Bıçaqla hədələdi, sonra 14 yaşlı oğlanı zorlayaraq telefona çəkdi - Azərbaycandakı iyrənc cinayətin təfərrüatları

Bıçaqla hədələdi, sonra 14 yaşlı oğlanı zorlayaraq telefona çəkdi - Azərbaycandakı iyrənc cinayətin təfərrüatlarıŞirvan şəhərində anadan olan 1996-cı il təvəllüdlü Vüsal Məmmədovun (cinayət işində adı hallanan şəxslərin ad və soyadları şərti göstərilib) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Vüsal Məmmədov 27 mart 2016-cü il tarixdə, saat 18 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən Nəqliyyatçılar parkında Vazeh Qurbanovla futbol oynayıb. O, həmin zaman Vazehin telefonunu təmir etdirmək adı ilə aldadaraq alıb və həmin əməli ilə Vazehə 55 manat ziyan vurub.

Vüsal həmin gün saat 19 radələrində əvvəlcədən telefonu təmir etdirmək adı ilə aldadaraq aldığı 5 manatı və "Nokia" markalı "Asha200" telefonu Vazeh Qurbanova qaytaracağını vəd verib.

O, Vazeh Qurbanovu aldadaraq bibisinə məxsus Biləcəri qəsəbəsində olan evə gətirib. Orada 1999-cu il təvəllüdlü Vazehə bıçaqla zor tətbiq edəcəyi ilə hədələyərək ona qarşı seksual xarakterli hərəkətlər edib.

Vüsal Məmmədov Vazehə qarşı etdiyi seksual hərəkətlərini yaymaq qərarına gəlib. Bu məqsədlə Vazehə qarşı etdiyi seksual hərəkətləri mobil telefonun yaddaşına köçürüb. Vüsal həmin günü təxminən saat 19 radələrində apardığı çəkilişi yaymaq üçün Əli Əliyevin mobil telefonuna köçürüb və həmin çəkilişi yaymaq üçün başqasına verib.

Bununla da Vüsal Məmmədov Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 171-1.1-ci (uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama) və 180.1-ci (soyğunculuq) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Yalan danışdığını, cibində 5 manat olduğunu bildirdim"

Təqsirləndirilən Vüsal Məmmədov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, üç yaşında anası rəhmətə gedib, atası isə Ukraynada dünyasını dəyişib: "Bu səbəbdən bibim Sevdanın himayəsində yaşamışam. Bibimin Biləcəri qəsəbəsində bir otaqlı mənzili vardı. Həmin mənzilin giriş qapısının açarının bir nüsxəsi məndə olub. Həmin mənzildən ehtiyac olanda istifadə etmişəm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 27-də, günorta saatlarında Biləcəri qəsəbəsində yerləşən "Nəqliyyatçılar" parkına gələrək orada futbol oynayıb: "30 dəqiqə oynadıqdan sonra Kamran adlı oğlandan siqaret almaq üçün pul istədim. Kamran Vazehdə 5 manat pul olduğunu dedi. Vazehi yanıma çağıraraq ondan pulunun olub-olmamasını soruşdum. Vazeh 40 qəpik gediş pulu olduğunu bildirdi. Onun yalan danışdığını bildirdim. Vazeh sonradan 5 manatının olduğunu etiraf etdi. Bildirdi ki, qohumlarının telefonunu təmir etdirməsi üçün pulu ona başqası verib. Vazehə "telefonu və pulu mənə ver, tanış ustam var, ona verib telefonu təmir etdirərəm", deyə bildirdim. Vazeh məndən kiçik olduğu üçün inandı. O, telefonu və pulu mənə verdi".

"Onu bıçaqla hədələməmişəm"

Vüsal Məmmədov qeyd edib ki, pulu və telefonu Vazehdən aldıqdan sonra evə paltarını dəyişməyə gedib: "Vazeh arxamca evə gəldi. Evin içində telefonu və pulu Vazeh məndən istədi. Dedi ki, telefon və pul dayısının yoldaşına məxsusdur. Sonra Vazeh özü əxlaqsız hərəkət etməyi təklif etdi. Həmin zaman onu bıçaqla hədələməmişəm. Əksinə Vazehdən ehtiyat edərək masanın üzərində olan bıçağı mətbəxə apardım və orada qoydum".

"Dedi ki, çəkilişə özü də baxacaq"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Vazeh tərəfindən əxlaqsız hərəkətlər təklifi alandan sonra yataq otağına keçiblər: "Mən paltarımı soyunandan sonra Vazehə də paltarını soyunmağı təklif etdim. Vazeh paltarını soyunandan sonra arxası üstə yerə uzandı..."
Təqsirləndirilən şəxs istintaqa zərərçəkmişə qarşı sekasul hərəkətlərini çılpaqlığı ilə danışıb

Vüsal Məmmədov deyib ki, Vazeh Qurbanovla olan seksual hərəkətləri mobil telefon vasitəsilə videoya çəkib: "Ehtirasımı söndürəndən sonra ona bildirdim ki, çəkilişi başqa telefona köçürəndən sonra onun mobil telefonunu qaytaracam. Biz birlikdə evdən çıxdıq. Həyətdə olan qonşum Əliyə yaxınlaşaraq blutuz vasitəsi ilə Vazehin telefonunda olan video çəkilişi onun telefonuna göndərdim. Vazehin 5 manat pulunu və telefonunu videonu sildikdən sonra özünə qaytardım. Vazeh getdikdən sonra Əli ilə birlikdə video çəkilişə baxdıq. Əliyə bu barədə heç kimə deməməsini tapşırdım. Video çəkilişi Vazehin öz xahişi ilə başqa telefona köçürmüşəm. Vazeh dedi ki, sonra həmin çəkilişə özü də baxacaq".

"Pornoqrafiq görüntüləri yaymamışam"

Vüsal Məmmədov bildirib ki, Vazehi əvvəllər tanımayıb: "Vazehin məndən təxminən 2-3 yaş kiçik olması və əxlaqsız hərəkətlərlə məşğul olması barədə məlumatım var idi. Özümü ona görə təqsirli bilmirəm ki, Vazehlə aramda olan hərəkətlər onun öz təşəbbüsü ilə olub. Bundan savayı soyğunçuluq əməli törətməmişəm və pornoqrafiq görüntüləri yaymamışam. Pornoqrafiq görüntünü qonşum Əlinin telefonuna müvəqqəti köçürmüşdüm ki, sonradan öz telefonuma köçürüm, Əli də telefonundan həmin görüntünü silsin".

"Vüsalı ilk dəfə futbol meydançasında gördüm"

Zərərçəkmiş qismində ifadə verən Vazeh Qurbanov bildirib ki, onun 14 yaşı var: "Martın 27-də, saat 15 radələrində dayımgilə getdim. Dayımın həyat yoldaşı "Nokia" markalı telefonunu, üstündə əlavə olaraq 5 manat pul verdi ki, onu düzəltdirim. Həyətdə futbol oynadığım zaman yanıma Vüsal Məmmədov gəldi, birlikdə futbol oynadıq. Vüsalı ilk dəfə futbol meydançasında gördüm. Oyun qurtardıqdan sonra Vüsal məndən siqaret almaq üçün pul istədi. Ona bildirdim ki, dayımın yoldaşı 5 manat pul verib və həmin pula mobil telefonu düzəltdirəcəm. Vüsal pulu və telefonu məndən alaraq tanış ustaya göstərəcəyini dedi. Vüsal hətta bildirdi ki, telefonu 4 manata təmir etdirəcək, 1 manatına isə özü üçün siqaret alacaq".

"Dedi ki, onunla birlikdə mənzilə girsəm..."

Zərərçəkmişin sözlərinə görə, Vüsal sonra mobil telefonu ilə kiməsə zəng edərək danışıb: "Vüsalın hərəkətlərindən şübhələnərək telefonu və pulu geri tələb etdim. O, telefon və pulu qaytarmayacağını bildirdi, oradan qaçmağa başladı. Mən isə Vüsalın arxasınca qaçdım. Vüsalın binanın blokuna girdiyini və pilləkənlərlə yuxarıya qalxdığını gördüm. Blokla binanın axırıncı mərtəbəsinə qalxdım. Orada Vüsal ortadakı mənzilin qapısının qarşısında dayandı. Vüsala çataraq pulumu və telefonumu tələb etdim. O, dedi ki, əgər onunla mənzilə girsən telefon və pulu qaytaracaq".

"Bıçaqla vuracağından qorxaraq onunla razılaşdım"

Vazeh Qurbanov Vüsalın sözlərinə inanaraq onunla razılaşıb və birlikdə mənzilə daxil olublar: "Bundan sonra Vüsal yataq otağına keçdi. Mən də qapının arxasında dayandım. Vüsal bıçağı götürərək, məndən yataq otağındakı çarpayıya uzanmağı tələb etdi. Qaçmaq istəsəm də, qapıları bağladığından oradan çıxa bilmədim. Vüsalın məni bıçaqla vuracağından qorxaraq onunla razılaşdım".

"Mənə hədə-qorxu gəldi"

Vazeh Qurbanovun sözlərinə görə, Vüsal ona qarşı seksual hərəkətlərini telefonla çəkib: "Sonra Vüsal paltarlarını geyinə-geyinə dedi ki, əgər bu barədə kiməsə desəm, çəkdiyi videonu hamıya, o cümlədən də atama göstərəcək. Vüsala heç bir söz demədim və paltarlarımı geyindikdən sonra birlikdə həyətə düşdük. Həyətdə tanımadığım bir uşağa Vüsal yaxınlaşaraq "telefonunun blutuzunu aç sənə nəsə göndərəcəm" dedi və video çəkilişi həmin uşağın telefonuna göndərdikdən sonra mənə məxsus telefonu qaytardı. Ancaq 5 manat pulu ondan istəməyə artıq qorxduğum üçün oradan qaçaraq evimizə gəldim. Baş verənlər barədə atama danışdım. Vüsal ilə cinsi əlaqədə könüllü olmamışam. Onun verdiyi ifadə yalandır. Vüsal məni bıçaqla hədələdiyi üçün onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşam".

Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Vüsal Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3842   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

"Quska" haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. "Qafqazinfo"nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib. Qeyd edək ki, H.Abdullayev 2018-ci ild

7 mart
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel