Nigarın ölümünə səbəb olan xəstəlik:Leykoz necə yaranır və hansı məşhur qurbanları olub?

Nigarın ölümünə səbəb olan xəstəlik:Leykoz necə yaranır və hansı məşhur qurbanları olub?Xəbər verdiyimiz kimi, tanınmış aparıcı və jurnalist Nigar İsmayılqızı bu gün səhər saatlarında Bakıda xəstəxanada Leykoz xəstəliyi (qan xərçəngi) səbəbindən vəfat edib.

Dünən 34 yaşını qeyd edən mərhum yazıçı-jurnalist doğulub boya-başa çatdığı Şabran rayonunda atasının yanında dəfn edilib.

azxeber.com məşhur yazıçı-jurnalistin qısa müddətə ölümünə səbəb olan leykoz xəstəliyi və bu xəstəlikdən dünyasını dəyişən məşhurlarla bağlı araşdırma aparıb.

Leykoz nədir və necə yaranır?

Leykoz — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar.

İlkin dövrlərdə iştahasızlıq, ümumi halsızlıq, hərarətin yüksəlməsi, çəkinin itməsi, baş-əzələ-sümük ağrıları ilə özünü büruzə verən xəstəlik irəliləmiş mərhələlərdə qaraciyər və dalağın böyüməsi, limfatik düyünlərdə böyümə, burun və diş qanaxmaları, bəzi hallarda isə mədə-bağırsaq qanaxmaları ilə müşaiyət olunur.

Müayinə üsulları hansılardır?

Xəstəliyin düzgün təyin edilməsi üçün ilk növbədə qanın müayinəsindən başlamaq lazımdır. Həmçinin xəstəliyin fəsadları dalaq, qara ciyər və limfa vəzilərinə təsir etdiyi üçün bu orqanlar da müayinədən keçirilməlidir. Xəstəliyin yaranma səbəbi haqqında dəqiq məlumat olmadığına görə əvvəlcədən profilaktik tədbirlər həyata keçirmək çətindir. Ancaq müalicə zamanı ayrı-ayrı simptomları aradan qaldırmaq və zəiflətmək üçün hormonal, vitamin, antibiotik, qanköçürmə və damar daraldıcı preparatlardan istifadə edilir. Kəskin və xroniki leykozlarda xəstəliyin fəsadlarının aradan qaldırılması üçün hormonal müalicənin əhəmiyyəti böyükdür. Bu müalicə üsulu əsasən uşaq və yeniyetmələrə yaxşı təsir göstərir.

Hansı məşhur qurbanları olub?

Ötən ilin fevral ayında tanınmış rejissor Şahin Zəkizadə Leykoz xəstəliyi səbəbindən vəfat edib. 38 yaşlı rejissorun ölümündən bir neçə ay öncə bu xəstəlik aşkar edilib. Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında müalicə olunan Ş.Zəkizadənin həyatını xilas etmək mümkün olmayıb.

"Exo" qəzetinin fotoqrafı və fotoredaktoru Samir Əliyevin də ölümünə səbəb qan xərçəngi olub. Yaxınlarının sosial şəbəkədə yaydığı məlumata görə, qan xərçəngindən əziyyət çəkən S. Əliyevin vəziyyəti son günlər qəfildən ağırlaşıb və o, reanimasayaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, fotoqrafı xilas etmək mümkün olmayıb.

Lələ Təpə döyüşlərinin iştirakçısı Azər Aslanov da bir neçə ay öncə qan xərçəngindən vəfat edib. O bu məqsədlə müalicə olunsa da, tibbi səylər nəticəsiz qalıb.

Çalışın özünüzü qoruyun, vaxtaşırı müayinə olunun və imkan verməyin ki, əcəl vaxtsız qapınızı döysün!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2974   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir" - DEPUTAT

"Cənab prezident lham Əliyevin Moskvaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açacaq". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkd

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəl

22 aprel
.

Vaqif Sadıqov Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Vaqif Əmirxan oğlu Sadıqov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

22 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Azərbaycanda müdir işçisini ona salam vermədiyinə görə işdən qovub. Qaynarinfo xəbər verir ki, bu barədə vətəndaş Nazlı Ağayeva sosial şəbəkədə məlumat verib. Nazlı Ağayevanın sözlərinə görə, həmin şəxs işə çıxdığı günün səhərisi şirkət rəhbərinin yanından keçib, lakin tanımadığı üçün ona salam verməyib:

22 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib. Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.

22 aprel
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22 aprel