş kimilərini niyə "qəhrəman"laşdırır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, bu şəxslər fenomen deyil. Fenomen daha çox yüksək və ali mərtəbədir. Onlar sadəcə pozğun, tərbiyəsiz, əxlaqsız və küçə adamlarıdır:
Milli-mənəvi dəyərlərə zidd addım atanlar ağır CƏZALANDIRILMALIDIR! - ARAŞDIRMA"Son apardığım müşahidələr əsasən demək istəyirəm ki, milli dəyərlərimizi məhv etmək məqsədilə xüsusi bir mütəşəkkil dəstə işləyir. Bunlar daha çox xarici qüvvələr ilə idarə olunur. Onların Azərbaycanda çoxsayda adamları var. Müxtəlif sosial şəbəkələrdə və mediada yerləşiblər. Onlar vəkil, psixoloq və s. formalarda cəmiyyətin mənəvi dəyərlər sistemini sarsıtmaq, ailə institutu dağıtmaq və sosial anarxiya yaratmaq üçün dövlətin mənəvi bazasını dağıtmağa yönəliblər. Çünki Azərbaycan dövləti yalnız milli-mənəvi dəyərlər üzərində bərqərardır. Kökündən bu məsələləri məhv etmək üçün xüsusi dəstə işləyir. Son dövrlər sosial şəbəkələrin imkanları artdığından onlar üçün böyük bir meydan yaranıb. Burada necə lazımdırsa çalışırlar. Artıq çox ciddi nəticələri əldə ediblər və demək olar ki, bütün dəyərlərimiz məhv edilib. Ailə institutumuz məhv olub və uşaq tərbiyəsi tamamilə pozulub. İnsanlararası münasibətlər çox pis vəziyyətdir".

Sosioloqun sözlərinə görə, bu şəxslərə yardım edənlər həmin qlobal dəstənin adamlarıdır. Məqsədli şəkildə və qəsdən həmin şəxslərə dəstək verirlər. amma elmi layihələrə, elmi verilişlərə və sosial şəbəkələrdə elmi paylaşımlara, faydalı məlumatlara zərrə qədər dəstək yoxdur:

"Açıq şəkildə, təkzib edilməz formada, dəqiq sübutdur ki, onlar mütəşəkkil dəstədir. Bunlar necə lazımdırsa işləyirlər. Ölkədəki ictimai təbliğat sistemini ələ alıblar. Çünki qlobal şəbəkələr onlara dəstək verir və sosial platformalarda onların kanalları, səhifələri daha çox göstərilir. Yaratdığı profillər burada daha aktiv olur. Artıq onlar cəmiyyətin aparıcı qüvvəsinə çevrirlər. Belə bir şəraitdə onlara qarşı mübarizə aparmağın çox sadə metodologiyası var. Burada iki tərəfin rolu var: cəmiyyət və dövlət. Amma cəmiyyətin bununla bağlı addım atmağını gözləmək olmaz. Cəmiyyət onlara dəstək verir. Yalnız dövlətdən bu addımları gözləyə bilərik. Dövlət bu şəxsləri ağır cəzalandırılmalıdır. Milli-mənəvi dəyərlərə zidd fəaliyyətə görə çox ağır cəzalar qoyulmalıdır. Vəziyyət pisləşməyə doğru gedirsə, "TikTok", "Instagram" kimi şəbəkələr tam bağlanmalıdır. Bunun başqa yolu qalmayıb. Əgər bağlaya bilmirlərsə, bu şəxsləri bir-bir cəzalandırmalıdır. Əks halda vəziyyət daha da pisləşəcək. Açıq şəkildə bu insanlar sosial səbəblərdən ailələrin dağılmasının, uşaqların narkomaniyaya meyilliyi, radikal dini təriqətlərin , hər cür cinayətkarlıq əməlləri burada təbliğ olunur. Bu adamlar qanun qarşısında heç bir məsuliyyət daşımırlar və cavabda vermirlər. Bunlara qarşı mübarizə aparmaq istəyiriksə, sadə üsulu var. Həmin dəstənin üzvlərinin tapılması və cəzalandırılmasıdır".

Psixoloq Vəfa Əkbər saytımıza məsələ ilə bağlı öf fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu gün kimlliyindən asılı olmayaraq hər kəsin ən böyük həfədi öz mənliyini aktuallaşdırmaqdır:
Milli-mənəvi dəyərlərə zidd addım atanlar ağır CƏZALANDIRILMALIDIR! - ARAŞDIRMA"Ümumiyyətlə hər bir insanın ən böyük hədəfi öz mənliyini aktuallaşdırmaqdır. Bu yolda insanlar təhsil alırlar və əziyyət çəkirlər. Bu qəbildən olan insanlar gündəmə gəlmək və tanınmaq üçün əziyyətli yollardan gəlirlər. Artıq fenomenlər daha asan yolla getdiyi üçün insanların diqqətini cəlb edirlər. Onların nə etdiklərindən asılı olmayaraq bu gün hər kəsin nəzərində olur. Onlar əsasən yeniyetmələr və gənclər tərəfindən nümunə olaraq götürülür. Onların davranışları əlbəttə ki, cəmiyyətdə birmənalı qarşılanmır. Əlbəttə ki, bu özüdə bir istedad və şoumenlik tələb edir. Bu baxımdan etdikləri davranışlardan asılı olmayaraq artıq onlar yaddaşlarda qalırlar".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 754   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18 may
.

Məşhur aparıcı AzTV-dən getdi

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib. Axşam.az-ın əldə etdiyi məlumata görə, o, kanalla işbirliyinə son qoyub. S.Mustafayeva xəbəri təsdiqləyib. O bildirib ki, kanaldan getməsinin səbəbi qızının təhsilidir: . "Bu il qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazırlaşırıq. Universite

17 may
.

Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 199-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi "Mersedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb. Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-c

17 may
.

Rəşad Dağlının qızı əməliyyat olundu

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının qızı Bətül xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, onun qolunda problem yaranıb. Bətül xəstəxanalardan birində əməliyyat olunub. Həmin görüntüləri R.Dağlının oğlu Yusif sosial şəbəkədə paylaşıb. O bildirib ki, bacısı özünü yaxşı hiss edir

18 may
.

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqız

17 may
.

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə dörd dəfə zərbə vurub. Ağır yaralanan qadın iki gündən sonra müalicə aldığ

17 may
.

93,5 balla ölkə birincisi oldu - FOTO

Magistraturaya qəbul imtahanlarının II cəhdinin esse nəticələri açıqlanıb. -in "Qaynar xətti"nə daxil olan məlumata görə, nəticələrə görə Günay Quliyeva 93,5 balla ölkə birincisi olub. Məlumat üçün bildirək ki, Günay Quliyeva Bakı Dövlət Universitetinin tələbəsidir

18 may
.

XƏBƏRDARLIQ! - Leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - BU TARİXƏDƏK…

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometereologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlı

18 may
.

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub. "Unikal"ın əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmmə

17 may