Almatı görüşündə Qazaxın 3 kəndi və Kərki qaytarılacaq? - AÇIQLAMA

Almatı görüşündə Qazaxın 3 kəndi və Kərki qaytarılacaq? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqiq gündəliyi açıqlanmır.

Əlbəttə ki, sözügedən görüşdə müzakirə predmeti ən çox verilən suallar arasındadır. Xüsusilə danışıqlar nəticəsində Qazaxın 4 kəndinin geri qaytarılması bu istiqamətdə müzakirələrin aktuallığınıda artırdı. Amma bu gün Ermənistan tərəfi təhvil verdiyi 4 kənd haqqında danışsa, Qazaxın 3 kəndi və Kərki haqqında hər hansı bir münasibət bildirmir. Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşdə Qazaxın 3 kəndi və Kərkinin qaytarılması haqqında razılığa gəlinə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Qazaxıstandakı görüşdə əsasən sülh sazişinin mətnin ilə bağlı müzakirələr aparılacaq:

"Çünki sərhədlərin müəyyənləşməsi ilə baş nazirlərin müavinləri məşğul olur. Bununla bağlı irəliləyişdə var. Sərhədlər tədricən müəyyənləşir, dirəklər quraşdırılır və kəndlər qaytarılır. Amma xarici işlər nazirləri daha çox sülh sazişinin mətni ilə bağlı işləyəcəklər. Çünki onlar bu işə cavabdehdirlər. Birbaşa danışıqlar mövcuddur. Heç Qazaxıstan vasitəçi deyil və sadəcə olaraq bura məkan olaraq seçilib. Qazax və Kərki kəndləri gələcək danışıqların predmetidir. Çünki o kəndlər geri qaytarılsa belə, orada yaşayacaq azərbaycanlıların təhlükəsizlik məsələlərinin həll etməliyik. Çünki Ermənistanın içərisindən gedib gələcəklər. Bu hal-hazırda həll olunası məsələuə bənzəmir. Daha çox gələcəyin danışıqlar predmetidir. Hətta mümkündür ki, bu danışıqlar çərçivə sazişindən sonrada davam etsin. Ona görə bu məsələlərin Qazaxıstanda danışılacağını düşünmürəm. Danışıqlar sülh sazişinin mətni olacaq. Amma bir görüşdən real nəticədə gözləmək doğru olmaz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 748   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda rejissor 41 yaşında vəfat etdi

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib. E.Abdullayev uzun sürən xəstəlikdən sonra bu gecə 41 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. E.Abdullayev uzun illər müxtəlif televiziya kanallarında çalışıb. Son 10 ildə isə APA TV-nin rejissoru olub

17 may
.

Bakıda sevgilisi ilə hotelə gedən qadın uşaqlarını da özü ilə aparıb - TƏFƏRRÜAT

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından atan şəxsə hökm oxunub. -ın məlumatına görə, 1995-ci il təvəllüdlü Şükür Qəmbərov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlə

17 may
.

Vəfa Şərifova kimdir? - Nikahsız ailə quran, 2 dəfə ölüm xəbəri yayılan bəxtsiz bəxtəvər

"Bioqrafiya" rubrikasında son zamanlar Azərbaycan toylarının kraliçasına çevrilmiş müğənni Vəfa Şərifova haqqında məlumat verir. - Vəfa Şərifova nə zaman və harada anadan olub?. Vəfa Şərifova 4 yanvar 1990-cı ildə Ağsuda anadan olub. - Vəfa Şərifova kimin ailəsində böyüyüb?. 1 yaşı olanda anasın

16 may
.

Paşinyan Azərbaycana gəlsin? - Paytaxt sakinlərindən maraqlı cavablar - Video

Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə Ermənistanın baş naziri Nikol Paşinyan da nümayəndə heyəti ilə gələ bilər. Siyasi şərhçilər bildirir ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi müqabilində Ermənistanın da bu təşkilatın büro üzvlüyünə seçilməsinə razılıq verilib. Belə olan hald

17 may
.

Azərbaycanda doğulan uşaqların sayı niyə azalıb? * VİDEO

Son illər ölkəmizdə doğulan uşaqların sayında azalma müşahidə edilir. Bu barədə Dövlət Statistika Komitəsi məlumatında qeyd olunub. Bəs bir zamanlar çoxuşaqlı ailələrin az qala bəhsə girdiyi ölkəmizdə hazırda uşaq sayının azalması hansı səbəblərdən qaynaqlanır. xəbər verir ki, "Xəbər Ertəsi"

17 may
.

Güney Azərbaycanda "Ana dilində danışaq" aksiyasına başlanılıb - VİDEO

Güney Azərbaycanda milli fəallar aksiyaya başlayıblar. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib. Məlumata görə, aksiya Azərbaycan dilini fars ifadələrindən təmizləməyə və Ana dilini inkişaf etdirməyə çağırmaq üçün keçirilir

18 may
.

İki övladı ilə birlikdə 14 gündür itkin düşən qadın niyə evdən qaçıb? - VİDEO

"Mənim bütün döyülməklərim qısqanclıq üstündə olub". Bu sözləri 14 gündür itkin düşən Şəbnəm Alıyeva Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində səsləndirib. O evdən qaçma səbəblərindən danışıb:. "Telefon işlətməyə icazə vermirdi. Qohumlarımla və anamla görüşməyə qadağ

18 may
.

Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO

Avtomobili və sürücülük vəsiqəsi olmayan Ağdaş sakininin yaşadığı ünvana radara düşməsi ilə bağlı cərimə protokolu gəlib. -ın məlumatına görə, Ağdaş rayonu, Qolqəti kənd sakini 17 yaşlı Orxan Həsənov deyir ki, hazırda adında radara düşməsi ilə bağlı iki cərimə protokolu var. Orxan Həsənov bildirib ki

18 may
.

Qorxunc STATİSTİKA: İldə 1200-1300 uşaq 17 yaşa çatmamış ana olur! - AÇIQLAMA

Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı alınıb. Bu insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb. Erkən nikahların qarşısının alınması ilə bağlı mübarizələrin aparılmasına baxmayaraq, erkən nikahlar və bu nikahlardan doğulan uşaqların sayı artmaqda dava

17 may