Nazir əmr verdi: bu şəxsi rəis təyin etdi

Nazir əmr verdi: bu şəxsi rəis təyin etdiMaliyyə Nazirliyinin Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə yeni rəis təyin olunub.

Sonxeber.az xəbər verir ki, maliyyə naziri Samir Şərifovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təqdimatına əsasən imzaladığı müvafiq əmrlə bu vəzifəyə Rəşid İsmayıl oğlu Yusifov təyin olunub və o, bu gündən vəzifəsinin icrasına başlayıb.

Bu təyinata qədər R.Yusifov Maliyyə Nazirliyinin Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Gəncə şəhəri üzrə Maliyyə İdarəsinə keçmiş rəisi Natiq Cabbarov bu günlərdə öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Sosial   Baxılıb: 1244   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR