Qayınata gəlinini əvvəl güllə ilə vurdu sonra isə boğazını kəsdi - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

Qayınata gəlinini əvvəl güllə ilə vurdu sonra isə boğazını kəsdi - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATIGəlinini amansızlıqla qətlə yetirən Qusar rayon sakini Ali Məhkəməyə müraciət edib.

Sonxeber.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən Nəcərov Amaxan Əlayəddin oğlunun məhkəmə prosesinə hakim Tahir Kazımov sədrlik edəcək.

Gəlinini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1938-ci il təvəllüdlü Amaxan Nəcərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qətl hadisəsi Qusar rayonu, Avaran kəndində qeydə alınıb. Amaxan Nəcərov 25 iyul 2015-ci il tarixdə, saat 00:20 radələrində yaşadığı Qusar rayonunun Avaran kəndindəki evə gəlib. O, evin ikinci mərtəbəsindəki otaqda uzanıb.

Qayınata və gəlinin davası
Bu zaman əvvəllər mütəmadi olaraq onunla mübahisə etmiş gəlini, 1977-ci il təvəllüdlü Sevinc Məmmədovadan gün ərzində harada olmasını soruşub. Sevinc əsəbi halda cavab verərək onu nalayiq söyüşlərlə söyüb.
Amaxan Nəcərov gəlinindən evdən atası evinə getməyi və bir daha geri qayıtmamağı tələb edib. Gəlin-qaynata arasında başlamış mübahisənin gedişatında evin birinci mərtəbəsində olan təqsirləndirilən şəxs Amaxan Nəcərovun nəvəsi və zərərçəkmiş şəxs Sevinc Məmmədovanın qızı, 12 yaşlı Məryəm Nəcərova və Amaxan Nəcərovun oğlu, mərhumun həyat yoldaşı Sevinc Məmmədovanın əri Valeh Nəcərov mübahisə olan həmin otağa gəlib.
Gəlindən qayınataya hədə
Valeh Nəcərov həyat yoldaşını sakitləşdirməyə çalışsa da, Sevinc Məmmədova onun sözlərinə əhəmiyyət verməyib. Sevinc ərinə işarə etməklə Amaxan Nəcərova divanın altında qanunsuz tüfəng saxladığını deyib. O, bu haqda polisə şikayət edəcəyini bildirib. Sevinc Məmmədova daha sonra evdən getməsi üçün əşyalarını toplamağa başlayıb.
Bundan sonra Amaxan Nəcərov gəlini Sevinc Məmmədovanın davranışından qəzəblənərək qisas alaraq onu öldürmək qərarına gəlib. O, bu məqsədlə öz otağında, divanın altında saxladığı ov tüfəngini götürüb və tüfəngin yanında olan patrondaşdan iki ədəd atəş üçün yararlı olan dolu patronları çıxararaq tüfəngin lüləsinə yerləşdirməklə atəşə hazır vəziyyətə gətirib. O, daha sonra tüfəngi həmin otaqda olan stulların arasında gizlədib.
Sevinc Məmmədova yenidən Amaxanın olduğu otağa qayıdıb və şkafda olan məişət əşyalarını toplayıb. Bu zaman Amaxan Nəcərov stulların arasında gizlətdiyi tüfəngi götürərək oğlu Valeh Nəcərovun və nəvəsi, azyaşlı Məryəm Nəcərovanın gözləri qarşısında gəlininə tərəf atəş açıb.

Qətl
Həmin vaxt Sevinc Məmmədova birinci dəfə açılan atəşdən döş qəfəsindən xəsarət alıb. Bu zaman Valeh Nəcərov onun əlindəki tüfəngi almaq istəyib. Buna baxmayaraq, o, ikinci dəfə atəş açıb.
Lakin Amaxan Nəcərovun açdığı ikinci atəş hadisə yerində evin divarına dəyib. Yalnız bundan sonra Valeh Nəcərov atasının əlindən cinayətin aləti olan tüfəngi alıb və atası ilə birlikdə hadisə baş verdiyi otaqdan çıxıb. Valeh Nəcərov atasından aldığı tüfəngi sındırıb və həyətə atıb.
Daha sonra Valeh evin birinci mərtəbəsinə düşərək kömək çağırmağa gedib. Bu vaxt Amaxan Nəcərov oğlu Valeh Nəcərovun kömək çağırmağa getdiyini görüb və o, Sevinc Məmmədovanın hələ də ölmədiyini güman edərək, yenidən hadisə olan otağa qayıdıb.

Nəvəsininn yalvarışlarına baxmayaraq...
Amaxan Nəcərov otaqda masanın üzərində olan bıçağı götürərək Sevinc Məmmədovanın yanında dayanıb. Amaxan bu zaman orada ağlayan və anasına qarşı başqa hərəkətlər etməmsi üçün babasına yalvaran nəvəsi Məryəm Nəcərovanın gözləri qarşısında əlindəki bıçaqla Sevinc Məmmədovanın boğazını kəsib. Sevinc Məmmədova hadisə yerində ölüb.

18 il 6 ay həbs cəzası
Amaxan Nəcərov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amaxan Nəcərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Amaxan Nəcərovun vəkili Şirin Atayev apellyasiya şikayəti verib.
Vəkil qeyd edib ki, Amaxan Nəcərovun əməli Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsüf edilərək, ona yüngül cəza təyin edilməlidir.
Vəkilin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cəzadan 1 il çıxıldı
Məhkəmədə çıxış edən vəkil bildirib ki, Sevinc Məmmədova Amaxan Nəcərovun oğlu ilə boşansa da, sonuncuya məxsus evdən köçməyib: "Amaxan Nəcərovun oğlu Valeh Nəcərov dörd uşağına aliment ödəyə bilməyib, onları dolandıra bilməyib. Buna görə ailədə həmişə söz-söhbət olub. Sevinc Məmmədova evlərə gedərək təmizlik işləri görüb, dəfələrlə səhər tezdən evdən çıxıb. Sevinc evə gec qayıdıb və bəzən gecələr evə gəlməyib. O, öz hərəkətləri barədə nə həyat yoldaşına, nə də qaynatasına heç bir məlumat verməyib. Bu səbəbdən azyaşlı uşaqlar çox vaxt babalarının ümidinə qalıblar. Sevinc Məmmədova özünü qaynatasına qarşı nalayiq aparıb, həmişə onu təhqir edib. Valeh Nəcərov da Sevinclə bacarmayıb".
Müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini hakim kollegiyasından xahiş edib. Hakimlər tərəflərin fikirlərini öyrənəndən sonda qərar elan ediblər. Qərara görə, Amaxan Nəcərovun cəzasından 1 il çıxılıb və ona qəti olaraq 17 il cəza təyin olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4169   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021