Efirdə dava: "Şəhidlərimizin ölümü şərəfsizdir?… Şəhid bacısı sizin kimi…" – VİDEO

Efirdə dava: "Şəhidlərimizin ölümü şərəfsizdir?… Şəhid bacısı sizin kimi…" – VİDEO"Space" TV-də yayımlanan "El bizim, sirr bizim" verilişində ölkədə fəaliyyət göstərən xəbər saytları müzakirə mövzusu olub.

Sonxeber.az Minval.info-ya istinadən xəbər verir ki, proqrama dəvət alan müğənni Cavanşir Məmmədov media qurumlarından narazılığını dilə gətirib. O, yalan məlumatların mətbuatda dərc olunmasından bəhs edib, həmçinin saytların istinad mövzusundan söhbət açıb və bunun əleyhinə olduğunu qeyd edib.

Müğənni illər öncə getdiyi yas mərasiminlərdən birində molla ilə arasındakı dialoqdan danışıb: "Yas mərasimində idik. Molla çox savadlı olmağı ilə yanaşı məclisi yaxşı idarə edirdi. Ölüm haqdır, geci-tezi var, Allah qismət eləsin, biz də elə şərəfli ölək. Göydə təyyarədə partlamayaq, dənizdə batmayaq ki, tapıb dəfn edə bilsinlər. Yaxınlaşıb mollaya dedim ki, "efirdə öldüyümü eşitsən, gözləmə səni yasıma dəvət etsinlər, birinci özünü çatdır"".

Bu zaman verilişin qonaqlarından biri jurnalist Nuranə Abdullayeva sənətçinin "təyyarədə və dənizdə deyil, şərəfli ölək" sözlərinə etirazını bildirib. O, Cavanşir Məmmədova şəhidlərin də təyyarədə öldüyünü bildirərək müğənniyə iradını ifadə edib. Ardınca hər iki tərəf arasında gərginlik yaşanıb.

Cavanşir Məmmədov ona dediklərini yanlış anladığını və "şəhidin bacısı sizin kimi geyinib burada oturar?" deyib. Müğənninin bu sözlərindən sonra jurnalist köynəyini çiyinlərini çəkib və sənətçiyə hörmət etdiyini söyləyib. Amma C.Məmmədov "mənə hörmət etməyin" deyərək etirazını bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5432   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəyalə Manaflı nişanlandı - Video

Müğənni Xəyalə Manaflı ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, ifaçı nişanlanıb. Onun Nurlan adlı bəylə "hə" mərasimi olub. Həmin görüntüləri Xəyalə özü yayımlayıb

8 aprel
.

Azərbaycanın səslərini Aysel açıqlayacaq

"Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın səslərini açıqlayacaq şəxs bəlli olub. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, bu missiya "Avroviziya-2009" təmsilçimiz Aysel Teymurzadəyə həvalə olunub. "12 points go to. Mayın 11-i İctimai Televiziyanı

17 aprel
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19 aprel
.

İbrahim Tatlısesin oğlundan ŞOK ETİRAF: "Uşaq yaşlarımda məni özünüzün ..."

Müğənni İbrahim Tatlıses evində illərdir icazəsiz yaşayan nəvəsi Merti məhkəmə yolu ilə oradan çıxarıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, o "Atalıq necə olur, baxsın, öyrənsin!" deyərək Mertin atası Ahmet Tatlısesə ismarış göndərib. Buna cavab olaraq Ahmet sosial mediada hesabında açıqlam

16 aprel
.

Zirəddin Rzayev mahnı oxudu

Tanınmış ekstrasens Zirəddin Rzayev bu dəfə ifası ilə diqqət çəkib. OLAY yazır ki, o, "Ovqat" verilişində qonaq olarkən mahnı oxuyub. Belə ki, Rzayev "Azərbaycan maralı" adlı xalq nəğməsini səsləndirib. Bu anlar tamaşaçıların marağına səbəb olub

8 aprel
.

Safurə həyat yoldaşı ilə Dohada - Video+Fotolar

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva Ramazan bayramında həyat yoldaşı Fərhad Əliyevlə Qətərə gedib. Axşam.az xəbər verir ki, müğənni Dohada lentə aldığı görüntüləri sosial medi hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, F.Əliyev mərhum energetika naziri Natiq Əliyevi

12 aprel
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq

Xalq artisti Natiq Şirinovun evində toy olacaq. Sənətçinin qızı Sevil ailə qurur. Nağara ifaçısının övladı Semih adlı şəxslə nikah masasına oturacaq. Axşam.az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva bildirib. Ötən ilin noyabrında nişanlanan cütlüyün toy məclisi aprelin 12-də şəhər restoranlarında

9 aprel