Gürcüstandakı etiraz aksiyaları Zəngəzur və Naxçıvan yolunun açılmasını SÜRƏTLƏNDİRƏCƏK - ŞƏRH

Gürcüstandakı etiraz aksiyaları Zəngəzur və Naxçıvan yolunun açılmasını SÜRƏTLƏNDİRƏCƏK - ŞƏRHGürcüstan parlamenti yaxınlığında etiraz aksiyaları artıq demək olar ki, pik həddə çatıb. Mayın 1-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib. Qərbyönümlü fəallar, QHT, KİV və partiyalar parlamentə təsir göstərmək, "xarici agentlər" haqqında qanunun qəbul edilməsinə mane olmaq istəyirlər. Nümayişçilər əllərində "Rusiya qanunlarına yox", "Rusiyaya yox, Avropaya hə" plakatları tutublar. Etiraz aksiyaların genişlənmsi bir sıra suallar yaradır. Gürcüstan Cənubi Qafqazda Azərbaycan-Ermənistan arasında gedən danışıqlarda əsas rol oynayan dövlətlərdəndir. Belə ki, bu ölkənin ərazisindən müvafiq kommunikasiya xətləri gedir. Bu baxımdan Gürcüstanda davam edən aksiyalar Ermənistan və Azərbaycana necə təsir göstərəcək?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildriib ki, Qərb uzun müddət Cənubi Qafqazda Gürcüstanı özü üçün demokratik islahatlar üçün mərkəz seçmişdir:

"Vaxtilə çar Rusiyası Cənubi Qafqazı işğal edəndə Gürcüstanı özünə ən etibarlı mərkəz sayırdı. Çünki indiki Ermənistan adlı ərazi Azərbaycanın xanlıqlarından biri idi. Ona görə onlar Gürcüstanı ən etibarlı canişinlik seçmişdi. Qərbdə Gürcüstanı və buradakı qüvvələri özünə mərkəz sayırdı. Son aksiyalarda bu məsələ təkcə xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməsi deyil. Bu həm də Rusiya və Qərbin mübarizəsidir. Bununla belə Gürcüstan ərazisindən gedən kommunikasiya xətləri və neft-qaz dəmiryol nəqliyyat xətti beynəlxalq qanunlar ilə müəyyən edilib. Həm iqtidar, həm də keçmiş müxalifətin dövründə onların razılığı ilə reallaşıb".

Sədrəddin Soltanın sözlərinə görə, bu aksiyalar Gürcüstan ərazisindən keçən layihələrə öz mənfi təsirini göstərməz. O cümlədən Ermənistan-Azərbaycan arasında üçtərəfli bəyanatında Azərbaycanın Zəngəzur və Naxçıvan yolunun açılması öz əksini tapıb:

"Bir sıra xarici qüvvələr bu xəttin açılmasına mane olmağa çalışır. Amma hesab edirəm ki, perspektivdə bu xəttin açılması Gürcüstanda baş verən aksiyalardan asılı olmayaraq reallaşa bilər. Çünki Ermənistanın nicat yoluda həmin kommunikasiyaların açılmasından ibarətdir. Amma Gürcüstandakı etiraz aksiyaları bu prosesin sürətlənməsinə təsir göstərə bilər. Çünki bu yol həm də Ermənistanın xarici qüvvələrin, Rusiyanın təzyiqi və təsirini azaltmaq üçün istifadə oluna bilər. Amma bütün hallarda kommunikasiyaların açılmasına Rusiyada imza atdığından, bu xətlərin açılmasına Gürcüstanın maneə törətməsi ehtimalı azdır".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 671   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

COVID-19-la bağlı avstraliyalı alimlərdən XOŞ XƏBƏR

COVID-19 xəstəliyindən sağalan insanların orqanizmi infeksiyanın düşməsindən sonra 8 ay ərzində patogenin immunitet yaddaşını qoruyub saxlayır. xəbər verir ki, bu barədə Avstraliyanın Monaş Universitetinin veb-saytındakı məqalədə deyilir. Universitetin İmmunologiya və Patologiya Fakültəsi, Alfred Xəstəxanas

23 dekabr 2020
.

Qondarma rejimin "xarici işlər nazirliyi"nin "Facebook" səhifəsi təsdiqləndi - Etiraz

Dağlıq Qarabağdakı qondarma rejimin "xarici işlər nazirliyi"nin "Facebook" səhifəsi rəsmi olaraq, təsdiqlənib. "MediaPost" xəbər verir ki, bu haqda məlumatı " saytının baş redaktoru Sənan Nəcəfov verib. O bildirib ki, bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq informasiy

21 avqust 2020
.

Rusiya hərbi gəmilərinin Bakıya gəlməsini necə qiymətləndirmək olar? – ŞƏRH

"Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hərbi gəmilərinin Bakıya gəlməsi və onların qonaq kimi qarşılanması "Beynəlxalq Ordu Oyunları-2020" yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etməsilə əlaqəlidir". Bunu "MediaPost"

21 avqust 2020
.

Bülbülün Şuşadakı evinin bərpa layihəsi hazırdır

"Şuşaya səfər edəndə özümlə memar Rizvan Bayramovu da aparmışdım. Mən ondan xahiş elədim, bir yerdə, bir maşında Şuşaya getdik". xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib. Səfirin sözlərinə görə, daha sonra Rizva

27 mart 2021
.

MM-də dövlət qulluğuna qəbul qaydalarının sadələşdirilməsi təklif olunub

"2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranıb. Bu, əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır". , bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasını

6 noyabr 2020
.

Maskanın yaratdığı təhlükə - Ağızda göbələk əmələ gələ bilər

Həkim İhsan Hubbezoğlu koronavirus epidemiyası zamanı istifadəsi məcburi olan maskanın ağız və diş sağlamlığına təsir etdiyini bildirib. -a istinadla bildirir ki, onun fikrincə, maskaları dəfələrlə taxmaq, eyni maskanı uzun müddət istifadə etmək və keyfiyyətsiz bir maska seçmək ağızda göbələk əmələ gəlməsin

13 mart 2021
.

SON DƏQİQƏ: Yoluxanların sayı 2000-ə yaxınlaşır

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 19 nəfər COVID-19-dan vəfat edib

27 mart 2021
.

SON DƏQİQƏ: Yoluxma KƏSKİN ARTDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər "COVID-19"dan vəfat edib

13 mart 2021
.

"Düşmən mediasındakı yalan məlumatlar hərbçilərimizin ruhuna mənfi təsir edə bilər"

"Daxili hərbi-siyasi vəziyyəti iyul döyüşlərinə nəzərən təhlil etdikdə görürük ki, bu döyüşlərdə Azərbaycanın media sektoru da özünü müsbət mənada göstərdi. Müdafiə Nazirliyinin mətbuat xidməti lazımi tədbirlər görərək, həm iaşə obyektlərində, həm ictimai nəqliyyatda, həm də kütləvi informasiy

21 avqust 2020