"Con Snou": Super qəhrəmanları daha çox gey aktyorlar canlandırsın

"Con Snou": Super qəhrəmanları daha çox gey aktyorlar canlandırsın"Taxt oyunları" serialında "Con Snou" obrazını canlandıran aktyor Kit Harrinqton "Marvel" studiyasını homoseksuallara qarşı ayrı-seçkilik etməkdə günahlandırıb.

O, "Marvel" studiyasını LGBT nümayəndələrinə qarşı yumşaq davranmağa, onları öz filmlərinə çəkməyə dəvət edib.

"Maskulenlik və homoseksualizm böyük problemdir – onlar birləşə bilməz. "Marvel" filmlərində super qəhrəmanı canlandıran gey aktyor yoxdur. Bu, nə vaxt baş tutacaq?", - deyə Kit yazıb.

Qeyd edək ki, "Taxt oyunları" serialı ilə məşhurluq qazanan Harrinqton iyun ayında eyni ekran işində rol aldığı Roz Lesli ilə evlənib.

Xatırladaq ki, 24 may tarixində Böhtana Qarşı Gey və Lezbiyan İttifaqı Hollivudda çəkilən hər ikinci filmə gey və lezbiyanların daxil olmasını tələb edib. Onlar 2017-ci ildə qeyri-ənənəvi cinsi orientasiyaya malik şəxslərin filmlərdə az rol canlandırmasından şikayət edib.(oxu.az)

Dünyada   Baxılıb: 800   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR