"Bu səfər onu göstərir ki, Paşinyan təcrübəsiz siyasətçidir"- Sabiq XİN rəhbəri

"Bu səfər onu göstərir ki, Paşinyan təcrübəsiz siyasətçidir"- Sabiq XİN rəhbəriÖtən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada səfərdə olub. Paşinyan səfəri çərçivəsində gah Rusiyanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib, gah da Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görmək niyyətini açıqlayıb.

Paşinyanın Rusiya səfərini və orada verdiyi bəyanatları Azvision.az-a şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, bütün bunlar onun siyasətçi olmaması və siyasi təcrübəsizliyindən irəli gəlir:

"Bu səfər onu göstərir ki, Paşinyan təcrübəsiz siyasətçidir. Çünki hər bir siyasətçi xarici səfər edərkən, öz mövqeyini bəyan etmək və qarşı tərəfin mövqeyini eşidib, onu təhlil etmək kimi qarşısına iki məqsəd qoyur. Paşinyan Moskvaya gedəndə öz mövqeyini bəyan etdi və ona tövsiyə olunan məsələləri, Rusiyanın mövqeyini nəzərə almadı. Bu, qeyri-professional yanaşmadır. Söhbət ondan getmir ki, hər bir siyasətçi qarşı tərəfin mövqeyinin təsirinə düşsün. Kiçik ölkələr üçün çox vacibdir ki, bölgədə olan nüfuzlu dövlətlərin mövqeyini diqqətlə analiz etsin və öz siyasətində nəzərə alsın. Görünür, Nikol Paşinyan bu məntiqdən uzaqdır. İstisna etmirəm ki, Paşinyanın mövqeyi gələcəkdə Ermənistanı böyük problemlər qarşısında qoyacaq".

Sabiq XİN rəhbəri vurğulayıb kİ, Paşinyanın Qarabağla bağlı mövqeyi real siyasətdən uzaqdır: "Nikol Paşinyan siyasətə meydandan gəlib. Onun xarici səfərlərdə məqsədi meydanda verdiyi bəyanatları təkrarlamaqdır. Guya ki, xalqın dəstəyi ilə belə bəyanatları təkrarlayır. Bu cür yanaşma real siyasətdən uzaqdır. Qarabağla bağlı bəyanatı da reallıqdan çox-çox uzaqdır. Çünki real siyasət ondan ibarətdir ki, siyasətçi real imkanları əsas göstürərək cəmiyyətə və ölkəyə hansısa təklifləri versin. Hesab etmirəm ki, Paşinyan meydan bəyanatlarını təkrarlamaqla hansısa uğura nail olacaq".

T.Zülfüqarov qeyd edib ki, Paşinyanın bəyanatı ilə bəzi həqiqətlər ortaya çıxıb: "Azərbaycan cəmiyyətində çoxdan danışıqların heç bir nəticə vermədiyi, sadəcə imitasiya xarakteri daşıdığına dair rəy formalaşıb. Paşinyanın mövqeyi də sübutdur. Ermənistanın danışıqlardan uzaq olması, ona ciddi şəkildə yanaşmaması Azərbaycan ictimaiyyəti, rəhbərliyi üçün heç də yeni məlumat deyil. Hesab edirəm ki, bizim siyasətimiz çoxdan bu həqiqəti dərk etmə əsasında qurulub. Yəni həm müdafiə, həm xarici, həm də iqtisadi siyasətimiz və.s. Biz bunu çoxdan başa düşmüşük. Bizim siyasətimiz doğru üzərində qurulub".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1542   Tarix: 10 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021