Hadi Rəcəbli: "Digər antimilli ünsürlərin də aqibəti Fəxrəddin Abbaszadəninki kimi olacaq"

Hadi Rəcəbli: "Digər antimilli ünsürlərin də aqibəti Fəxrəddin Abbaszadəninki kimi olacaq"Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Lənkərandan olan deputat Hadi Rəcəbli Modern.az-a açıqlamasında separatçı şəxsin həbs edilməsini müsbət qiymətləndirdiyini bildirib:

"Azərbaycan müstəqilliyini ikinci dəfə əldə edib. Üzərində "Azərbaycanlı" sözünü gəzdirən hər bir şəxs onu qorumalı, dövlətimizin ömürlük olmasına çalışmalıdır. Bunun üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Çox təəssüf ki, Facebook-da, müxtəlif sosial şəbəkələrdə Azərbaycan əleyhinə, Azərbaycan liderləri əleyhinə ardıcıl, sistemli kampaniya aparılır. Bu kampaniya bir sıra beynəlxalq, anti-millət, anti-dövlət, anti-demokratik qurumlar tərəfindən təşkil olunur. Onların məqsədi dövlətləri kiçiltmək, parçalamaq və hakimiyyəti ələ keçirərək, idarə etməkdir".

H.Rəcəbli bu yolu tutanların da aqibətinin Fəxrəddin Abbaszadə ilə eyni olacağını bildirib:

"Mən bu hadisəni alqışlayıram. Bu həbs eybəcər fikirlər səsləndirən Orduxanlara, Qurban Məmmədovlara və digərlərinə dərs olmalıdır. Dövlətimiz əleyhinə çağırışlar edən bu adamlara qarşı da müvafiq addımlar atılmalıdır. Onlar da Azərbaycan dövləti qarşısında cavab verməlidirlər. Ölkəmizin içərisində də buna bənzər saytlar, sosial şəbəkə səhifələri mövcuddur. Dövləti zəiflətmək, tanınmış məmurları nüfuzdan salmaq, dövlət başçısını ləkələmək istiqamətində aparılan işləri təşkil edənlər mütləq cəzalandırılmalıdır. Onlara qarşı da ifşaedici addımlar atılmalıdır".

Deputat qeyd edib ki, separatçı Fəxrəddin Abbaszadənin həbsi Azərbaycan dövlətinin gücündən xəbər verir:

"Sonuncu hadisə o deməkdir ki, separatçılar orda-burda boş-boş qışqırmaqla, danışmaqla heç bir şeyə nail ola bilməyəcəklər. Dövlətimizi zəiflətmək istəyən, adlı-sanlı insanlarını hörmətdən salmaq mövqeyini sərgiləyənlər qanunlar, beynəlxalq hüquq normaları daxilində mütləq cəzalanacaqlar".

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilən və bu il sentyabrın 6-da Moskvada saxlanılan separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmalar Dövlət Təhlükəsizlik Xidmətilə (DTX) birgə aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1843   Tarix: 11 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

"Ermənistanın havadarı olan ölkələr sülh məsələsinin həll olunmamasına çalışırlar" - Politoloq

Ermənistan mətbuatında Nikol Paşinyan bu gün Tavuş marza səfər edəcəyi bildirilib. Ermənistan hökumət səfərin təfərrüatlarını açıqlamayıb. Paşinyanın Azərbaycanla sərhəd olan əraziyə gəlməsinin səbəbi nə ola bilər? Sərhədlərin delimitasiyasına necə təsir göstərə bilər ?. Məsələ ilə bağlı politoloq Tura

18 mart
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart