"Dollar ən aşağı səviyyəyə düşüb"

"Dollar ən aşağı səviyyəyə düşüb"Dünya bazarında dolların məzənnəsi aparıcı ölkələrin valyutalarına nisbətən bu ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.

Sonxeber.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov özünün "Facebook" səhifəsində yazıb. Ekspertin sözlərinə görə, səbət valyutalara nisbətən dolların dəyər itirməsi inkişaf etməkdə olan ölkələrin də valyutalarına "müəyyən toxtaqlıq" gətirib.

"Avropa Birliyinin avronun qlobal bazarda dominatlığının artırılması ilə bağlı çağırışları fonunda avro da dollara nisbətən möhkəmlənib. Belə ki, dünən 1 avro almaq üçün 1.16-dan az dollar ödəmək lazım idisə, indi bu rəqəm 1.17-ə dəyişib. Azərbaycan Mərkəzi Bankı da bu gün manatı avroya nisbətən ucuzlaşdırıb. Belə ki, manatın avroya nisbətən rəsmi məzənnəsi dünən 1.9762 idisə, bu gün 1 avro almaq üçün 1.9883 ödəmək lazımdır. Bu isə o deməkdir ki, hər 100 avroda mili valyutamız rəsmi məzənnə ilə 1.21 manat ucuzlaşıb".

V.Bayramov qeyd edib ki, dolların qlobal ucuzlaşması Rusiya rubluna təsir edib: "2 gün öncə 70 rublluq psixoloji həddi aşan Rusiya pulu bu gün dollara nisbətən 68.4 rubladək möhkəmlənib. Bununla belə, dolların səbət valyutalara nisbətən mövqeyini yaxın günlərdə bərpa edəcəyi gözlənilir. Belə ki, ABŞ-da avqust ayının inflyasiya göstəriciləri açıqlandıqdan sonra FED-in uçot dərəcəsini yüksəltməsi ehtimalları daha da artıb. Bu isə yenidən dollara güc verəcək. Amma Avropa Birliyi avronın qlobal dominatlığı ilə bağlı sistemli iş apararsa, o zaman avronun daha da möhkəmlənməsi müşahidə edilə bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4126   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu

27 fevral
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymət

14 mart
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel