Sabiq məmur oğlu parkinqdə yer üstündə qonşusunu döydü, polisə isə... - TƏFƏRRÜAT

Sabiq məmur oğlu parkinqdə yer üstündə qonşusunu döydü, polisə isə... - TƏFƏRRÜATNəsimi Rayon Məhkəməsində parkinqdə yer üstündə vətəndaşı döyən və polis əməkdaşına müqavimət göstərən şəxsin həbs müddətinin uzadılması məsələsinə baxılıb.

Sonxeber.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə prosesində müstəntiqin vəsatəti təmin olunub.

Xatırladaq ki, mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yaşadığı binanın parkinqində yer üstündə mübahisə zamanı Mehtiyev Anar Yusif oğlu 33 yaşlı Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirib. Fərhad Ağayev hazırda xəstəxanadadır və vəziyyəti ağırdır.

Fərhad Ağayevin ailə üzvlərinin bildirdiyinə görə, hazırda vəziyyəti stabil ağırdır:

" Sevinirik ki, o, sağdır. Çünki onu itirmək, onun bir daha geri dönməyəcəyini düşünmək istəmirik".

Məhkəmənin qərarı ilə hadisəni törədən Anar Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib və Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

"Anar Mehdiyevin ailəsi bizimlə danışmaq üçün gələrkən onun atası oğlunun törədildiyi cinayətin, eləcə də onların üzərinə düşən valideyn məsuliyyətinin ağırlığını anlayaraq vicdan əzabı çəkdiyini dedi. Lakin anası oğlunun xəstə olduğunu, dərmanlar qəbul etdiyini iddia edir. Biz bütün bunların cavabında oğlunun törətdiyi cinayətin cəzasını çəkəcəyini demişik, dialoq bu qədər olub. Başa düşə bilmirik, AR elit hərbi qüvvələrində xidmət edən, vaxtilə xüsusi dövlət güc strukturlarında çalışan, sürücülük vəsiqəsi ilə "Galendwagen" idarə edən bir adam necə xəstə ola bilər? " – deyə zərərçəkənin ailəsi bildirib.

Qeyd edək ki, A.Mehdiyevin atası sabiq məmur, anası isə Dövlət doğum evlərinin birində ginekoloqdur.

F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla Nəsimi RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilmiş və həmin cinayət işi Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
"İnsan törətdiyi əməldən peşman olmayıb. Təsəvvür edin ki, zərbə vurduğu insan yerdə qan içində vurnuxur, həmin adamın ailə üzvləri fəryad edir, o isə "zəng vurun 103-ə meyitini aparsınlar" deyir. Fərhad xəstəxanaya qardaşı tərəfindən çatdırılıb.
Cinayəti törətdikdən sonra gedib yatıb. Polis onu aparanda yuxudan oyadıb.

Anar Mehdiyev, tək zərərçəkənlə deyil, Fərhadın qardaşı ilə də münaqişə yaratmağa çalışıb, amma alınmayıb. Həmin hadisədən sonra onu polisə şikayət ediblər. Amma Anar Mehdiyevə heç bir qanuni yolla edilən xəbərdarlıq təsir etməyib. Nəticədə may ayının 20-si gecə Fərhadla qarşılaşaraq onun həyatına qəsd edib. Axı bir parkinq yeri üçün insan həyatına qəsd edilərmi? Münaqişə və mübahisə üçün zaman belə olmayıb, hadisə saniyələr içində baş verib", - deyə ailə üzvü bildirib.

A.Mehdiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinə aparılarkən Nəsimi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi rayon prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4848   Tarix: 12 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021