Paşinyanın siyasəti müharibəyə aparan birbaşa yoldur

Paşinyanın siyasəti müharibəyə aparan birbaşa yoldurErmənistan baş naziri Nikol Paşinyan Qarabağ klanını iflasa uğradan yolla gedir. Onun Moskvada erməni biznesmenlərlə görüşündə səsləndirdiyi fikirlər buna bariz sübutdur.

Sonxeber.az bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında "Baku Network" ekspertlər şurasının sədri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Paşinyan "Kommersant" qəzetinə müsahibəsində bildirib ki, Dağlıq Qarabağ ətrafındakı yeddi Azərbaycan rayonu "konstitusiyaya" əsasən, "DQR" ərazisi hesab edilir.

Müsahibimizin sözlərinə görə, Nikol bu gün Ermənistan diplomatiyasını gülünc vəziyyətə qoyur.

"Ermənistan işğal etdiyi Azərbaycanın yeddi rayonunda möhkəmlənməyə çalışır. Bundan başqa, o, danışıqlar prosesini faktiki olaraq lazımsız edir. O, "DQR" konstitusiyasına istinad edir. Belə çıxır ki, Ermənistan hökuməti özünün də tanımadığı təşkilatın təsis etdiyi sənədlərə əsaslanır", - ekspert əlavə edib.

Ələsgərovun sözlərinə görə, ancaq erməni lider digər ölkələri bu faktı tanımağa çağırır.

"Paşinyan nəinki danışıqlar prosesindən xəbərsizdir, hətta coğrafi region tarixindən savadı yoxdur", - fəlsəfə doktoru qeyd edib.

Xatırladaq ki, Paşinyan verdiyi açıqlamaların birində deyib ki, gələcəkdə işğal edilmiş Qarabağ ərazisini Ermənistanın bir hissəsi kimi görür.

Ekspertin fikrincə, Azərbaycanın belə bir dilemma ilə qarşılaşması onu göstərir ki, Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etməyə öz konsepsiyası yoxdur.

"Paşinyanın Qarabağla bağlı bəyanatları onu deməyə əsas verir ki, hazırkı Ermənistan hökumətinin, ümumiyyətlə, Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir konsepsiyası yoxdur. Öz populist və mənasız çıxışları ilə o, Qarabağ məsələsindən uzaqlaşır. Xankəndini isə hazırda Serj Sarqsyan və Robert Koçaryan tandemi olan Qarabağ klanının əlaltısı Bako Saakyan idarə edir.

Bu, Azərbaycan və Ermənistan xalqı üçün ən pis variantdır, çünki Paşinyanın siyasəti müharibəyə aparan birbaşa yoldur", - müsahibimiz bildirib.

O əlavə edib ki, bununla bağlı Minsk qrupunun həmsədrlərini məlumatlandırmaq vacibdir, çünki Paşinyan faktiki olaraq, danışıqlar prosesini ləngidir.

"Birincisi, o, "DQR" nümayəndələrini danışıqlar masasına əyləşdirməyə çalışır. İkincisi, Paşinyan bəyanatları ilə status-kvonu ləngidir və yüz minlərlə azərbaycanlının hüquqlarını pozur. Onların hüquqları öz evlərinə qayıtmalarıdır", - Ələsgərov deyib.

Ekspert qeyd edib ki, Brüssel görüşündən sonra Azərbaycanın uzun müddətdir tələb etdiyi "substantiv danışıqlar" gözləniləndir.

"Substantiv danışıqlar o deməkdir ki,danışıqlar yalnız həll ətrafında gedir. Bu isə Bakı üçün sırf ərazilərin qaytarılması demək idi. Başqa cür desək, təmas xəttinə aid olan gündəlik artıq itirilmək üzrədir. Bu isə müharibə üçün təkan ola bilər", - ekspert əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1221   Tarix: 10 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib. O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi

11 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel