Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın – VİDEO

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın – VİDEOBakıda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, yanğın Binəqədi rayonunda qeydə alınıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bildirildi ki, yanğın Binəqədi rayonu Mir Mahmur Kazımovski 58 ünvanındakı hündürmərtəbəli binada qeydə alınıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə   Baxılıb: 2689   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR