Azərbaycanda fəhlə yataqxanasında YANĞIN: 4 nəfər...

Azərbaycanda fəhlə yataqxanasında YANĞIN: 4 nəfər...Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın baş verib.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, hadisə yataqxananın birinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və tüstüdən zəhərlənən 4 sakinə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə   Baxılıb: 1350   Tarix: 11 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR