"Putin Ermənistanı qurban verə bilər" – Rusiyalı hərbi ekspert

"Putin Ermənistanı qurban verə bilər" – Rusiyalı hərbi ekspertRusiyalı hərbi ekspert Pavel Felgenhauer son dövrlərdə İdlibdə baş verənlərdən Ermənistanın olduqca narahat olduğunu və gələcəkdə bunun Cənubi Qafqazda proseslərə təsir edə biləcəyini deyib.

Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, hərbi ekspert Türkiyə ilə Rusiyanın İdlib məsələsində razılığa gəlməsini ən çox rəsmi İrəvanın istəmədiyini diqqətə çatdırıb. İrəvan Moskvanı inandırmağa çalır ki, Suriyada Türkiyə ilə kompromisə gedilməsi gələcəkdə Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə gətirib çıxaracaq. Bu isə erməniləri böyük təhlükə altında qoyur.

Pavel Felgenhauer Türkiyənin gələcəkdə Naxçıvanda hərbi baza qurmaq istəyinin olduğunu da vurğulayıb: "Hələ ki, Ankara Naxçıvanda hərbi baza qurmağa tələsmir. Lakin böyük bir ehtimal var ki, Türkiyə ilə Suriyada işbirliyi üçün Kreml ona Naxçıvanda baza yaradılmasına razılıq versin. Bundan sonra isə Suriyada Türkiyənin tam dəstəyi üçün Putin Dağlıq Qarabağ münaqişəsində güzəştlərə gedə və bununla da Ermənistanı qurban verə bilər."

Bu məsələnin bir qədər qəliz olduğunu deyən hərbi ekspert onun mümkünlüyünü də istisna etməyib. "Türkiyə zaman keçdikcə Qərbdən daha çox üz döndərir. Bu da onu Rusiyanın başçılığı altındakı cəbhəyə daha da yaxınlaşdırır. ABŞ-ın bu dövlətlərə dollar təzyiqi davam edərsə, hər iki dövlət daha da yaxınlaşacaq ki, bu da rəsmi İrəvanın heç bir halda maraqlarına cavab vermir. Bu yaxınlaşma daha çox Azərbaycanın xeyrinədir".

Rəsmi Moskva ilə İrəvan arasında münasiibətlərə toxunan Pavel Felgenhauer son dövrlərdə bu əlaqələrin heç də ürəkaçan olmadığını diqqətə çatdırıb: "Rusiya ilə Ermənistan arasındakı münasibətlər hələ ki, normaldır. Lakin bu, hər an dəyişə bilər. Tam qırılma anına hələ çox var. Bir şeyi qeyd edim ki, Kreml Paşinyan hakimiyyətindən narazıdır, ancaq Ermənistanı itirmək hələ ki, sərfəli deyil. Qarabağda konfliktin alovlanması rəsmi Moskvanın maraqlarına cavab vermir. Çünki ortada Suriya və İdlib məsələsi var. Lakin bu konfliktlər davamlı deyil. Hazırki vəziyyətdə Qarabağ münaqişəsində Moskva və İrəvanın maraqları üst-üstə düşür".

Rusiyal ekspert Ermənistanın Suriyaya humanitar yardım göndərməsini Moskvanın simpatiyasını qazanmaq üçün "siyasi jest" kimi qiymətləndirir.

Siyasət   Baxılıb: 1596   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR