Azərbaycanda oyuncaqla oynayan uşaqları ərə verirlər

Azərbaycanda oyuncaqla oynayan uşaqları ərə verirlərCənub bölgəsində qızların erkən nikahlara cəlb edilməsi müharibə illərində qız yükündən azad olmaq istəyən valideynlərin hərəkətlərini xatırladır.

Sonxeber.az xəbər verir ki, Sputnik Azərbaycan" Multimedia Mərkəzində "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində keçirilən "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda təşkil olunmuş dəyirmi masada sabiq millət vəkili Gülər Əhmədova çox ağır olan bir məsələyə — əksər rayonlarımızda, xüsusilə də cənub bölgəmizdə azyaşlı qızların ərə verilməsinə toxundu. Özüm də cənub bölgəsindən – Yardımlı rayonundan olduğum üçün bu problem mənə yaxındır, bu barədə kifayət qədər məlumatlıyam və bacardığım qədər buna qarşı çıxmağa çalışıram.

Təəssüflər olsun ki, doğma yurdumu tez-tez ziyarət etmək imkanım olmur. Ancaq xeyir-şər məclislərində rayona getməyə vaxt tapa bilirəm, o da uzağı bir neçə günlük. Ancaq hər dəfə məni çox ağrıdan, çox narahat edən, çox düşündürən erkən nikahlar məsələsi olur. Hər dəfə körpə-körpə ərə verilən qızcığazlarımızı görəndə, sözün bütün mənalarında vicdan əzabı çəkirəm. Var gücümlə haray çəkmək, bağırmaq, "dayanın!" demək keçir içimdən.
Vəziyyət o həddə çatıb ki, sanki cənub bölgəsində yarış gedir. 14-15 yaşında qızların üzərində tətbiq edilən "kim tez ərə getdi yarışı". Qızları orta məktəbi bitirmədən, uşaqlıq yaşlarını belə, tamamlamadan ərə verilirlər. Acımasız valideynlər öz balalarını gəlinciklərindən, evciklərindən ayırıb, ailə, uşaq əziyyəti çəkməyə məhkum edirlər. Elm, savad, bilik öyrənməli olan qızları məktəblərdən uzaqlaşdırıb, həyat dərslərini öyrənməyə vadar edirlər. Gələcəyin istedadlı, peşəkar mütəxəssisi ola biləcək neçə-neçə qızları evdar qadına çevirirlər. Bir sözlə, rayonlarımızda, xüsusilə də cənub bölgəsində çox sayda valideyn öz qızını acımasızcasına "kor qoyur".

Erkən nikahların mənfi fəsadları bir deyil, beş deyil və bu fəsadlar da bir çoxumuza bəllidir. Erkən nikahların səbəb olduğu ana və uşaq ölüm halları ilə az rastlaşmamışıq. Və ya doğuş zamanı ciddi xəstəliklərə düçar olan gəlinlərdən xəbərsiz deyilik. Xəstə və şikəst doğulmuş uşaqlar qohumumuzda, qonşumuzda kifayət qədərdir. Hələ sümükləri belə, tam formalaşmamış qızcığazın mənfi fəsadlarsız sağlam övlad dünyaya gətirəcəyinə kim təminat verə bilər, axı?!

Problemin digər bir tərəfi isə erkən nikaha girən qızların savadsızlığı ilə bağlıdır. İki-üç il, onda da ayda cəmi 5-10 dəfə məcburi, xahiş-minnətlə məktəbə gətirilən, toplama-çıxmanı belə doğru-düzgün bilməyən ana cəmiyyətə yararlı övlad tərbiyə edə bilərmi?! Əlbəttə ki, yox. Həmin analar da qızlarının özləri kimi, bəlkə də özlərindən də daha tez ərə gedib, ev-eşik, övlad sahibi olmasına tələsəcəklər. Bununla da bu problemin daha geniş yayılması sürətlənəcək, erkən nikahların yaş dövrü daha da aşağı enəcək.

Belə getsə, on ildən sonra vəziyyət daha acınacaqlı hala gələcək. On dörd yaşında ərə getmiş ana on ildən sonra, artıq səkkiz-doqquz yaşında olan qızı üçün evlilik təlaşına düşəcək. Və beləcə, əskilərdə qalmış "papaqla qız alma" dəbi gündəmə gələcək. Ya bəlkə də, artıq gündəmdədir. İkinci Dünya Müharibəsi zamanı aclığın, səfalətin hökm sürdüyü zamanlarda populyar olmuş "qız almaq" dəbi. Papaq dəyəndə müvazinətini itirməyən qızın ərə gedə biləcəyinə qərar verilirdi. O dövrdə valideynləri müharibədə həlak olmuş, itkin düşmüş və ya aclıqdan, xəstəlikdən dünyasını dəyişmiş kifayət qədər uşaq var idi. Ailənin yükünün azalması üçün qızlar məcburən erkən yaşda ərə verilirdi. Ancaq indiki zamanda, yaşamağa hər cür şərait mövcud olduğu bir dövrdə bu hal çox gülünc görünür. Valideynlərin övladlar arasında cins ayrı-seçkiliyi salaraq, qız övladlarını sanki başlarından tez kənar etmək istəmələri çox ağrılı problemə çevrilir.

Təhsil ocaqlarında çalışan müəllimlərdən qızların təhsil səviyyəsi barədə məlumat aldıqda, məlum olur ki, erkən nikahların daha bir mənfi təsiri gələcək mütəxəssislərin məhv edilməsidir. Hazırda rayonlarda məktəbli qızların bilik səviyyəsi oğlanlara nisbətən daha yüksəkdir. Həm də qızların təhsilə meyli əvvəlki illərlə müqayisədə daha çoxdur. Oxumaq, ali təhsil almaq istəyən qızlarımızın sayı kifayət saydadır. Təəssüflər olsun ki, qızının ali təhsil almasına imkan və şərait yaradan valideyn isə barmaqla sayılası qədərdir. Əsəbləri tarıma çəkən məqamlardan biri də erkən izdivaclara qol qoyan, rəvac verən valideynlər arasında ziyalıların da olmasıdır. Elmə, təhsilə qiymət, dəyər verib ali təhsil almış valideynlər belə, övladlarının savadlı, peşəkar kadr kimi yetişmələrinə mane olurlar. Onlar da "palaza bürün, elnən sürün" təfəkkürü ilə yaşayırlar. Təəssüf ki, onlar da, "mənim qızım tez ərə getdi" deyibən, qürrələnən fatmanisələr cərgəsindədirlər.

Erkən nikahların aradan qaldırılması üçün dövlətimiz tərəfindən kifayət sayda qanunlar qəbul edilib, cəzalar tətbiq olunub. Ancaq əfsuslar olsun ki, erkən yaşda qurulan ailələr çox hallarda gizlədilir və azyaşlı qızlar dövlət nikahı olmadan ərə verilir. Bu problem respublikamızın bütün rayonlarını ağuşuna alıb. Cənub bölgəsində isə problem olmaqdan da o yana keçib. Deyərdim ki, "yoluxucu bəlaya" çevrilib. Bu bəlanın aradan qaldırılması yolları hansılardır bəs?! Nə edək, necə edək ki, erkən nikahlar getdikcə daha geniş vüsət almaq əvəzinə, zamanla aradan qalxsın?!

Məncə, ilk əvvəl özümüzdən başlamalıyıq. Özümüzə "mən bunun üçün nə edə bilərəm və ya nə etməliyəm?" sualını verməliyik. Və vicdanımızın səsinin verdiyi cavabla da hərəkətə keçməliyik. Elə dəyişimə də özümüzdən start verməliyik. Öz qızımızdan, öz bacımızdan, qohumumuzdan, qonşumuzdan başlayaraq. "Dur!" deyək minik yavrusunu, körpə quzusunu, məsum qızcığazını qayğının içinə atan valideynlərə, pardaxlanmamış körpə fidanlarını budaqdan qoparan atalara, hələ dimdiyi dən tutmayan yavru quşları yuvasından uçuran analara. "Dur!" deyək, çiyinləri bərkiməmiş cocuqlarının belinə ağır "şələ" yükləyən atalara, ana nəvazişinə möhtac süd quzularını ana olmağa yola salan analara.

Ən əvvəldə isə özümüzə "DUR!" deyərək bu problemin həllinə, bəlkə nail ola bilərik.

P.S. Bu yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində yazılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7171   Tarix: 22 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədi

29 mart
.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

29 mart
.

Bu halda ipotekaya xitam veriləcək

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir. Qey

29 mart
.

Sabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər

Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəs

29 mart
.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:. "Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunu

29 mart
.

Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?

Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq. Bu barədə Trend-in sualına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək. Xatırıladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-d

29 mart
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

29 mart