İrəvanın Azərbaycan qorxusu - Şarmazanov sərsəmlədi

İrəvanın Azərbaycan qorxusu - Şarmazanov sərsəmlədiAzərbaycan və Türkiyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) regionunun cənub sərhədləri üçün "təhdiddir".

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Kalaşnikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Ermənistan-Rusiya ikitərəfli münasibətlərilə yanaşı, KTMT çərçivəsində əməkdaşlığın inkişafından danışan Şarmazanov Azərbaycanı regiona "təhdid" adlandırıb.

"Azərbaycan və Türkiyənin istəkləri nəinki Ermənistan, həm də regional təhlükəsizlik üçün böyük təhlükədir. Bu iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı regionunun cənub sərhədləri üçün real təhdiddirlər", – deyə Şarmazanov sərsəmləyib.

Dünyada   Baxılıb: 1149   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR