Azərbaycanlı məşhurdan türkiyəli ulduza 200 minlik təklif

Azərbaycanlı məşhurdan türkiyəli ulduza 200 minlik təklifZaman-zaman Azərbaycan filmlərində türk və digər əcnəbi aktyorlar rol alıb. Elə yerli aktyorlarımız arasında da Türkiyə, Rusiya və digər ölkələrin filmlərində çəkilən aktyorlar az olmayıb.

Son illər aktrisalarımız Türkiyə seriallarında görünsələr də, nədənsə əcnəbi aktyorları öz serial və filmlərimizdə görə bilmirik. Səbəb nədir? Ümumiyyətlə, bir əcnəbi aktyorun Azərbaycan filminə dəvət olunması üçün nə qədər vəsait tələb olunur?

Sonxeber.az xəbər verir ki, yenicag.az məsələni araşdırıb.

Tanınmış kinorejissor və ssenarist Yavər Rzayev bir əcnəbi ulduzun Azərbaycanda film və seriallarda çəkilməsi üçün ilk növbədə külli miqdarda vəsait tələb olunduğunu bildirib:

"Əlbəttə, söhbət ulduz aktyordan gedirsə, bunun üçün sərmayə qoyulmalıdır. Burada söhbət yüz minlərdən, hətta milyonlardan gedir. Onların öz ölkələrində aldığı qonorardan xəbəri olan bir adam kimi bunu deyirəm. Misal üçün deyim ki, Vandamın hansısa bir filmdə yumruq vurub getməsi, özü yüz minlər tələb edir. Məbləğ təbii ki, epizod, yaxud da əsas rola uyğun olaraq dəyişir. Bir neçə il bundan əvvəl Çingiz Abdullayevin "Dronqo" əsəri əsasında film çəkmək istəyirdim. Artıq ssenari də hazır idi. Türkiyənin məşhur aktyoru Halit Ergençi baş rola dəvət etmişdim, məbləğ də müəyyən olunmuşdu. Bildiyim qədər, 200 000 min manat qonorar təklifinə razılaşmışdı. Lakin sonralar biz tərəfdən müəyyən səbəblər üzündən bu filmin çəkilişi baş tutmadı. Rejissorluğumla çəkilən digər bir filmdə Amerikadan olan aktrisanı çəkdim. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən "Bakı, mən səni sevirəm" kinolayihəsində Aziya Arcento çəkildi. Onun qonorarının məbləği kifayət qədər yüksək idi. Rəqəm açıqlamayım, çünki bu, müqavilə şərtinə ziddir. Onu da qeyd edim ki, hansısa məşhur ulduzun bir çəkiliş gününə aldığı qonorar bizim serial və filmlərimizin ümumi büdcəsindən qat-qat yüksəkdir".

Yavər Rzayev maddi tərəflərdən başqa, bədii keyfiyyətin də önəmli olduğunu qeyd edib:

"Əlbəttə, hansısa ulduz filmə çəkilmək üçün əvvəlcə ssenarini oxuyacaq. Bədii cəhətdən elə ssenari olmalıdır ki, o razılıq versin. Yoxsa ki deyəcək, bu nə biabırçılıqdır, bu ssenaridə özümü görə bilmirəm və s. Yəni sanballı, səviyyəli əsər ortaya qoymalıyıq ki, ayıb olmasın".

Rejissor əcnəbi aktyorun Azərbaycan filmlərində rol almasının üstünlüklərini də izah edib. Bildirib ki, hansısa aktyorun yerli filmlərimizdə çəkilməsi, ekran işinin populyarlığına və tamaşaçının cəlb edilməsinə xidmət etmiş olacaq.

Rejissor Tahir Əliyev türk və digər əcnəbi aktyorların yerli serial və filmlərdə çəkilməsi üçün şərtləri açıqlayıb:

"Əvvəlcə onu deyim ki, heç bir biznesmen Azərbaycanda serial və filmlərə sərmayə qoymur. Reklamı üçün müəyyən vəsait ayırır ki, bunun da əvəzində ya xəzini, ya da avtomobilini nümayiş etdirir. Serialı çəkənlər də həmin pulu öz aralarında bölüşdürürlər. Azərbaycanda dövlətin ayırdığı maliyyə hesabına seriallar çəkilir və rejissorun marağında deyil ki orada Məmmədqulu, Tükəzban çəkildi, ya Türkan Şoray. Çünki o, serialın nüfuzunu düşünmür. Küçədə sorğu keçirsəniz, çoxu bilməyəcək ki, yerli seriallarda baş rola çəkilən aktrisa kimdir? Onu tanıyan belə olmayacaq. Bizim seriallara bekarçılıqdan baxılır, onlara sənət əsəri demək olmaz. Türkiyədən hansısa bir ulduz atrisanı dəvət etsən, onu pulla bərabər həm də ssenari maraqlandıracaq. Ssenarini bəyənməsə, sən ona milyon təklif etsən də, razılaşmayacaq. Çünki adamlar öz çəkilərini bilirlər. Elə Bərən Saatı misal çəkim. Ola bilər ki, münasibət xatirinə hansısa ölkədə pulsuz filmə çəkilər. Belə baxanda, Bərən Saat dünyaca məşhur ulduz aktrisa deyil, amma 80 milyonluq bir ölkənin brendidir. Xoşuna gəlməyən ssenari olsa, ona 100 min də təklif edilsə, bir epizoda da çəkilməyə razılıq verməz".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2358   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24 mart
.

Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO

Rəqqasə Rəna Ağamuradova (Renka) avtomobili ilə yol-nəqliyyat hadisəsinə uğrayıb. xəbər verir ki, bu barədə o "Instagram" hesabında məlumat yayıb. Rəna avtomobilinin fotosunu paylaşaraq bunları yazıb:. "Gecə məni bir xanım vurdu. Uşağıma sürpriz etməyə gedirdim. Saat 12-də ad gününə getmə

18 mart
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25 mart
.

Nazpərinin bu görünüşü ŞOK ETDİ - ÖZÜNƏ BƏNZƏMİR - FOTOLAR

Nazpəri Dostəliyeva yeni klipi üçün kamera qarşısına keçib. -a istinadla xəbər verir ki, onun çəkilişdən görüntüsünü stilist Babək Qədirov paylaşıb. Xalq artistinin üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Onun estetik etdirdiyini düşünənlərlə yanaşı, videonun effektlə çəkildiyini yazanlar da olub. Əksə

17 mart
.

"İki bayramı birgə qeyd edirik" - Fotolar

Müğənni Elnur Məmmədov yeni doğulan övladı ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, oğlu Muhammədin üzünü gizlətdiyi şəkilləri sosial şəbəkədə paylaşan sənətçi bunları yazıb:. "Bu gün Muhammədin 40 günü tamam oldu. İki bayramı birgə qeyd edirik. Novruz bayramımız da mübarək". Qey

20 mart
.

"Gah "tanış olaq" yazır, gah da məni sevdiyini..." - Kamil

Tanınmış fitnes müəllimi Kamil Zeynallının -a müsahibəsini təqdim edirik:. - Kamil, Rusiyada həbs olunanda müraciət yaymışdınız: rənginiz ayazımışdı. Çox qorxmuşdunuz?. - Qorxusuz insan yoxdur. Kim deyirsə ki, mən heç nədən qorxmuram, yalan deyir. Sırf o məsələdə, həbsimdə qətiyyən qorxmadım. Stres

16 mart
.

Aygün Kazımova konserti təxirə düşən Röyadan GÖRÜN NƏ YAZDI

"Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailələrinə Allahdan səbr, yaralılara tezliklə sağalmalarını diləyirəm". xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova instagram hesabındakı paylaşımında qeyd edib. O, həmçinin, Emin Ağalarov və konserti təxirə düşən həmkarı Röy

23 mart
.

Mananadan anası ilə bağlı paylaşım

Əməkdar artist Manana Çaparidze anası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi ad günü olan anasının fotolarını yayımlayaraq, bun ları yazıb:. "Ürəyim, nəfəsim, əzizim, mənim misilsiz anam. Ümid yerim, gözümün işığı, ən mehriban, nəcib, həyatımın mənası, ən sadiq, güclü, düzgü

27 mart
.

69 yaşlı Ceki Çanın son görüntüsü - TANINMAZ HALDA - FOTO

70 yaşa yaxınlaşan Ceki Çanın son görüntüsü yayılıb. xəbər verir ki, kino ulduzunun son halı pərəstişkarını xeyli kədərləndirib

17 mart