Oğrunu oğurlayanlar məhkəmə qarşısında

Oğrunu oğurlayanlar məhkəmə qarşısındaAdam oğurluğunda təqsirli bilinən Zamiq Xasıyev, Aqil Şəmiyev və Ruslan Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Zamiq Xasıyevə aid hissədə dəyişdirilib. Onun cəzası 12 ildən 10 ilə endirilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Əliyev 14 il 6 ay, Zamiq Xasıyev və Aqil Şəmiyev hər biri 12 il müddətinə olmaqla, azadlıqdan məhrum ediliblər.

İttihama görə, Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev əvvəllər işlədiyi "Karat MMC"-dən oğurluq etmək fikrinə düşüb.

Ramil şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək, içəri daxil olub.

Ramil İmaməliyev ofisdəki seyfin qapısını sındıraraq bir milyon manat pulu idman çantasına doldurub və aradan çıxıb. Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən
Ramil İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər.

Ramil İmaməliyev isə pulun bir hissəsini özü ilə götürərək "İnfiniti" markalı, 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb.

Saxlanılarkən maşının yük yerindən beş min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.

Ramil İmaməliyevin oğurladığı pulların, demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər.

Əməliyyat-axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən dörd nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyev, Qobustan rayon sakini 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon sakinləri 30 yaşlı Röyal Qədirovla 32 yaşlı Ruslan Əliyevi də saxlayıb.

Araşdırmalarla müəyyən edilib ki, Ramil İmaməliyevin son zamanlar bahalı avtomobil sürməsi və varlanması onu tanıyan Aqil Şəmiyev və dostlarını şübhələndirib.

Onlar Ramili izləyərək Bakı şəhərində yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib, zorla avtomobilə oturdublar. Onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək Ramil İmaməliyevin 450 min manatını tələb ediblər.

Ramil İmaməliyev onu girov saxlayan şəxslərin əlindən yaxa qurtarmaq üçün anası Ceyran İmaməliyevaya zəng edərək evdəki puldan 400 min manatı göndərməyi tapşırıb. Ceyran İmaməliyeva isə pulu kiçik oğlu Ramizə verib və qardaşının dediyi yerə göndərib.

Ramil İmaməliyevdən 450 min manat alındıqdan sonra buraxılıb. Əldə olunan pulu "saxta polislər" bölüşdürüblər.

Əməliyyat-istintaq tədbirləri zamanı pulun 20 min manatı Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatı isə Ruslan Əliyevdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Eləcə də, İmaməliyevlərin evində axtarış aparılarkən hissələrə ayrılaraq müxtəlif yerlərdə gizlədilmiş 6600 manat və 800 ABŞ dolları tapılıb.

Ramiz həbs olunmamışdan bir neçə gün əvvəl Ramilə və anasına zəng edib. O, oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramil İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin yanında basdırıb.

Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190 800 manat pulu taparaq istintaqa təhvil verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1526   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021