Bakıda qadını ölümlə hədələyən şəxsə hökm oxunub

Bakıda qadını ölümlə hədələyən şəxsə hökm oxunubBakıda qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından atan şəxsə hökm oxunub.

Lent.az-ın məlumatına görə, 1995-ci il təvəllüdlü Şükür Qəmbərov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Ş.Qəmbərov 2022-ci ilin aprelin əvvəlində Ağcabədidəki kafelərdən birində ofisiant işləyən T.İ (ad şərti) adlı qadınla tanış olub və qeyri-rəsmi münasibətə başlayıb. Şükür onunla ailə quracağı vədini verib. Münasibətləri dövründə Şükür qadına və onun uşağına qarşı zorakılıq edib. Buna baxmayaraq, münasibətləri davam edib.

2023-cü ilin 16 fevralında Ş.Qəmbərov darıxdığı və görüşmək istədiyi üçün qadını Bakıda yerləşən hotellərdən birinə dəvət edib. Qadın iki uşağı ilə həmin ünvana gəlib. Otağa daxil olduqdan təxminən yarım saat sonra aralarında mübahisə yaranıb. Davam edən münaqişədən sonra Şükür onu ayaqlarından tutaraq altıncı mərtəbənin pəncərəsindən üçüncü mərtəbənin damına atıb. Ağır bədən xəsarətləri alan T.İ xəstəxanaya yerləşdirilib və həyatı xilas olunub.

Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində bildirib ki, onu pəncərədən Şükür atmayıb, özü tullanıb:

"Şükürlə Bakıda istirahət etmək üçün hotellərdən birinə getdik. Uşaqları qoymağa yer olmadığı üçün onları da özümüzlə hotelə apardıq. Mübahisə zamanı uşaqlara telefonda cizgi film qoşub, onları hamam otağına qoyduq. Şükürü hədsiz dərəcədə sevirdim. Onun sevgisini yoxlamaq üçün otağın pəncərəsini açaraq ora çıxdım. Şükür məni sakitləşdirməyə çalışdı. Şükürü qorxutmaq üçün əlimi pəncərədən çəkdim. O, məni tutmaq üçün cəhd etməsinə baxmayaraq ayağım sürüşərək altıncı mərtəbədən yerə yıxıldım".

Zərərçəkmişin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədəki ziddiyyətlər təşkil edib. O, istintaqdakı ifadəsində onu binadan Şükürün atdığını və dəfələrlə onu ölümlə hədələdiyini bildirib. T.İ ibtidai istintaqdakı ifadəsini Şükürü sevdiyi və onun başqası ilə evlənməməsi üçün tutulmasını istədiyi ilə əlaqələndirib.

Məhkəmədə ifadə verən Şükür Qəmbərov özünü hadisə üzrə təqsirli bilməyərək, T.İ-nin ona ayrılacaqları təqdirdə özünü öldürəcəyini dediyini bildirib:

"T.İ ilə görüşmək üçün hotelə getdik. Ondan ayrılmaq istədiyimi dedim. Lakin o, mənə ayrılacağım təqdirdə özünü öldürəcəyini dedi. Onun sözlərinə inanmadım. Həmin vaxt sakit olsa da, o, pəncərəyə yaxınlaşaraq "özümü buradan atsam ölərəm" ifadəsini işlətdi. Onun qolundan tutub içəri çəkmək istəyəndə başı pəncərənin qırağına dəyib qanadı. Əsəbiləşib onu yerdən qaldırıb, şillə vurdum. Gedib hamam otağında əl-üzümü yudum. Qayıdanda onu yenə pəncərənin qarşısında gördüm. "Haqqını halal et, mən bilirəm ki, sən məni aldadırsan və getdikdən sonra məndən ayrılacaqsan" sözünü dedi və özünü binadan atdı. Sonra özüm təslim olmaq üçün polis bölməsinə yaxınlaşdım".
Ş.Qəmbərov ibtidai istintaqda verdiyi ifadədə bildirib ki, o, qadını binadan aşağı atıb və onu ölümlə hədələyib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti ibtidai istintaq zamanı psixoloji təzyiqə məruz qalması ilə əsaslandırıb.

Məhkəmə iclasında şahid qismində dindirilən qadının anası vurğulayıb ki, işdə olarkən qızının Şükürlə bərabər getdiyini eşidib:

"Qızıma zəng elədim, nəvəm açdı telefonu. Anasının yerini soruşduqda isə xətt kəsildi. Yenidən zəng edəndə, bu dəfə telefonu polis əməkdaşları açdılar və məni hotelə çağırdılar. Nəvəmdən soruşanda Şükürün anasını hotelin pəncərəsindən yerə atdığını dedi".

Araşdırmalar zamanı hər iki tərəfin telefonları tədqiq edilib. Şükürlə qadının mesajları və səs yazışmaları ortaya çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxs qadını ölümlə hədələyib.

"Məni biabır elədin. Səni öldürəcəyəm. Səni diri-diri doğrayacağam", - bu kimi hədələyici mesajlar yazıb.

Nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən ilin mart ayında çıxardığı hökmlə Şükür Qəmbərov 120.1-ci maddə ilə təqsirli bilinib. Məhkəmənin yekun qərarı ilə ona 7 il 10 ay həbs cəzası verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 260   Tarix: 17 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Estoniya Prezidenti SÖZ VERDİ: "Rusiyanı diz çökdürmək üçün..."

"Kollektiv Qərbin və xüsusən də Estoniyanın əsas vəzifəsi Ukrayna üzrə sülh danışıqlarına başlamaq üçün Rusiyanı diz çökdürməkdir". xəbər verir ki, bunu Estoniya Respublikasının Prezidenti Alar Karis deyib. "Biz Rusiyanı və Putini diz çökdürmək üçün hər şeyi edəcəyik", – Karis YL

27 may
.

Kəndimizdən çıxan ermənilər tikililəri yandırır – VİDEO

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində demarkasiya prosesi zamanı Azərbaycanın nəzarətinə keçən ərazidə yaşayan sakinlər evlərini sökürlər. xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin Ermənistan seqmentində görüntülər yayılıb. Məlumata görə, kəndin ərazisində demarkasiya zamanı Azərbayca

24 may
.

Dişi ceyranı nəvazişlə yedirdən erkək ceyran - Sosial şəbəkədə bu video TREND OLDU

Bəzən vəhşi təbiətdə elə hadisələr baş verir ki, "heyvanların şüuru olmur" iddiasına şübhə ilə yanaşmalı oluruq. İki ceyranın kadrları bu şübhələri daha da artırır. Erkək ceyranın dişi ceyranın bəyəndiyi budağı əyərək onu bəslədiyi anların görüntüsü sosial mediada gündəm olub. sosial şəbəkələrd

24 may
.

Dəhşətli hadisə: Gənc qız saçını boyadı, üzü "lampa"ya DÖNDÜ - FOTOLAR

Parisdə yaşayan Estelle adlı tələbə saçlarını boyamağa cəhd edib. xarici mənbəyə istinadən xəbər verir ki, gənc qız saçlarını rənglədikdən sonra gördükləri qarşısında heyrətə gəlib. Fransalı tələbə Estelle saç boyasının verdiyi dəhşətli allergik reaksiyadan az qala öləcəkdi. Saç rəngini sarıdan qar

29 may
.

Altı dəfə eyni əmələ görə həbs olunan şəxs yenə tutuldu - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, tədbirlərl

30 may
.

"Azərbaycan Dəmir Yolları" cərimələnir

"Azərbaycan Dəmir Yolları" QSC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

30 may
.

Məşhur mahnının həsr edildiyi qəhrəmanın qızı: "Onunla görüşmək üçün cənnəti qazanmaq istəyirəm"

"Atama demişdilər ki, müharibəyə yararsızdır, səhhətinə görə Bakıda qalmalıdır. Ancaq o bununla razılaşmayıb, canını yox, vətənini seçib". Bunu -a açıqlamasında "İgid əsgər, möhkəm dayan" mahnısının həsr olunduğu Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Yusi

24 may
.

Qəbul imtahanlarında olan bu fənlər LƏĞV OLUNUR?- VACİB AÇIQLAMA

Bu gün Azərbaycanda tətbiq edilən imtahan modeli ilə bağlı ciddi narazılıqlar var. Bu baxımdan şagirdlər və abituriyentlər bütün vaxtlarını həmin imtahanlara hazırlaşmaqla keçirirlər. Bu bu baxımdan ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında hansı fənlər ləğv oluna bilər? . Mövzu ilə bağl

24 may
.

Burada camaat yol və kanalizasiyaya görə pul yığır - VİDEO

Sabunçu rayonu, Qanboy Vəzirov küçəsi. Bu ərazidə yaşayan insanlar yolların pis vəziyyətdə olmasından gileylənir, işıqlandırma sisteminin isə bərbad olduğunu deyirlər. Məsələ ilə bağlı aidiyyəti quruma müraciət olunub. Amma problemin həlli istiqamətində iş görülmür. xəbər verir ki, problem ilə bağl

24 may