"Həbsxanada olanda eşitdim ki... "- İsgəndər Həmidov Gözəl Dəmirovdan danışdı

"Həbsxanada olanda eşitdim ki... "- İsgəndər Həmidov Gözəl Dəmirovdan danışdı"Gözəl Dəmirov əslən Sabirabad rayonundandır. Onun qardaşı Fuad Dəmirov kondisioner zavodunun direktoru olub. Həmçinin digər yüksək vəzifələrdə işləyib".

Bunu Aznews.az-a açıqlamasında sabiq Daxili İşlər Naziri İskəndər Həmidov "Ədalət" partiyasının sədri İlyas İsmayılovun oğlunu qətlə yetirən Gözəl Dəmirovdan danışarkən deyib.

Onun sözlərinə görə, Gözəl Dəmirov Daxili işlər orqanlarından ayrılıqdan sonra Türkiyə və MDB ölkələri arasında böyük bir biznes qurub:
"Mən tanıyan müddətdə Gözəl Dəmirov çox sakit, işini bilən bir polis işçisi idi. Ancaq onu 1992-ci ildən sonra görməmişəm. Gözəl Bakıdan qaçmayıb, bu yaxın illərə kimi gəlib- gedirdi. Eşitmişəm ki, Türkiyə-Belarus arasında böyük bir biznes qurubmuş. Türkiyədə isə nə baş verdiyini bilirəm, mən də mətbuatda yazılanları oxumuşam. Allah İlyas müəllimə səbr versin, onu qorusun, övlad itirib. Ağır itkidir. Pul qəliz bir şeydir, insanı nəyə desən sürükləyər. Gözəl qanunları bilən adam idi, qanunları bilən adamlar adətən qanundan qorxur. Görün nə baş veribsə o, silaha əl atıb və Etimad İsmayılovu öz ofisində güllələyib. Bildiyim qədər onun maddi baxımdan hər seyi var, heç nəyə ehtiyacı olmayan şəxsdir".

İskəndər Həmidov onu da qeyd edib ki, Gözəl Dəmirov orqandan onun nazir olduğu illərdə ayrılmayıb: "Mən həbxsanada olanda eşitdim ki, Gözəl polisdən çıxıb".

Qeyd edək ki, iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb. Başından 2, ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Mərhumu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4574   Tarix: 20 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Suriyada neft boru kəmərində yanğın olub, ölən var

Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi

21 aprel
.

Əhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ

21 aprel
.

Bakıda məşhur hotellərdən birində yanğın baş verib - FOTOLAR

Bakıda məşhur hotellərdən birində yanğın hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Namiq Quliyev küçəsi, 24 ünvanında qeydə alınıb. Belə ki, ərazidə yerləşən hotelin damında tüstü ilə müşayiət olunan yanğın baş verib. FHN əməkdaşları yanğın yerinə cəlb olunublar. Yanğının ətra

20 aprel
.

Zaqatalada 76 yaşlı qadın intihar edib

Zaqatalada 76 yaşlı qadın intihar edib. APA-nın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Hürü Əhməd qızı Yusubovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırm

21 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasını

20 aprel
.

Bakıda 17 yaşlı gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Neapol dairəsindən avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Abbasova F.-ni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayin

21 aprel
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo,

24 aprel
.

Xaçmazda dönərxana yanıb

Xaçmaz şəhərində yanğın baş verib. APA xəbər verir ki, Xaçmaz bazarının yaxınlığında yerləşən dönərxana qəfil alışıb. Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır

21 aprel