İsrailə zərbələr endirmək lazımdır - Rusiyadan ŞOK ÇAĞIRIŞ

İsrailə zərbələr endirmək lazımdır - Rusiyadan ŞOK ÇAĞIRIŞRusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasını provokasiya etdiyi üçün İsrailə zərbə vurmaq lazımdır.

Sonxeber.az Publika.az-a istinadla xəbər verir ki, bu haqda "Danışır Moskva"radiostansiyasının efirində Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədrinin birinci müavini Aleksandr Şerin bildirib.

"Mən "Bastion", "S-400" və "İskəndər" sistemlərinin necə real işlədiyini göstərməyə çağırıram", - Şerin vurğulayıb.

Rusiyalı deputat hadisəyə görə İsrail hərbçilərini ittiham etmiş Rusiyanın Müdafiə Nazirliyinin mövqeyi ilə razılaşıb. O, vurğulayıb ki, öz hərbi qulluqçularının həlak olması halında İsrail Fələstin ərazisində hər hansı kəndin bir neçə küçəsi və ya bir neçə evi dağıda bilər.

"Biz bütün dünyanı elə öyrəşdirdik ki, Rusiya belə ölçülərə getməyəcək", - Şerin yekunlaşdırıb.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, "İl-20" Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 "F-16" təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları "İl-20"nin arxasında gizlədərək onu "S-200" kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini "düşmən hərəkətlər" kimi qiymətləndirib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3377   Tarix: 19 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl

16 sentyabr 2021
.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021
.

"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb

18 sentyabr 2021
.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021
.

Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO

Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur

17 sentyabr 2021
.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti

15 sentyabr 2021