İnsan istedadlarını üzə çıxartmaq üçün nə etməlidir?

İnsan istedadlarını üzə çıxartmaq üçün nə etməlidir?Hər bir insan bu dünyaya müxtəlif istedad və qabiliyyətlərlə göz açmışdır. Yəni, hamının istedad və qabiliyyətləri eyni deyildir. İnsanın ömrü və təcrübəsi artdıqca, bu gizli istedadlar da üzə çıxar və özünü büruzə verər.

Bəs nə edə bilərik ki, bu istedadlar daha tez üzə çıxsınlar və bizi kamala çatdırsınlar?

Sonxeber.az deyerler.org-a istinadən bildirir ki, Quran bunun üçün bizə üç yolu tövsiyə etmişdir.

1. Özünü və yaşadığı aləmi tanımaq və təfəkkür etmək. İnsanı başqa varlıqlardan fərqləndirən tək sifəti - dərk qüvvəsidir. Yəni, insan təfəkkür edə bilir, ətrafında olanları dərk etmək qabiliyyətinə malikdir. Quran 48 dəfə ağıl, 18 dəfə fikir, 16 dəfə dil, 4 dəfə təfəkkür sözlərindən istifadə etmiş və onlara xüsusi işarələr etmişdir.

Allah Təala istəyir ki, xəlq etdiyi insan özünü tanısın, ətrafında olan dünyasını tanısın və bu haqda təfəkkür etsin. Əgər belə olarsa, o zaman Allahını da tanıya biləcəkdir. Çünki hər kim özünü tanıyar, istər-istəməz Allahını da tanıyacaqdır."Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükür edəsiniz". ("Nəhl" 78).

2. İnkişafa səbəb olan elm. Əgər insan fikir və düşüncələrindən istifadə edərsə, elm öyrənmək meyli yaranar. Elm qapıları üzünə açılar. Ancaq Quranın da buyurduğu kimi, hər elm insanı inkişaf etdirməz. Elm elə olmalıdır ki, insanı irəli aparsın və tərəqqi etməsinə səbəb ola bilsin.

Qurani-Kərim Həzrət İbrahim (ə) barəsində buyurur: "Həqiqətən Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və İlahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona(onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik". ("Ənbiya" 51). O elm ki, insanı Allaha tərəf aparar- o elm insanı kamala çatdırar.

3. Yanlış seçimlərdən çəkinmək. Allah istəyir ki, insan həyatı boyunca düzgün təqlidlər və düzgün seçimlər etsin. Yanlış seçimlərdən uzaq olsun. Əlbəttə ki, insanın təbiətində vardır ki, başqaları ilə həmrəng olmaq istəyir. Ancaq bəzən başqalarının getdiyi yol, yanlış yol olur və bu yolda təkamül olmur. Ona görə də insanın meyilləri məntiqli və ağıl üzərindən olmalıdır.

O kəslər ki, cahil qalıblar - onlar ağıl və təfəkkür qüvvəsindən istifadə etməyiblər. "Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: "Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik"". ("Zuxruf" 23).

Ona görə də insan yersiz təəssübkeşliyini və cahilliyini kənara qoyarsa, tərəqqi edə bilər. Əks halda dayandığı yerdən irəli gedə bilməz, əksinə - daha da geriləyər.

Bu 3 tövsiyəni ciddiyyətlə nəzərə alan insan, istedadlarını üzə çıxarmağa müvəffəq olar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1137   Tarix: 09 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31 mart
.

Masaj faydaları və sağlamlığa təsiri

Masaj sağlamlığımıza hələ kəşf edilməmiş bir çox faydaları var. Sağlamlıq və rahatlıq baxımından əvəzsiz olan bu xidmət, müxtəlif növləri ilə hər kəsin ehtiyaclarına cavab verə bilir. masaj xidməti, gündəlik stress və gərginlikdən uzaq durmaq, fiziki və mənəvi sağlamlığı qorumaq üçün ideal bir seçimdir

24 mart
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21 aprel
.

Burun axıntısı və öskürəyi bir gündə yox edir

Son günlər yayılan qrip virusu öskürək, burun axıntısı kimi xoşagəlməz hallarla müşahidə edilir. axşam.az-a istinadən xəbər verir ki, şiddətli və davamlı burun axıntısı insanın gündəlik işlərini yerinə yetirməsinə mane olur, narahatlıq yaradır. Burun axıntısı və tıxanma ilə ortaya çıxan bir çox şikayətlər

14 aprel
.

Təhlükəli xəstəliyin yeni ştammı aşkar edildi: Pandemiyaya səbəb ola bilər

Konqo Demokratik Respublikasında kanadalı tədqiqatçılar "pandemiya potensialına" malik olan və buna görə də dünya üçün təhlükə yaradan yeni "meymun çiçəyi" ştammını aşkar ediblər. -ın xarici mediaya istinadən xəbərinə görə, ekspertlər indi virusla bağlı məlumatları nəzərdən keçirirlə

21 aprel
.

Xərçəngə qalib gələn pəhriz kəşf edildi

Avstraliyanın Deakin Universitetinin alimləri müəyyən ediblər ki, bitki mənşəli qidalar, süd məhsulları, balıq və qoz-fındıq əsasında pəhriz təkcə xərçəngin inkişaf riskini azaltmır, həm də xərçəng xəstəliklərində orqanizmdəki iltihabı azaldır. Tədqiqatın nəticələri "European Journal of Clinica

17 mart
.

Özünüzü yaxşı hiss etmək üçün GÜNLÜK VƏRDİŞLƏR

Alimlərin uzun araşdırmalar nəticəsində bəzi vərdişlər məlum olub ki, bunlar gün ərzində özünüzü yaxşı hiss etməyə kömək edəcək. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hipnoterapevt Robert Hayzi danışıb. Onun sözlərinə görə, əhvalınızı yaxşılaşdırmaq və gün ərzində sakit qalmaq üçün səhər məşqlər

2 mart
.

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır. -a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib. "Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərlər

10 mart