İran bizim qırmızı cizgilərimizi bilir - Deputat

İran bizim qırmızı cizgilərimizi bilir - Deputatİranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Urmiya gölü ilə bağlı ekoloji fəlakətin yaranma səbəbləri barədə mənim üçün yeni olan xeyli bilgilər verdi. Diplomat söylədi ki, əvvəllər düyü və taxıl əkini ilə bağlı suvarma üçün çox su ehtiyatı sərf olunmurdu, sonrakı dövrdə alma bağları salındı və müəyyən dərəcədə məskunlaşma da artdı, alma bağlarının suvarılmasına daha çox suyun sərf edilməsi gölün qurumasının əsas səbəblərindən birinə çevrildi. Cavad Cahangirzadə İran parlamentində Urmiyadan deputat seçilib və bu məsələlərlə xeyli məşğul olub.

Sonxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin dəvəti ilə baş tutan görüş barədə danışarkən deyib.

Fazil Mustafa bildirib ki, gölün qurumasının səbəbinin açıqlanması onun üçün maraq kəsb edir: "Dövlətin birdən-birə öz ərazisində olan gölü qurutmaq üçün addım atması müəyyən məqamlarda inandırıcı gəlmir. Çünki büdcədən vəsait ayrılmalıdır, həmçinin miqrasiya və digər çətinliklər ortaya çıxır. Ola bilsin başqa amillər də var, amma əsaslandırıldı ki, əsas amil bu məsələdir".

Deputat qeyd edib ki, görüşdə İranla Azərbaycan arasında gələcək iqtisadi layihələr, ticarət dövriyyəsinin artma potensialı barədə müzakirə aparılıb: "Eyni zamanda İranın Ermənistana dəstək məsələsində tənqidi baxışlarımızı səfirin diqqətinə çatdırdıq. Cavad Cahangirzadə bunun heç bir halda Azərbaycana qarşı yönəlmədiyini söylədi. Müqayisələr apararaq İran Prezidenti Həsən Ruhaninin Azərbaycana münasibətdə həssas davranış sərgilədiyi vurğuladı.

Bildirildi ki, İran dövlət başçısı cəmi 1 dəfə Ermənistanda olub, 6-7 dəfə Azərbaycan prezidenti ilə görüşüb, münasibətləri yüksək səviyyədədir. Onun sözlərinə görə, bu, İranın Azərbaycana olan münasibətinin göstəricisidir.

Güney Azərbaycanla bağlı məsələlərə də toxunduq. İranın daxili işlərinə qarışma niyyəti güdmədiyimizi qeyd edərək oradakı soydaşlarımızın mədəni haqları, dil, məktəb məsələlərini qaldırdım. Səfir məsələnin İran qanunvericiliyi ilə həllini tapa biləcəyini və buna daxili məsələlər kimi baxılmasının daha doğru olduğu qənaətindədir.

Belə fikir ifadə etdi ki, əgər Azərbaycanın daxili işinə qarışmırıqsa, gərək buradan da belə addımlar olmasın. Vurğuladım ki, səmimiyyətimizi göstərən əsas amil İrana qarşı hər hansı əməliyyat üçün meydana çevrilməmişik.

Doğrudan da bölgədə hər hansı savaş çıxarsa, bunun alovu birinci Azərbaycana gəlib çatacaq. Qarşılıqlı ortaq düşüncəyə sahib olduğumuzu gördük. İranla ən azı dost ölkə olmağa üstünlük verdiyimizi bildirdim. Onlar da cavabında qardaş olmağa daha çox önəm verdiklərini dedilər. Mən də söylədim ki, qardaşlıq üçün Türkiyə Ermənistanda səfirlik açmadı, diplomatik münasibətlər qurmadı, İran bu mərhələni aşarsa, qardaşlığımız üçün maneəmiz qalmır. Bu istiqamətdə geniş söhbətləşdik".

Fazil Mustafa səfirlə 3 saatlıq görüşün faydalı olduğunu vurğulayıb: "İran bizim hansı qırmızı cizgilərimiz olduğunu bilir. Onlar da baxışlarında hansı narahatedici məqamlar olduğunu dedilər. Hesab edirəm ki, indiki səfir əvvəlkilərdən fərqli olaraq cəmiyyətə xeyli açıq insandır. Bir neçə dəfə ayaqüstü görüşlərdə də bunu müşahidə etmişdim.

Azərbaycanın mahiyyətinin bilən, azərbaycanlı mühitini parlamentdə təmsil etmiş, ən azı soydaşlarımızın problemləri haqda bilgiləri geniş olan təcrübəli diplomatdır. Bu təmasların hər iki dövlət və cəmiyyət üçün faydasının olacağını düşünürəm. Uzaqdan-uzağa hansısa fikir bildirəndə bəzən anlaşılmazlıq yaranır, üz-üzə düşüncələri, fikirləri, hətta problemləri bir yerdə müzakirə edib anlayışlı mövqe ortaya qoymağın əhəmiyyəti daha böyükdür".

Deputat səfirlə Azərbaycan dilində ünsiyyət qurduğunu deyib: "Səfir Azərbaycan dilini çox səlis bilir. Hətta onun köməkçisi milliyyətcə lor olsa belə Azərbaycan türkcəsində kifayət qədər gözəl danışırdı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2210   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel