Sevgilinizin yalanlarını bu yolla anlayın

Sevgilinizin yalanlarını bu yolla anlayınQarşınızdakı insan ziddiyyətli sözlər işlədirsə və narahatdırsa, yalan danışma ehtimalı yüksəkdir.

Sonxeber.az leydi.az-a istinadən bildirir ki, J. J. Newberry yalan aşkarlama sənəti mövzusunda ixtisaslaşmış təhsilli bir agent idi. Silahlı qarşıdurmaya şahidlik etmiş qadın onun qarşısında oturub "Mən heç kəsi görmədim, silah səsləri eşidəndə sadəcə gözlərimi bağlayıb qaçdım" dediyi zaman yalan dediyini anlaya biləcək insan o idi. Yalanları anlama üsulları isə sadəcə onun kimi agentlərin edə biləcəyi bir şey deyil. Bu gün hamımız yalanları müəyyən etməkdə ustalaşa bilərik. Necə? Daha dəqiq bilmək üçün yazımızı oxumağa davam edin.

1. Bir-birini tutmayan sözlər Sorğuladığı qadın silah səslərini eşitdikdə qaçdığını və o dəqiqə gizləndiyini dedikdə o, burada ziddiyyəti o dəqiqə hiss etmişdi. "Silah səsi eşidib, amma dönüb baxmayıb." Bu, bir insanın elə bir vəziyyətə verəcəyi reaksiya ilə uyuşmur. Doğru dediyinə inandığınız biri ilə danışarkən sizin də baxmalı olduğunuz nöqtə elə budur. Onun danışdıqları arasında bir-birini tutmayan ifadələr varmı?

2. Gözləmədiyi bir sual soruşun İnsanların sadəcə yüzdə dördünün bacarıqlı yalançı olduğunu deyən Newberry "Pinokyo kimi burunları uzanmadığı üçün yalanlarını siz özünüz tutmalısınız" deyir. Yəni yalanı tutmaq üçün insanlara diqqətli yaxınlaşın və heç gözləmədikləri bir anda onlara cavabını öncədən hazırladığınız gözlənilməz bir sual verib onları tələyə salın.

3. Onun normal halını göz önünə gətirin Qarşınızdakı insanın dürüst olmadığının ən vacib göstəricilərindən biri davranışlarındakı dəyişikliklərdir. Adətən gərgin olub indi sakit olan və ya əksinə adətən sakit olub indi gərgin olan birinə diqqət etməlisiniz.

4. Səmimi olmayan hisslərə diqqət edin Bir çox insanın gülümsəməyi təqlid edə bilməyəcəyini deyən psixoloqlar bildirir ki, təqlid edilmiş gülümsəmədə ya zaman yanlışdır, ya da gülümsəmə lazım olandan uzun çəkir. Hətta bəzən gülümsəmə əsəbiliyi gizlətmək üçün də təqlid edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1787   Tarix: 29 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel