Tütün məmulatından onlarla insan zəhərləndi: ölən var

Tütün məmulatından onlarla insan zəhərləndi: ölən varÇexiya polisi Ostrava şəhərində və onun ətrafındakı yaşayış məntəqələrində tərkibində həyat üçün təhlükəli olan sintetik kannabionidləri yaymaqda şübhəli bilinən qrup üzvlərini həbs edib.

Polis nümayəndəsi Qabriel Pokorna bildirib ki, polis yaşı 17-dən 41-ədək olan 5 nəfərə qarşı ittiham irəli sürüb. Onları 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Saxlanılanlar tərkibində sintetik kannabionid olan tütün qarışığını hazırlamaqda ittiham edilirlər. Bu qatışıq alkoqoqolu içki ilə birlikdə qəbul edildikdə ölümlə nəticələnir. Pokorna bildirib ki, onların hazırladığı qatışıq 20-dən çox insanın zəhərlənməsinə səbəb olub. Onlardan biri artıq dünyasını dəyişib.///report

Dünyada   Baxılıb: 544   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR