Adnan Oktarın əsas adamları etirafçı oldular

Adnan Oktarın əsas adamları etirafçı oldularAdnan Oktar cinayətkar qruplaşmasının üst təbəqəsində, rəhbərlikdə təmsil olunan şəxslər danışmağa başlayıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilatın "İmam bacılar" və "Vəkillər" qrupunda olan iki şübhəli 50 səhifəlik ifadə verib. Digərlərinin də peşmanlıq ifadəsindən yararlanmaq üçün sıraya girdiyi bildirilir.

Cinayətkar qruplaşmanın rəhbərliyində yer alan və fəaliyyəti dayandırılan kanalı A9 TV-də çalışan A.P. etirafçı olub. Təşkiların "İmam bacılar" qrupunda olan A.P, İstanbul bölgə polis müdirliyinə gətirilib və cinayətkar qrupla bağlı 50 səhifəlik ifadə verib. İddialara görə, etirafçı A.P.-nin verdiyi məlumatlar önəmli hesab edildiyi və istintaqın irəliləməsinə xeyli yardımçı olduğu üçün öncəki gecə saat 22.00 radələrində həbsdə saxlandığı Kandıra türməsindən azadlığa buraxılıb. A.P.-nin 25 ildir təşkilatın içində olduğu və təşkilatın internet şifrələri ilə xarici disklərindən cavabdeh şəxs olduğu iddia edildi.

İkinci etriafçı vəkildirTəşkilatın "Vəkillər" qrupu içində yer alan və əməliyyat zamanı saxlanılaraq həbs edilən F.D. də etirafçı olub. İddialara görə, peşmanlıq maddəsindən yararlanan və cinayətkar qruplaşma ilə bağlı bildiklərini danışan vəkil F.D. də İzmir türməsindən azadlığa buraxılıb. Yeni etirafçılar A.P. və F.D.-nin ardınca Adnan Oktar cinayətkar təşkilatının rəhbərliyində təmsil olunan daha iki nəfərin də peşmanlıq maddəsindən faydalanmaq üçün istintaqa ərizə ilə müraciət etdiyi xəbər verilir.

Həbsdə olan iki şübhəlinin də ifadələrinin alınacağı bildirilir. Bu arada istintaq çərçivəsində həbs edilən şübhəlilərdən Ayça Pars haqqında vəkillərinin etirazı əsasında İstanbul sülh-cəza məhkəməsi tərəfindən azadlığa buraxılma qərarı verilib.

Musavat.com xatırladır ki, A.Oktar qrupunun istintaqı çərçivəsində A.Oktar da daxil olmaqla 169 şübhəli həbs olunub, 13-ü ədliyyə nəzarət təbbirinə məruz qalıb, 14-ü sərbəst buraxılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2490   Tarix: 15 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İranda futbol komandasının məğlubiyyəti azarkeşin ölümü ilə nəticələndi

İranın "Traktor" komandasının azarkeşi komandanın məğlubiyyətinə görə insult keçirib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Əhə Quli Lale adlı azarkeş aprelin 12-si keçirilən oyun zamanı üçüncü qoldan sonra stadionda insult keçirib, növbəti gün dünyasın

14 aprel
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19 aprel
.

Bakıda evdən naməlum kişi meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.  xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada evlərin birindən 50-60 yaş aralığınad olan naməlum kişi meyiti tapılıb. Onun hansı səbəbdən öldüyü hələlik  bilinmir. Araşdırma aparılır

11 aprel
.

Balakəndə toyda KÜTLƏVİ DAVA: Saxlanılanlar var

Balakəndə toyda kütləvi dava olub. -ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən şadlıq evində qeydə alınıb. Məclisə yığışan bir qrup gənc arasında söyüş üstündə mübahisə düşüb. Mübahisə sonradan davaya keçib. Toydan çıxan gənclər davanı başqa yerdə davam elətdiriblər. Nəticədə 1990-c

17 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib. "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadis

14 aprel
.

Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib. Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsini

15 aprel
.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən ikinci şəxs də həbs edilib

Məhkəmənin qərarı ilə "Roşka" ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib. "Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. *. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edə

11 aprel