Paşinyanın Qarabağı qaytarmaqdan başqa çıxış yolu qalmadı – Məxfi SƏNƏDLƏR ÜZƏ ÇIXDI

Paşinyanın Qarabağı qaytarmaqdan başqa çıxış yolu qalmadı – Məxfi SƏNƏDLƏR ÜZƏ ÇIXDIErmənistanda Dağlıq Qarabağ üzrə məxfi danışıqların detallarının açıqlanması qalmaqala səbəb olub. Məlum olub ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ərazilərin qaytarılması ilə bağlı sənədə imza atıb.

Publika.az xəbər verir ki, Respublika Partiyasının sədr müavini Armen Aşotyan baş nazir Nikol Paşinyanın əraziləri qaytarmağa hazır olduğunu bildirəndən sonra Paşinyan bunu təkzib etdi.

Lakin Aşotyan Paşinyandan tələb etdi ki, əraziləri qaytarmayacağını sübut etmək üçün lazımi sənədləri dərc etsin. Paşinyan isə cavabında bildirdi ki, dövlət maraqlarına görə bu sənədi dərc edə bilmir, lakin Aşotyan Serj Sarkisyandan bu haqda soruşa bilər.

Sentyabrın 12-də Armen Aşotyan parlamentdə bildirdi ki, o, bu haqda Sarkisyanla danışdı və qarşı tərəf bildirdi ki, danışıqlar prosesinin əsasını Qarabağın statusu məsələsi tutur. Lakin Paşinyan bu dəfə məxfi sənədlərə istinadən Sarkisyanı təkzib etdi və qeyd etdi ki, sənədlərdə Qarabağın statusu haqqında heç bir söz yoxdur. Əksinə, Sarkisyan ərazilərin qaytarılmasına əvəz olaraq, Qarabağa yalnız aralıq statusun verilməsi ilə razılaşıb.

Erməni şərhçi Akop Badalyan yazır ki, Sarkisyan ilkin mərhələdə 5 rayonun qaytarılması, bölgəyə sülhməramlıların yerləşdirilməsi, azad olunmuş ərazilərə azərbaycanlıların qayıdışını nəzərdə tutan sənədlə razılaşıb.

"Sənəddə Qarabağa yalnız aralıq statusun verilməsi nəzərdə tutur, lakin bunun nə vaxt olacağı qeyri-müəyyən olaraq göstərilir", - deyə erməni şərhçi əlavə edib.

Sarkisyanın bu sənədə imza atması Ermənistanın yeni rəhbərliyinə əraziləri qaytarmaqdan başqa çıxış yolu qoymur. Paşinyan da bildirir ki, bu sənədlər ona keçmiş hakimiyyətdən miras qalıb. Digər tərəfdən, razılaşmanın əldə olunmasında vasitəçi olan Rusiya da İrəvana təzyiq edir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Paşinyan hakimiyyətinə "keçmiş razılaşmalara sadiq qalın" çağırışı da bunun tərkib hissəsidir. İndi Paşinyanın iki yolu qalıb: ya razılaşmanın şərtlərini yerinə yetirməli, ya da Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlməlidir. Bu dəfə Rusiya da Ermənistanı müdafiə etməyəcək...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2012   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snaype

15 avqust 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021