"Hər gecə Zəhranı öpürəm ki, birdən səhərə ayılmaram" - Tünzalə

"Hər gecə Zəhranı öpürəm ki, birdən səhərə ayılmaram" - TünzaləATV-də yayımlanan "Bizimləsən" verilişi əməkdar artist Tünzalə Əliyevaya yardım üçün xeyriyyə marafonuna başlayıb.

Sonxeber.az axşam.az-a istinadən xəbər verir ki, xalq artisti Mələkxanım Əyyubova, əməkdar artist Dilarə Əliyeva, aparıcı Mətanət Əliverdiyeva və bir çox tanınmış proqramda aktrisaya yardım edib.

Veriliş zamanı "Toppuş bacı" ləqəbli aktrisanın qızı Zəhra da studiyaya gətirilib. T.Əliyeva ilk dəfə övladının üzünü göstərib.

"Hər gün gecə yatmazdan əvvəl Zəhranın saçını öpürəm ki, birdən səhərə ayılmaram. Düşünürəm ki, gözümü yumaram, səhər dünyadan köçərəm, Zəhramı görmərəm. Səhər onu görəndə deyirəm ki, şükür Allaha sağam", - aktrisa göz yaşlarını saxlaya bilməyib.

Tünzalə bildirib ki, çox işləmək onu bu cür xəstə edib:

"Həyat məni çox yordu, yükləndim. Ailədə, işdə yükləndim. Fərda (aktyor Fərda Xudaverdiyev - red.) deyir ki, Allah sənə dərt göndərməyib. Mesaj göndərib ki, bəsdir, istirahət et. Bir il çalışmayacam, dincələcəm. Bir həftə xəstəxanada qaldım, çıxan kimi işə getdim. 11 dəfə əməliyyat olundum, 10 gün dincəlmədim. Qarnımda alətlər, milli paltarı geyinib, məclisə aş verirdim. Bir də baxırdım gəlinin yanı sudur. Ətəyimi fırlayıb o biri işə keçirdim. Heç vaxt xoş gündə dincəlmədim. Çox işlədim...

Məni qınadılar ki, niyə verilişə gəldin, kömək istədin, xınalardan qazanırsan. Mənim pulum olsaydı, evimi nəğd pulla alardım. Hərdən ayaqlarım gedir, yıxılıram, idarə edə bilmirəm. "Qız atası" serialına çəkilirəm, ona görə yox ki, unudularam. İnsanlardan təcrid olsam, ölüb gedərəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2630   Tarix: 20 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İranın hücumundan sonra İsraildən qaçdığı deyilən Qalkin danışdı

İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub. Axşam.az xəbər verir ki, şoumen şayiələrin fonunda sosial media hesabılnda paylaşım edərək bunu şayiə adlandırıb. O, hazırda İsraildə olduğun

14 aprel
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. "Ölkə.az" Axşam.az-a istinadla xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyi

15 aprel
.

Aygün Bəylərin mahnısını oxuyan qazax müğənni viral oldu - VİDEO

Qazaxıstanlı müğənni Əlişir Kərimov mərhum müğənnimiz, Xalq artisti Aygün Bəylərin ifasında sevilən "Tut ağacım" mahnısını oxuyub. -a istinadən bildirir ki, bundan öncə də Azərbaycanın xalq və bəstəkar mahnılarını ustalıqla ifa edən Əlişirin ifası çox bəyənilib. Müğənninin ifası milyonlarl

7 aprel
.

"Mən indi Xalq artisti olmalıydım"

"İnsana sağlığında qiymət verilməlidir. Öləndən sonra yox. Çox əziyyət çəkmişəm: həm sənət, həm həyatda". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 Tamam" proqramında deyib. Qarmon ifaçısı fəxri ad almaq arzusundan danışıb:. "Yuxusuz gecələrimə heyfslənirəm

7 aprel
.

Xəyalə Manaflı nişanlandı - Video

Müğənni Xəyalə Manaflı ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, ifaçı nişanlanıb. Onun Nurlan adlı bəylə "hə" mərasimi olub. Həmin görüntüləri Xəyalə özü yayımlayıb

8 aprel
.

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub". Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayev

19 aprel
.

Xalq artistinin oğlu atasının evini satıb: "Orada yaşaya bilmədik"

"Anamın səhhəti ağır olaraq qalır. Evdə müalicə alır. Xəstəliyinə görə gözləri tamam zəifləyib. Həm qaraciyər, həm də insult xəstəliyi bir-birinə qarışıb. Səhərə kimi yatmırıq. Allahdan ümidimizi üzmürük. Allah bütün xəstələrə şəfa versin. Sosial şəbəkədəki rəyləri oxuyuram, hamı ailəmiz üçün du

7 aprel
.

Xalq artistinin nəvəsi: "Onun anam yox, nənəm olduğunu öyrənəndə..." - FOTO

"Ömrümün hər dəqiqəsində nənəm yadıma düşür. Elə bir gün yoxdur ki, onu yada salmayım. Hər gün yoxluğu hiss olunur. Heç kim onun yerini vermir, onu mənə əvəz etmir. O mənə nənəlik yox, analıq edib. Anaların övladına etdiyindən də artığını nənəm mənim üçün edib". Bunu -a açıqlamasında Xalq artist

8 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel