Azərbaycanlı alimlərdən MÜKƏMMƏL KƏŞF
AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri respublikada yararsız torpaqların bərpası və inkişafı üçün yeni elmi üsul təklif ediblər.
Publika.az xəbər verir ki, alimlər dağ-mədən və neft sənayesi tullantılarının yenidən istifadə üsulunu kəşf ediblər. Alimlərin sözügedən elmi nəticəsi artıq patentləşdirilib.
Sözügedən ixtira üzərində institutun Geoekologiya şöbəsinin baş elmi işçisi, texnika elmləri doktoru, professor Mirəli Alosmanovun rəhbərlik etdiyi 11 alimdən ibarət qrup işləyib. Nəticədə şoranlaşmış torpaqların istifadə ediləcək vəziyyətə gətirilməsi üçün əlavə edilən çoxkomponentli materiallar neft quyularının qazılmasından alınan tükənməz ehtiyatı olan şlam və yerli Xızı gili əsasında alınıb. Həmçinin Gədəbəyin mədən suyu və azotla modifikasiya olunmuş turş məhlul əsasında çoxkomponenli qidaverici elementlərlə zəngin olan kompleks birləşməsinin alınması nəzərdə tutulub.
Yeni ixtira ilə bağlı GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildirib ki, ölkəmizin kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş 1.450.000 hektar torpaq sahəsinin təxminən 450 min hektarı şoranlaşmış və münbitliyini itirmiş torpaqlardır: "İxtiranın reallaşmasında həm yerli, həm də xarici investorların iştirakı qaçılmazdır. Çünki belə bir üsul ölkəmizdə ilk dəfədir tətbiq olunur. Bununla belə ondan ekoloji və iqtisadi baxımdan çox faydalı gözləntilərimiz var".
D.Hüseynov əlavə edib ki, yeni ixtiranın səmərə müddəti onun hansı əkin sahəsinə və birillik, eləcə də çoxillik bitkilərə tətbiq ediləcəyindən asılıdır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2206 Tarix: 14 sentyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBu foto və videoları media subyektinə təqdim edənlər cərimələnəcək
İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin
29 martAzərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş, 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat veriblər. Onlar bildiriblər ki, tanınmış alim kiray
29 mart"Coffee ‘N Joy" Avropa Gənclər Parlamentinə dəstək olub
"Coffee ‘ N Joy" ( EYP European Youth Parliament) Avropa Gənclər Parlamentinə öz dəstəyini göstərib. UFAZ-da keçirilən tədbir 3 gün davam edib və iştirakçıların özünü kəşf, şəxsi inkişafına yönəlik olub. Tədbir çərçivəsində müasir dünyada aktual olan problemlər və onların həlli yolları müzakir
29 martAzərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını
29 mart"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT
Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi
29 martSumqayıtda fəhlə işlədiyi zavodda ölüb
Sumqayıtda zavodda ölüm hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Sumqayıt Boruyayma Zavodunda qeydə alınıb. Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin iş zamanı başına boru düşüb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır
29 martMəhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
Bakı şəhərinin Xətai Rayon Məhkəməsində "Toplum TV" işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub. "Report" xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb
29 mart